Azər Aydəmir
Azər Aydəmir | |
---|---|
Azər Rauf oğlu Aydəmir | |
Doğum tarixi | 24 iyul 1986 (38 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | aktyor, ssenarist, prodüser |
Fəaliyyət illəri | 2009-cu ildən |
IMDb | ID6413655 |
Azər Aydəmir (24 iyul 1986, Bakı) — azərbaycanlı aktyor, ssenarist, prodüser.[1][2]
Həyatı
[redaktə | mənbəni redaktə et]Azər Aydəmir 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub. 46 saylı orta məktəbi bitirib. Məktəb illərində məktəbin KVN komandasının kapitanı olub. Ailəlidir 1 övladı var.
Aktyorun əsli Xızıdandır. Atası malakandır. Yüz il bundan qabaq Altıağaca köçən malakan sülaləsindəndir. Ata nənəsi rus, anası isə dağlıdır, Əmbizlər kəndindən.[3][4][5]
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Məktəbi bitirdikdən sonra, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit fakültəsində natamam ali təhsil almışdır. Köç və karyera artımı səbəblərindən birinci kursdan təhsildən ayrılmışdır. İlk fəaliyyət illərində Azəravtoyol QSC nin nəznində olan, "Azərbaycan Yolları", "Zirvə Yolu", "Revanş" qəzetlərində müxbir kimi çalışmışdı. Sonradan tanınmış neft jurnalı olan "Caspian Energy" də, müxbir və reklam meneceri kimi fəaliyyət göstərmişdi. 2005-ci ildən bir sıra avtomobil şirkətlərində PR və Marketing meneceri vəzifəsində çalışıb. 2008-ci ildə Zirvə Motors (İsuzu) Şirkətinin direktoru işləyib.[6]
2005-ci ildən 2014-cü ilə kimi paralel olaraq restoran və otelcilik fəaliyyəti ilə məşğul olub. Bakının tanınmış karaoke klublarının (Z CLUB) əsasını qoyub. İctimaiyyət tərəfindən tələbolunan tədbirlər təşkilatçı kimi fəaliyyət göstərib.
2009-cu ildən etibarən aktyorluq fəaliyyətinə başlayıb. İlk olaraq bir sıra reklam və kliplərdə çəkilən Azər Aydəmir 2010-cu ildən mütəmadi olaraq filmlərə, seriallara çəkilir. O, 2012-ci ildə "Xoca" filmində Yuri Kovalyov obrazı ilə tanınıb. Buna baxmayaraq aktyor fəaliyyətini ilk olaraq İctimai Televiziyada yayımlanan "Döngələr" serialı ilə başlayıb. Hal-hazırda aktyor 40-dan çox filmdə çəkilib.
Azər Aydəmir 2018-ci ildən etibarən bir sıra film və serialların, ssenari müəllifi kimi də çıxış edir. 2019-cu ildən Azercell şirkətinin uğurlu rebrendinqindən sonra, Azər Aydəmir Azercell Telekomun rəsmi səsi seçilib. Aktyorluq fəaliyyəti ilə paralel olaraq, hal-hazırda Azər Aydəmir, İctimai Televiziyanın rəsmi səsi və simalarından biridir. Həmçinin A. Aydəmir Çex respublikasının avtomobil markası olan Skoda brendinin Azərbaycan üzrə səfiridir. İctimai Televiziya ilə fəaliyyəti isə gündəlik sosial-analitik Sabaha Saxlamayaq axşam tok-şousunun aparıcılığı ilə başlayıb. (2019–2021) Bundan əlavə (Discovery Science) tv kanalının "How the universe is works" lisenziyalı layihəsinin İctimai TV də yayımlanan "Kainat necə qurulub" verilişinin Azərbaycan versiyasını aparıb.
Azər Aydəmir həmçinin psixologiya və ezoterika ilə yaxından maraqlanır. Onun hər həftə AvtoFm 107.7 dalğasında yayımlanan "Qarışıq Fəlsəfə" layihəsi inancsız və dinə skeptik yanaşan insanlarda böyük maraq oyadıb və yüzlərlə insanın yenidən özünə və həyata sevgisini bərpa edib, həmin verilişlərdə aktyor ezoterik fəlsəfi söhbətlər edir. [7]
Mükafatları
[redaktə | mənbəni redaktə et]"Müasir Audiovizual Baxış" mükafatı — 26 yanvar 2022[8][9][10]
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]Aktyor kimi
- Ağabəyovlar (film, 2012-2014) (bədii serial) – Kamran Ağabəyov
- Döngələr (teleserial, 2012) (bədii serial) – Kürən
- Xoca (film, 2012) (tammetrajlı bədii film) – Yuri Kovalyov
- Həyat çiçəyi (film, 2013) (bədii serial) – Yunis
- Tək olanda qorxma... (teleserial, 2013) (bədii serial) – Yevgeni
- Mən evə qayıdıram (film, 2014) (tammetrajlı bədii film) – baş leytenant Timur Losev
- Sərnişin (qısametrajlı film, 2014) – Avtomobilli yolcu
- Bakı, mən səni sevirəm (film, 2015) (kinoalmanax) – Oqtay
- Dərs (film, 2015) (tammetrajlı bədii film) – Oqtay
- Dmitrov küçəsi 86 (film, 2015) (qısametrajlı bədii film) – Cəmilin dostu
- Xəzər Atlantidası (film, 2015) (qısametrajlı bədii film) – Oqtay
- Qanlı Yanvar (film, 2015) (tammetrajlı bədii film) – Mehdi
- Zabit şərəfi (film, 2015) (qısametrajlı bədii film) – Seymur
- Sənin deyil (film, 2016) (bədii serial) – Vüqar
