Azərbaycan pop-musiqisi

Vikipediya, azad ensiklopediya
(Azərbaycan pop musiqisi səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Azərbaycan musiqisi
Ümumi mövzular
Janrlar
Xüsusi formalar
Milli musiqi
Alt janrlar
Media və təqdim etmə
Musiqi festivalları
Musiqi mediasıMədəniyyət TV
Millətçilik və vətənpərvərlik mövzusunda mahnılar
Milli himnAzərbaycan himni

Azərbaycan pop-musiqisiAzərbaycanda yaranan pop-musiqisinin növü. Azərbaycan pop-musiqisinin yaranması XX əsrin ortalarına təsadüf edir. 1970-ci illərdə musiqiçilər yeni nəsil artması Azərbaycan pop-musiqisin "Qızıl dövrünə" müsbət təsir etmişdi. Həmin dövrdə Mirzə Babayev, Flora Kərimova, Şövkət Ələkbərova, Oqtay Ağayev kimi klassik pop sənətçiləri böyük uğurlar əldə etmişdi. Müasir Azərbaycan pop-musiqisi ənənəvi Azərbaycan xalq musiqisindən öz köklərini götürür.

2010-cu illərdə qloballaşmanın təsiri nəticəsində elektropop, dans-popsinti pop, 1980-ci illərində başlayan rəqs, elektronika və pop-musiqisinin digər formaları ilə yanaşı Azərbaycan pop-musiqisinə təsir etmişdir. 2011-ci ildə Eldar QasımovNigar Camal duetinin ifa etdiyi "Running Scared" adlı mahnı Azərbaycanın ilk qalibiyyəti olaraq Avroviziya Mahnı Müsabiqəsinin tarixinə düşmüşdür.

Azərbaycan pop-musiqisinin yaranması XX əsrin ortalarına təsadüf edir. 1956-cı ildə Azərbaycan Dövlət Estrada Orkestri (ADEO), 1957-ci ildə Tofiq Əhmədovun rəhbərlik etdiyi "Biz Bakıdanıq" estrada ansamblı Azərbaycan estrada sənətinin inkişafında mühüm rol oynamışlar.[1][2] Tofiq Əhmədov kollektivə Asəf Zeynallı adına Musiqi TexnikumundanÜzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasından tələbələri və məzunları dəvət edir.[3] Bu axtarışları sayəsində orkestr mükəmməl bir kollektiv kimi püxtələşir.[3] O, Müslüm Maqomayev, Şövkət Ələkbərova, Gülağa Məmmədov kimi görkəmli sənətkarları orkestrlə əməkdaşlığa cəlb edirdi.[3] Azərbaycan estrada sənətinin bədii səviyyəsinin yüksəlməsinə Rauf AtakişiyevLütfiyar İmanov kimi opera müğənnilərinin təsiri olmuşdur.[2]

1960-cı illər

[redaktə | mənbəni redaktə et]

1960-cı ildə Azərbaycan Televiziya və Radiosunun Estrada Orkestri yaranmışdır.[2] 1961-ci ildə "Qaya" kvarteti Azərbaycanda və SSRİ-də böyük uğurlara imza atmışdır.[4] Bu dövrdə klassik pop-xalq musiqisi, o cümlədən Rəşid Behbudov, Müslüm Maqomayev, Polad Bülbüloğlu, Anatollu QəniyevŞahlar Quliyevin yaradıcılığı estrada sənətini zənginləşdirmişdir.[5][6]

1970-ci illərdə musiqiçilər yeni nəsil artması Azərbaycan pop-musiqisini "Qızıl dövrünə" müsbət təsir etmişdi. Həmin dövrdə Mirzə Babayev, Flora Kərimova, Şövkət Ələkbərova, Oqtay Ağayev kimi klassik pop sənətçiləri böyük uğurlar əldə etmişdi.[7][8][9]

