Alpan xalçaları
Xalça | |
Alpan xalçaları | |
---|---|
Xalça haqqında məlumatlar | |
Məktəbi | Quba xalçaçılıq məktəbi |
Ölkə | Azərbaycan |
Toxunması haqqında məlumatlar | |
Tarixi | 1901 |
Üslubu | Quba xalçaçılıq məktəbi[1] |
Alpan xalçaları — Quba xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları[2][3][4][5].
Təsnifatı
[redaktə | mənbəni redaktə et]Bu xalça kompozisiyası Quba rayonunun Alpan, Susay və Səbət kəndlərində yayılmışdır.
Bədii xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Birinci nümunə
[redaktə | mənbəni redaktə et]Alpan xalçalarının ara sahəsinin kompozisiyası kvadrat şəbəkə prinsipi əsasında qurulub. Kompozisiyanın əsas elementlərindən biri olan kiçik və orta çoxbucaqlı göllər rapport oxlarının təpələri boyunca keçən künc nöqtələrini təşkil edir. "Xərçəng" adlanan element göllərin ətrafında diaqonal xətt boyunca yerləşərək xalçanın kompozisiya əsasını təşkil edir. "Alpan" qrupundan olan bütün xalçaların bütövlükdə köbəsi və ayrılıqda hər bir zolağı Azərbaycanın digər xalçalarının köbə zolaqları ilə oxşardır. Birinci variantda olan "Alpan" xalçalarının ara sahəsi əksər hallarda göy və ya mavi olur. Bəzən qırmızı və ya açıq – şabalıdı fonlu xalçalara da rast gəlinir. Köbə zolaqlarının rəngi ara sahənin rənginə uyğunlaşdırılmışdır.
İkinci nümunə
[redaktə | mənbəni redaktə et]"Alpan" xalçasının ikinci variantının kompozisiyası birinci variantın kompozisiyasından tamamilə fərqlənir. İkinci variantın kompozisiyası rombşəkilli şəbəkə təşkil edir. Bu şəbəkə kiçik məsafələrlə, üfiqi istiqamətdə simmetrik və şaquli istiqamətdə asimmetrik yerləşmiş bir neçə rapportdan ibarətdir. Burada qırıq xətlərlə yerinə yetirilmiş bitki elementləri rapport ox boyunca yerləşdirilmişdir. Bu variantda olan xalçaların fonu əksər hallarda ağ, nadir hallarda göy olur.
Texniki xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Alpan xalçaları Quba-Şirvan xalçaçılıq məktəbinin orta keyfiyyətli nümunələrindəndir.
"Alpan" xalçalarının ölçüsü 100x150sm-dən 125x180sm-ə qədər olur. Nadir hallarda birinci variantdan olan xalçaların böyük ölçüsünə rast gəlmək olur (iki göllü). İlmələrin sıxlığı 38×38-dən 45×45-ə qədərdir (bir kvadrat metrdə 145000 ilmədən 200000 ilməyə qədərdir, bir kvadrat metrində 250000 ilmə olan xalçalara da rast gəlinir). Xovun hündürlüyü 5–7mm-dir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Development of Carpet Art in Azerbaijan - Azerbaijan.az.
- ↑ Lətif Kərimov. Азербайджанский ковер. II. Bakı: Gənclik nəşriyyatı. 1983. səh. 153-155. Archived from the original on 2020-02-03. İstifadə tarixi: 2022-10-07.
- ↑ Azərbaycan xalçası (PDF). Bakı: Elm. 2007. səh. 27. ISBN 978-5-8066-1758-4. 2021-06-25 tarixində arxivləşdirilib (PDF).
- ↑ "Azərbaycanda xalça sənətinin inkişafı" (az.). azerbaijan.az. May 1, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 7, 2021.
- ↑ İradə Sarıyeva. "Quba xalçaçılıq mədəniyyəti..." (az.). Bakı xəbər. April 23, 2015. February 22, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 7, 2022.