Anri Hoppenot
Anri Hoppenot | |
---|---|
fr. Henri Hoppenot | |
Doğum tarixi | 25 oktyabr 1891[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 7 avqust 1977[3] (86 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | diplomat |
Üzvlüyü |
Anri Hoppenot (tam adı: Anri Hoppenot, fr. Henri Hoppenot; 25 oktyabr 1891[1][2][…], VIII arondisman[3] – 7 avqust 1977[3], I arondisman[3]) — fransız diplomat, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının fransız sədri (1952–1955), Hind-Çinin komissarı (1955–1956) və bu vəzifəni tutan son şəxs.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]O, öz fəaliyyətinə 1914-cü ilin avqust ayında Xarici İşlər Nazirliyinin Mətbuat Ofisində başladı. O, burada Aleksis Lejenin (sonralar Sen-Jon Pers) ilə dost olmuşdu; onlar altmış ildən çox dostluq etmişdilər. Onlar nazirliyə gələndə burada artıq diplomat yazıçılar vardı: Jan Jirodu, Pol Moran və Pol Klodel. O, Dariyus Miyonun librettoçusu idi.[4] 1917-ci ildə Berndəki Fransa Səfirliyində attaşe idi. Yelena Delacur ilə evlənmişdi. 1938-ci ildə Xarici İşlər Nazirliyinin Avropa bölməsinin direktor müavini vəzifəsini icra edirdi. 1940-cı ildə diplomat fəaliyyətinə Montevideoda davam etmişdi.
Anri Azad Fransaya getmiş və Vaşinqton şəhərində hərbi missiyanın mülki xidmətlərinə rəhbərlik etmişdir.[5][6] 1943-cü ildə Respublika Müvəqqəti Hökumətinin ABŞ-dakı nümayəndəsi olmuşdur. Səkkiz ay müvafiq vəzifə boş qaldıqdan sonra 1945–1952-ci illərdə Berndə Fransanın səfiri vəzifəsini icra etmişdir. O, 1944–1953-cü illərdə Cenevrədə Fransanın Baş Konsulu vəzifəsini icra edən Ksavye de Qollun da köməyi ilə iki dövlət arasında inamı bərpa etmək niyyətində idi. 1951-ci ildə Anri, Bern İncəsənət Muzeyinin Fəxri üzvü olmuşdur.
1952–1955-ci illərdə BMT-nin Təhlükəsizlik Şurasında Fransanın daimi nümayəndəsi idi.[7] 1955–1956-cı illərdə Hind-Çində Fransanın komissarı, 1956–1964-cü illərdə isə Fransa Dövlət Şurasının üzvü olmuşdur.
Anri Hoppenot həyat yoldaşı, bacarıqlı fotoqraf Yelena ilə birlikdə Uzaq Şərqdə çəkilmiş fotoşəkillərindən ibarət Extrme-Orient (Ides et Calendes, 1951) adlı kitab hazırlamışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Henri Etienne Hoppenot // Léonore verilənlər bazası (fr.). ministère de la Culture.
- ↑ 1 2 3 4 5 6 Fichier des personnes décédées mirror.
- ↑ Daniella Thompson. "Milhaud, his diplomat librettists, and the influence of Brazil" (ingilis). daniellathompson.com. 17 October 2003. 2011-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-24.
- ↑ Olivier Wieviorka. Normandy: the landings to the liberation of Paris. Harvard University Press. 2008. ISBN 978-0-674-02838-8.
- ↑ "MARTINIQUE: After Three Years". Time. July 26, 1943. August 26, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 24, 2019.
- ↑ "Archived copy". 2011-08-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-11-16.