Ayaz Arabaçı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ayaz Arabaçı
Ayaz Allahverdiyev
Doğum tarixi (57 yaş)
Doğum yeri Azərbaycan Azərbaycan SSR, Gədəbəy rayonu, Arabaçı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Fəaliyyəti yazıçı
Əsərlərinin dili azərbaycanca

Ayaz Arabaçı 1967-də Gədəbəy rayonunun Arabaçı kəndində müəllim ailəsində doğulmuşdur. 1984-də Arabaçı kənd orta məktəbini bitirmişdir. Doğulduğu kəndin adını özünə ədəbi təxəllüs seçmişdir. Orta məktəbdə oxuduğu illərdə şeirləri "Azərbaycan gəncləri" qəzetində, "Ulduz" jurnalında dərc olunmuş, radionun uşaq verilişlərində səsləndirilmişdir.

1985-ci ildə Rusiyanın Çita və Novosibirsk şəhərlərində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra ali təhsilini başa vuraraq, Mütəxəssis kimi Təhsil Nazirliyində fəaliyyətə başlamışdır. Daha sonra ictimai-fəlsəfi qəzet olan "İdrak" qəzetində baş redaktor, "Diplomat" nəşriyatının direktoru, Ali Diplomatiya Kollecinin İcra Aparatının rəhbəri, "Xudafərin" jurnalının redaktoru işləmişdir.

Şeirləri Türkiyənin bir sıra ədəbi dərgilərində çap olunmuşdur. Türkiyədə çap olunmuş Avrasiya Antologiyasında dərc edilmiş şeirləri xüsusi mükafata layiq görülmüşdür.

8 şeir kitabının müəllifidir. 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Prezident təqaüdçüsüdür. Çoxlu sayda ədəbi-bədii, publisistik və tarixi kitabların redaktorudur.

Zəka Vilayətoğlunun qardaşıdır.

  • 1. "Ömrümdən kəsdiyim günlər"
  • 2. "Bir gün həsrət gəlsə"
  • 3. "Dünyaya sevgim var"
  • 4. "Uzaq üfüqlərə aparan cığır"
  • 5. "Lirika, sevgi şeirləri"
  • 6. "Ümidlər puça çıxır" 7. "Uzaqlar yaxın olsa"

8. "Başqa bir planetdən"