Azenkur döyüşü
Azenkur döyüşü - ( Azincourt), Fransanın Kale şəhərindən 60 km cənubda yerləşir. Burada 25 oktyabr 1415-ci ildə Yüzillik müharibənin ən böyük döyüşlərindən biri baş verdi. İngilis kralı V Henrixin qoşunları(3-5 min oxçular və 1 min piyada cəngavər 10 min piyada fransız cəngavəri və arbaletçisinə qarşı), bacarıqlı manevr edərək və ustalıqla sapan silahlardan yararlanaraq, qətiyyətlə rəqibə hucum etdilər. Ş. d' Albrenin başçılığı ilə fransızlar, müdafiə taktikasını seçərək, pərakəndə hərəkət edirdilər, piyada cəngavərlər süvarilərin hucumunu dəstəkləmədi: o, ingilislərin özünü qorumaq üçün çevrələrinə düzdükləri daşınan hasarlarda asanlıqla dəf edildi. Döyüş fransızların ağır məğlubiyəti ilə bitdi. Onlar 4 min ölü və 1,5 min yaralı itki verdilər. Döyüşün uğurundan yararlanan ingilislər bütün Şimali Fransanı və Parisi tutdular. Döyüşdə fransız elitasını - fransız zadəgan kəsiminin böyük hissəsini məhv edən ingilislər, Fransanın böyük ərazisini işğal edərək, uzun müddətə öz üstünlüklərini təmin etdilər.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Советская военная энциклопедия. Военное издательство Министерства обороны СССР. Москва-1976 год. Т.1