Armen Beqlaryan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Armen Beqlaryan
Şəxsi məlumatlar
Doğum tarixi 13 aprel 1973(1973-04-13)
Doğum yeri
Vəfat tarixi 4 aprel 2016(2016-04-04) (43 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti 366-cı motoatıcı alay
Döyüşlər
Təltifləri "Döyüş xidmətlərinə görə" medalı

Armen Minasi Beqlaryan (erm. Արմեն Մինասի Բեգլարյան; 13 aprel 1973, Əxlətyan, Sisian rayonu4 aprel 2016, Ağdərə, Tərtər rayonu) — Ermənistan hərbçisi, Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalı soyqırımının təşkilatçılarından biri, Aprel döyüşlərinin iştirakçısı.

Armen Minasi Beqlaryan 13 aprel 1973-cü ildə Sisian rayonunun Əxlətyan kəndində anadan olmuşdur. Kənddəki səkkizillik məktəbi bitirdikdən sonra Sisian şəhər 3 saylı orta məktəbdə oxumuşdur. 1990–1991-ci illərdə İrəvan Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. 1992-ci ildə təhsilini yarı yolda qoyub Birinci Qarabağ müharibəsinin iştirak etmişdir.[1] O, MDB-yə məxsus 366-cı motoatıcı alayın birinci rotasının baş texniki olmuş, Xocalı soyqırımında iştirak etmişdir.[2] HadrutAğdərə özünümüdafiə döyüşlərində iştirak etmiş, sonra isə "Sisakan" dəstəsinə qoşulmuşdur. Müharibə bitdikdən sonra monokultura ilə məşğul olmuşdur. 2005–2008-ci illərdə və 2012-ci ildən 4 aprel 2016-cı ilə qədər Axlatian icmasının rəhbəri olmuşdur. 2008-2012-ci illərdə Tulus su anbarının mühafizə-nəzarət stansiyasında işləmişdir. 3 aprel 2016-cı ildə Sisianın könüllülər dəstəsinin tərkibində Qarabağda Aprel döyüşlərində iştirak etmək üçün yola çıxmışdır. Azərbaycan tərəfi 4 apreldə Ağdərəyə gedən yolda Sisian dəstəsinin avtobusunu PUA bombalamışdır. Beqlaryan həmin avtobusda olmuş və həlak olmuşdur.[1]

Vidalaşma mərasimi 6 aprel 2016-cı il tarixində keçirilmişdir. 7 apreldə Sisian panteonunda dəfn edilmişdir.[3]

  • "Döyüş xidməti" medalı
  1. 1 2 "vorotan.am". vorotan.am. 2017-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-03.
  2. "Глава Минобороны Армении может быть привлечен к ответственности за причастность к Ходжалинскому геноциду". 1news.az. 2023-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-03.
  3. "Հերոս Արմեն Բեգլարյանը". 19 avq 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]