Tofiq Quliyev tərəfindən yaradılan və 1980-ci illərdə "Bakı payızı" festivalı Azərbaycan pop-musiqisində yeni musiqi "dalğasının" yaranmasında böyük rol oynamışdır.[10] Festivalın ilk turunda gənc sənətçilər xarici dildə mahnı oxuyurdularsa, ikinci turda ifa olunacaq parça Azərbaycan dilində olmalı idi.[10] Festival Almaz Ələsgərova, Faiq Ağayev, Aygün Kazımova, Sərxan Sərxan, Samir Bağırov, Zülfiyyə Xanbabayeva, İlqar Xəyal kimi sənətçilərin erkən inkişafında mühüm rol oynamışdır.[11][12]

1980-ci illərin ortalarında rus şansonundan yaranan "Bakı şansonu" — Eyyub YaqubovArzu Rzayev kimi sənətçilərin səyi nəticəsində Azərbaycanda populyarlıq qazanmışdır.[13][14]

1990-cı illər

[redaktə | mənbəni redaktə et]

SSRİ-nin dağılmasından sonra, Azərbaycan pop-musiqisində boşluq əmələ gəldi.[15] Eyni zamanda senzuranın qəflətən ortalıqdan götürülməsi gənclərə birdən-birə azadlıq verdi.[15]

1990-cı illərin əvvələrində ölkənin musiqi səhnəsində Niyaməddin MusayevBaloğlan Əşrəfov kimi regional musiqinin təmsilçiləri uğur qazanmışdır.[16] Bu dövrdə həm də W-TrioKarvan kimi qruplar, Aygün Kazımova, Brilliant Dadaşova, Zülfiyyə XanbabayevaFaiq Ağayev kimi sənətçilər uğur qazanmışdır.[17][18]

Qarabağ müharibəsinin gedişində və atəşkəsin ilk illərində telekanallarda vətənpərvərlik mahnıları, gəncləri Azərbaycan torpaqların müdafiəsinə çağıran, onları mənəvi-psixoloji cəhətdən savaşa hazırlayan mahnılara geniş yer ayrılırdı.[19] Bu dövrdə Şəmistan ƏlizamanlıMübariz Tağıyev kimi sənətçilər uğur qazanmışdır.[19]

2000-ci illərdə Röyanın Azərbaycan musiqi səhnəsində uğuru, onu həm də Türkdilli dövlətlərdəİranda məşhur etmişdi.[20][21]

2008-ci ildə Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində ilk dəfə iştirak etdi.[22] Azərbaycanı təmsil edən Elnur HüseynovSamir Cavadzadənin "Day After Day" finalda yarışan 25 mahnı arasında 132 xalla 8-ci oldu. 2009-cu ildə Aysel Teymurzadənin Arəşlə "Always" 25 mahnı arasında 3-cü yerə layiq görüldü. Həmin ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan estrada janrında yazılan mahnıların az olduğuna görə, "Bakı Gecələri" Estrada Mahnı Festivalı keçirilməsinə başlamışdır.[23] Festivalın məqsədi mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, estrada ifaçılarını dəstəkləmək, Azərbaycanı beynəlxalq müsabiqələrdə layiqincə təmsil edəcək estrada ifaçılarını yetişdirmək və estrada mahnı janrını inkişaf etdirmək idi.[23]

2011-ci ildə Eldar QasımovNigar Camal "Running Scared" mahnısı ilə Avroviziya Mahnı Müsabiqəsinin qalibi olmuşdur

