Bülbülcan
Bülbülcan | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Əbdülbağı Kərbəlayi Əli oğlu Zülalov |
Ləqəbi | Bülbülcan |
Doğum tarixi | 1841 |
Doğum yeri | |
Vəfat tarixi | avqust 1927 |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, xanəndə |
Fəaliyyət illəri | 1875–1927 |
Janr | muğam |
Təhsili | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Bülbülcan (əsl adı: Əbdülbaqi Kərbəlayi Əli oğlu Zülalov; 1841, Şuşa, Kaspi vilayəti – avqust 1927, Bakı) — Azərbaycan xanəndəsi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Bülbülcan adıyla daha çox tanınan Əbdülbaqi Zülalov Şuşada anadan olub. Hələ cavan yaşında Qafqazı və İranı gəzib öz istedadı və müxtəlif dillərdə muğam ifa etmə məharəti ilə muğamsevərlər arasında məşhurluq qazanmışdır. İran şahı Müzəffərəddin şah tərəfindən Şiri-Xurşid ordeninə layiq görülmüşdür.[1]
1875-ci ildən başlayaraq ömrünün 30 ilini Tbilisidə yaşamışdır. Gürcü dilini öyrənib Azərbaycan muğamatlarını o dildə ifa edərdi və onu dinləyən Tbilisililəri mükəmməl səsi, yaraşıqlı xarici görünüşü və artistik davranışı ilə heyran edərdi.[2] Tez-tez yaxın dostu və məşhur tarzən Sadıqcanla çıxış edərdi. 1905-ci ildə Bülbülcan Şuşaya qayıtdı və vaxtını yetim qalan qardaşı uşaqları Əli Zülalovun və Qəmbər Zülalovun böyütməsinə həsr etdi.
1920-ci illərdən bəri Bakıda yeni açılmış ali musiqi məktəblərdə dərs demişdir. 1927-ci ildə vəfat etdi. Zülalovlar ailəsi bu günə qədər dahi xanəndənin musiqi ənənələrini davam edir. Bülbülcanın qızı, nəvəsi və qardaşı uşaqları da xanəndə oldu.[3]
Nəsil şəcərəsi
[redaktə | mənbəni redaktə et]Kərbəlayı Əli Zülalov | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Gülüş xanım | Əbdül Zülalov | Əbdülbaqi Zülalov | Nisə xanım | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Əli Zülalov | Qəmbər Zülalov | Məhəmmədəli Zülalov | Əzizə Məmmədova | Salman | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Solmaz Zülalova | Zemfira Zülalova | Elmira Zülalova | Rüstəm Zülalov | Sona Hacıyeva | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Шушински Ф. Азәрбајҹан халг мусигичиләри. — Б.: Јазычы, 1985. автор
- Шушинский Ф. Народные певцы и музыканты Азербайджана. — М.: Советский композитор, 1979. — 200 с.
- Gülhüseyn Kazımlı, Vasif Quliyev.Bülbülcan. "Şuşa" nəşriyyatı. Bakı. 2016.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ [1] Arxivləşdirilib 2014-01-16 at the Wayback Machine. Бюльбюльджан
- ↑ [2] Arxivləşdirilib 2014-01-16 at the Wayback Machine Бюльбюльджан (Абдулбаги Зулалов) со своим ансаблем
- ↑ Его исполнение отметил сам Сталин… Arxivləşdirilib 2016-11-04 at the Wayback Machine. Нилуфар Гасанкызы. Вышка. 13 марта 2002, № 13
- 1841-ci ildə doğulanlar
- Şuşada doğulanlar
- 1927-ci ildə vəfat edənlər
- Bakıda vəfat edənlər
- Şuşa Humanitar Kollecinin məzunları
- 3-cü dərəcəli Şiri Xurşid ordeninin kavalerləri
- Əlifba sırasına görə musiqiçilər
- Zülalovlar
- Şuşa musiqiçiləri
- XIX əsr Azərbaycan musiqiçiləri
- XX əsr Azərbaycan musiqiçiləri
- Azərbaycan müğənniləri
- Azərbaycanlı müğənnilər
- SSRİ müğənniləri
- Azərbaycan xanəndələri
- Azərbaycanlı xanəndələr