Argentinanın gerbi
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Argentina Respublikasının gerbi (ispanca: Escudo de armas de la República Argentina) 1944-cü ildə təsdiqlənmişdir. Əslində isə onun bir qədər fərqli forması 1813-cü ildə Baş Təsis Məclisinin möhrü olmuşdur.
Gerbin dizaynının kimə məxsus olması bilinməsə də, burada əsasən 3 nəfərin - Alvear, Monteagudo və Vieytes adı çəkilir. Lakin, bundan bir neçə il əvvəl prezident Bernardino Rivadavianın Perulu Antonio Isidoro Castrodan Argentina gerbi hazırlamağını istəməsi məlumdur. O dövrdə hələ, gerblər bayraqların üzərində göstərilmirdi, Buenos Aires doğumlu hərbi lider Manuel Belgrano gerbi bayrağın üzərinə çəkməyi əmr etdi və həmin bayrağı San Salvador de Jujuy şəhərinə verdi.
Gerbin zirvəsində qızılı-sarı rəngli May günəşini görə bilərik. Bu həm də Argentinadanın bayrağında öz əksini tapmışdır. Doğan günəş Argentinanın yüksəlişini simvolizə edir, Argentinanın himninin ilk versiyasında da deyildiyi kimi, "yeni və şanlı bir millət yerin səthindən yüksəlir" ("se levanta a la faz de la tierra una nueva y gloriosa nación"). Gerbin mərkəzində təsvir olunan iki əl Argentinanın müxtəlif əyalətlərinin birləşməsini, həmrəyliyi təmsil edir. Əllərin birləşdiyi hissədə yerləşən nizə (çubuq) gücü və nizənin başında yerləşən firigiya papağının əks etdirdiyi azadlığı qorumaq istəyini simvolizə edir. Gerbdə yer alan Firigiya papağı Fransız inqilabında olduğu kimi qırmızı rəngdədir.* Mavi və ağ rənglər bayraqda da olduğu kimi Argentina səmasını özündə əks etdirir.
Maraqlı fakt
[redaktə | mənbəni redaktə et]- "Smurfs" ("Şirinlər") cizgifilmində bütün şirinlər ağ Firigiya papağı taxdığı halda, Şirin Baba qırmızı Firigiya papağı taxır.