2010-cu ildə Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində 3-cü dəfə Səfurə Əlizadə təmsil etdi. Onun ifa etdiyi "Drip Drop" mahnısı 25 mahnı arasında 5-ci yerə layiq görüldü. 2011-ci ildə Eldar QasımovNigar Camal duetinin ifa etdiyi "Running Scared" adlı mahnı Azərbaycanın ilk qalibiyyəti olaraq Avroviziya tarixinə düşdü.[24][25][26] 2012-ci ildə müsabiqəyə ev sahibliyi edən Azərbaycan Avroviziyada 5-ci dəfə iştirak etdi. 26 may tarixində Bakıda keçirilən finalda Səbinə Babayeva ilə muğam ustadı Alim Qasımovun dueti 26 mahnı arasında 4-cü yerə layiq görüldü. 2013-cü ildə Avroviziyada Fərid Məmmədovun "Hold Me" 26 mahnı arasında 2-ci yeri, 2014-cü ildə isə Dilarə Kazımovanın "Start a Fire" mahnısı 26 mahnı arasında 22-ci yeri qazandı. Bu nəticə Azərbaycanın Avroviziya Mahnı Müsabiqəsində əldə etdiyi ən pis nəticəsi olaraq tarixə düşdü. 2015-ci ildə Elnur Hüseynovun "Hour Of The Wolf" 27 mahnı arasında 12-ci yerə, 2016-cı ildə Səmra Rəhimlinin ifa etdiyi Miracle mahnısı finalda 17-ci yerə layiq görüldü.

Qloballaşmanın təsiri nəticəsində elektropop, dans-pop, sinti popelektrohop, 1980-ci illərində başlayan rəqs, elektronika və pop-musiqisinin digər formaları ilə yanaşı Azərbaycan pop-musiqisinə təsir etmişdir. 2014-cü ildə Rauf, dans-pop üslubunda olan "-40°" və "Limonlu çay" mahnıları ilə Azərbaycan pop səhnəsində uğur qazanmışdır.[27] Lakin, Azərbaycan cazının və Azərbaycan pop-musiqisinin Bakıda məşhurluğuna baxmayaraq, ölkənin digər regionlarında muğam janrı hələ də populyardır.[28]

Azərbaycanda neft sənayesinin inkişafı ölkə estradasında kommersiyanı gücləndirdi və bu, Azərbaycan pop müğənnilərinin xarici sənətkarlarla duetlərinin artmasına səbəb oldu. Uğurlu duetlərdən Nigar Camalın Dima Bilanla "Obnimi menya", Emin Ağalarovun LOBODA ilə "Smotriş v nebo", Aygün Kazımovanın Snoop Dogg-la "Coffee from Colombia" mahnılarının qeyd etmək olar.[29][30]

Azərbaycan pop-musiqi sənayesində çoxsaylı realiti televiziya şouları, o cümlədən "Yeni Ulduz" və "Səs Azərbaycan" kimi istedad şouları, adətən yeni pop qrupu və ya müğənniləri meydana gətirmək üçün, onları bir-birinə qarşı qoyurlar.[31]

Məşhurluğu və təsiri

[redaktə | mənbəni redaktə et]

2010-cu illərdə FacebookYoutube kimi sosial şəbəkələrinin internet cəmiyyətində artan rolu Azərbaycan pop-musiqisinin digər ölkələrə daha da yayılmasına səbəb oldu.

2008-ci ildə Rumıniyalı DJ Edvard Maya Eldar Mansurovun "Bayatılar" mahnısı üzərində qurulmuş "Stereo Love" mahnısı dünya çartlarında böyük uğur qazanmışdır.[32]

1962-ci ildə Müslüm Maqomayev Kreml Sarayında Azərbaycan mədəniyyəti festivalının yekun konsertində çıxış edən müğənni tezliklə bütün SSRİ-də məşhurlaşıb.[33] Maqomayevin repertuarında 600-dən çox musiqi əsəri olub.[33]

2010-cu illərdə isə Rusiyanın pop və hip-hop musiqi səhnəsində "Azərbaycan dalğası"na daxil olan HammAli & Navai, TERNOVOY, Emin Ağalarov, Jah Khalib, Bahh Tee, El'man, Rauf & FaikKaspiyskiy Qruz kimi ifaçılar və qruplar uğur qazanmışdır.[34][35][36][37][38]

2021-ci ildə Azərbaycan mənşəli Jony Rusiyanın "Maska" televiziya şousunun qalibi olmuşdur.[39]