- Qayıdış (film, 2016) (tammetrajlı bədii film) – Arif
- Məryəm (teleserial, 2016) (bədii serial) – Zaur
- Pərdə (film, 2016) (tammetrajlı bədii film) – Fuad
- Postskriptum (film, 2016) (qısametrajlı bədii film) – Robert Nobel
- Don Marleone (film, 2017) (tammetrajlı bədii film) – Mayor Ərəstun
- Şekspir (film, 2017) (qısa metrajlı film) — Ər
- Xənnas (film, 2017) (tammetrajlı bədii film) – Rus zabiti
- Nazlı (film, 2017) (tammetrajlı bədii film) – Gülən adam
- Dəniz suyu içən it (film, 2017) – Azər
- Kəklikotu (film, 2017) – Polis serjantı
- Fəlakət (film, 2018) – Vahid
- Əlvida, Şmidt! (film, 2019) – Emil Şmidt
- Dağıntılar Altında (teleserial, 2019) – Teymur[11]
- Sevgi Romanı (film, 2020) – Xanlar
- Yad gəlin (teleserial, 2019) – Yasin
- İblis (qısa metrajlı film, 2020) – Çingiz
- Luger (qısa metrajlı film, 2020) – Vüqar
- Faberge (qısa metrajlı film, 2021) – Administrator
- Olimpia (film, 2021) – baş leytenant Dəmir[12]
- Həmrəylik Günü (tam metrajlı film, 2022) – Azər
- Sonuncu Şam Yeməyi (tam metrajlı film, 2022) – Müasir molla
- Əqrəb mövsümü (teleserial, 2022) – Rauf Eyvazov
- Viktoriya (film, 2023) – Zaur
- Mən Burada Tək Olmuşam (film, 2023) – Samir
- Sərnişinlər (film, 2023) — Taksi sürücûsü
- Həyat Deyəsən Gözəldir (film, 2023) – Masi
- Doğma Torpaq (film, 2023) – Patison
- Çılpaq (film, 2023) – Çingiz
- Apatiya (film) — Aqlay
- Alatava (film, 2023) — Vidadi
- Ifritə 2-ci seriya (serial, 2024) - Aydın (qonaq aktyor)
- Əqrəb Mövsümü 2 dünya 1 olsa da (serial, 2024) - Rauf Eyvazov
- Bəlkə, də (film, 2024) - Manyak
- Borc (film, 2025) - Azər Rejissor
- Otel Loo (film, 2025) - Murad
Ssenari müəllifi kimi
- Sevgi Romanı (film, 2020)
- Həmrəylik Günü (film, 2022)
- Əqrəb mövsümü (teleserial, 2022)
- Viktoriya (film, 2022)
- Şəbəkə (film, 2022)
- O Kafe Storieslər (qısa film, 2023)
- Əqrəb Mövsümü 2 dünya 1 olsa da (serial, 2024)
Quruluşçu rejissor kimi
- O Kafe Storieslər (YouTube filmi)
İkinci Rejissor kimi
Aparıcı kimi
- "44 gün – Zəfər Yolu" (İTV, 5 hissə, 2020)
- Sabaha Saxlamayaq (İTV, 267 buraxılış 2019–2021)
- 12-ci Sinif (YouTube layihəsi)
- Qarışıq Fəlsəfə (radio layihəsi, AvtoFM-107.7)
- Kainat Necə Qurulub – Azər Aydəmirlə (İTV, 36 hissə, 2022–2023)
- Qrossmeyster — Heydər Əliyev (İTV, 3 hissə, 2023) — aparıcı
Filmi səsləndirən kimi
- Spark. Bəşəri qəhrəman (film, 2017)
- Nazik Mətləb – Müəllim (Rüstəm Cəbrayılov) (film, 2021)
- Oğul – Əsas mətni səsləndirən, Natiq Qasımovun əziz xatirəsinə (Rej – Karan Singh, İngiltərə) (film, 2022)
- Zəhər Tuluğu – Adil "Rus dili versiyası" (Rej – O. Mərdan, T. Yüzbəyov) (film, 2021)
- Transilvaniya oteli (cizgi filmi, 2012) – Canavar (İctimai TV)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "AZƏR AYDƏMİR". 2023-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-22.
- ↑ "Azər Aydəmir". 2023-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-22.
- ↑ Aliyə. "Azər Aydəmir: "Məryəm" serialına görə məni qucaqlayıb ağlayırdılar"" (az.). Lent.az. 20 oktyabr 2017. 2017-10-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-26.
- ↑ "Azər Aydəmir". 2023-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-22.
- ↑ ""19 yaşımda artıq hər iki valideynimi itirmişdim" - Azər Aydəmir - VİDEO". 2023-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-22.
- ↑ "Azər Aydəmir Biography". 2023-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-22.
- ↑ "Azər Aydəmir əslində kimdir? - VİDEO". 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-22.
- ↑ Real TV. ""Müasir Audiovizual Baxış" Mükafatının təqdimetmə mərasimi keçirilib" (az.). Real TV. 26.01.2022. 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-28.
- ↑ AzərTAc. ""Müasir Audiovizual Baxış" mükafatı sahibinə təqdim edilib" (az.). AzərTAc. 27.01.2022. 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-28.
- ↑ CinemaPlus. "В CinemaPlus состоялась церемония награждения премией "Современный аудиовизуальный взгляд"" (rus). CinemaPlus. 26.01.2022. 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-28.
- ↑ "Azər Aydəmir:". 2019-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-22.
- ↑ ""Olimpiya" filmi nümayiş olunub". 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-22.