Türkiyədə Azərbaycan mədəniyyəti tarixi, dil, mədəni və strateji münasibətlərinin güclü təşviqi Azərbaycan pop-musiqisinə böyük təsir etmişdir.[40] 1998-ci ildə Günel Zeynalova İbrahim Tatlısəsin dəstəyini qazanaraq, Azərbaycan və türk mahnılarını ifa etməyə başladı.[41] 2000-ci illərdə Azərin "Çırpınırdı Qara dəniz" mahnısı ilə ölkədə məşhurluq qazanmışdır.[42][43] 2013-cü ildə Fərid Həsənov Türkiyənin Əskişəhər şəhərində keçirilən Türkviziya Mahnı Müsabiqəsində qalib olmuşdur.[44] 2015-ci ildə Elnur Hüseynov "O Səs Türkiyə" müsabiqəsinin qalibi olmuşdur.[45]

2010-cu illərin sonlarındə Türkiyənin pop-musiqi səhnəsində Nahidə Babaşlı, Nigar Məhərrəm, Sura İskəndərli və digərləri uğur qazanmışdır.

Görkəmli sənətçilər

[redaktə | mənbəni redaktə et]
Əyyub Yaqubov
Flora Kərimova  · Brilliant Dadaşova
Aygün Kazımova  · Sevda Ələkbərzadə  · Röya
  1. Əliyeva, İradə. "Azərbaycan estradasının yaradıcılarından biri". anl.az. anl.az. 7 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 January 2016.
  2. 1 2 3 "AZƏRBAYCAN MUSİQİSİ". mct.gov.az. mct.gov.az. 9 November 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 January 2016.
  3. 1 2 3 Təhmirazqızı, Səadət. "Görkəmli bəstəkar, ifaçı və musiqi təşkilatçısı". www.anl.az. www.anl.az. 25 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 January 2016.
  4. ""Qaya" qrupu". kayzen.az. kayzen.az. 25 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 January 2016.
  5. "Azərbaycanlı gizirə Xalq artisti adı verildi". anspress.com (Azerbaijani). 27 June 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 June 2014.
  6. Karimi, Siyavush. "A Place for Mugham". www.azer.com. Azerbaijan International. 16 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2016.
  7. "Oxumaq qarmon çalmaqdan çox-çox asandır..." www.anl.az (Azerbaijani). 10 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 June 2014.
  8. "Это мой мир, в котором я творю". vatan.etnosmi.ru. 4 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 June 2014.
  9. "Дивный голос "Севгилим" из Южного Азербайджана". kultura.az. 3 July 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 June 2014.
  10. 1 2 "Faiq Ağayev - "Bakı payızı- 88 " haqqında..." www.youtube.com. Youtube. 25 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 January 2016.
  11. ""Bakı payız"ı Azərbaycan estradasına kimləri bəxş edib?". publika.az. publika.az. 10 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 January 2016.
  12. ""Vokal" kafedrası". www.admiu.edu.az. www.admiu.edu.az. 31 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 January 2016.
  13. "Müğənni Səməd Səmədov: "Bakı şansonu məhv olur"". trend.az. trend.az. 15 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 January 2016.
  14. "БОКА: «ЕСЛИ БУДЕТ ПРЕДЛОЖЕНИЕ ИЗ БАКУ, ТО Я ЕГО ПРИМУ»". vesti.az. 10 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 June 2014.
  15. 1 2 "Mübariz Tağıyev: "Orada Ajda Pekkanla rastlaşanda təəccübləndim"". devletpress.az. devletpress.az. 26 may 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 may 2016.
  16. ""Fəxri ad almaq üçün yuxarılara "xod" tapmaq lazımdır" EKSKLÜZİV". www.mediainfo.az (Azerbaijani). 7 September 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 June 2014.
  17. "О нервных срывах, разводах и свадьбах". zerkalo.az. 27 September 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 June 2014.
  18. ""Karvan" qrupunun solisti: "Məni məcbur edirdi ki, başıma kitab qoyub nazikdaban tuflidə..." - EKSKLÜZİV". news.milli.az (Azerbaijani). 3 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 June 2014.
  19. 1 2 "Vətənpərvərlik mahnılarının təbliğatı və gənclərin milli mənlik şüuru..." www.anl.az. www.anl.az. 2018-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2019.
  20. "The First Post: "Azeri sexy singer to save Iranian Azerbaijanis from fundamentalism"". www.today.az. 12 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 June 2014.
  21. "The Citizens of Azerbaijan Consider Mercedes, Röya, One Direction, Seron and FC Real Madrid as Being the Best Quality". www.newschannel6now.com. 28 June 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 June 2014.
  22. "In First Semi-Final Azerbaijan to Compete with Armenia". 2008-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-12.
  23. 1 2 ""Bakı gecələri - 2012" Estrada Mahnı Festivalına start verilib". interfax.az. interfax.az. 25 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 may 2016.
  24. "Azerbaijan wins the Eurovision Song Contest". BBC. May 14, 2011. May 14, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 14, 2011. (#invalid_param_val)
  25. Lusher, Adam. "Azerbaijan wins Eurovision Song Contest". The Telegraph. London. May 15, 2011. February 10, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 15, 2011.
  26. "Eurovision Azerbaijan - Eldar & Nigar will represent Azerbaijan with the song "Running Scared"! (Download the original song in the continuation of article)". Eurovisionaz.com. 2011-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-19.
  27. Guliyeva, Sabina. "Raufun yeni singlı "Limonlu çay"". az.urban.az. az.urban.az. 5 may 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 may 2016.
  28. Abbasov, Shahin. "Azerbaijan: In a Pop-Music World, Still Moved by Mugam". www.eurasianet.org. www.eurasianet.org. 9 November 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2016.
  29. "Snoop Dogg'dan Türkiye'ye Sürpriz Mesaj". trtmuzik.net.tr. TRT. 21 August 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 January 2016.
  30. "Dima Bilan Nigar Camalla birgə duet oxuyacaq". www.anspress.com. ANS TV. İstifadə tarixi: 15 January 2016.[ölü keçid]
  31. "Eurovision win puts focus on Azerbaijan". www.washingtonpost.com. www.washingtonpost.com. 2 iyul 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2017.
  32. "Я хочу переехать в Баку – румынский музыкант Эдвард Майя". www.trend.az. www.trend.az. 22 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2016.
  33. 1 2 "Müslüm Maqomayev vəfat edib". news.lent.az. news.lent.az. İstifadə tarixi: 15 January 2016.[ölü keçid]
  34. "ВОТ ЧТО Я ЛЮБЛЮ: КАСПИЙСКИЙ ГРУЗ". www.rap.ru. www.rap.ru. 2022-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2016.
  35. "Курортный роман российского певца в Баку". www.trend.az. www.trend.az. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2016.
  36. "Никакой конкуренции: как азербайджанцы поддерживают друг друга в России". az.sputniknews.ru. az.sputniknews.ru. 2019-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 dekabr 2019.
  37. "Звездные азербайджанцы России, Казахстана и Узбекистана – Жаркое лето 2019 (ФОТО)". www.trend.az. www.trend.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 dekabr 2019.
  38. Doyle, Kevin. "Music review". eurasianet.org. eurasianet.org. 2018-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 dekabr 2019.
  39. "Победитель шоу «Маска» Крокодил JONY: «Со Змеей у меня за кулисами случилась рептилоидная интрижка»". www.starhit.ru. 2022-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2022.
  40. "Azərbaycan Türkiyə münasibətləri nota köçürüldü". news.milli.az. news.milli.az. 21 July 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2016.
  41. "Azəri qızı Günel 17 il öncə". a24.az. a24.az. İstifadə tarixi: 15 January 2016.[ölü keçid]
  42. Camal, Aqil. "Azərin milli səsimizdir". modern.az. modern.az. 25 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2016.
  43. "Azerbaycan'da 'Çırpınırdı Karadeniz' şoku". www.zaman.com.tr. www.zaman.com.tr. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2016.
  44. Granger, Anthony. "Farid Hasanov is off to Turkvizyon". Eurovoix. 23 November 2013. 26 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 November 2013.
  45. "Elnur Azərbaycanı "Evrovision"da təmsil edəcək? - İTV-dən AÇIQLAMA" (az.). Milli.az. 20 fevral 2015. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2015.