Bəhram Gur və qoca çoban
Bəhram Gur və qoca çoban | |
---|---|
| |
Rəssam | Mir Seyid Əli |
Üslubu | Təbriz miniatür məktəbi |
Bəhram Gur və qoca çoban — Nizami Gəncəvinin "Yeddi gözəl" poemasında təsvir edilmiş səhnə əsasında Mir Seyid Əli tərəfindən çəkilmiş rəsm əsəridir.
Mövzu
[redaktə | mənbəni redaktə et]Nizaminin “Yeddi gözəl” poemasında Bəhram şahın vəziri Rast Rövşən xalqa əzab verir. Şərab və əyləncə Bəhramın gözlərini o qədər dumanlandırmışdır ki, vəzirin əməllərini görə bilmir. Nəhayət, bir gün Bəhram köpəyini ağacdan asmış bir qoca çobana rast gəlir. Şah öyrənir ki, köpək xəyanət etdiyi üçün cəzalandırılmışdır:
Xəyanət işləmiş o, əmanətə, Satır əminliyi min xəyalətə. Günahkarla belə rəftar etməsən, Kimsə deməz sənə “Afərin, əhsən!”.[1] |
Çobanın ibrətli, müdrik kəlamı Bəhramı ayıldır. O, çobanın sözlərini eşitdikdən sonra:
Dedi ki: Bu işə olmuşam heyran, Şahlığı öyrətdi mənə, bir çoban. Bu hekayə mənim hekayətimdir, Mən çobanam, sürü rəiyyətimdir.[1] |
Təsvir
[redaktə | mənbəni redaktə et]Burada bütün insan və heyvan fiqurları təbii, həm də miniatür üslubu daxilində real işlənilmişdir. İnsan fiqurlarının duruş və hərəkətləri, heyvanlar və onlara xas olan vərdişlər maraqlı təsvir edilmişdir. Fonda dağ mənzərəsi, qarşıda ağacdan asılmış it, azca aşağıda isə digər personajlar görünür. Bəhram şahla üzbəüz dayanan çoban, sanki süjeti tamaşaçıya nəql edir. Miniatürdə hər şey sadə, təbii və poetikdir.[2]
Tədqiqi
[redaktə | mənbəni redaktə et]Rəsm işi tamamlanmasa da, hələ rənglənməmiş bu bu əsərdə Mir Seyid Əli öz yaradıcılıq üslubuna sadiq qalaraq, əvvəlki əsərlərində olduğu kimi burada da, kompozisiyanı əsas epizodla yanaşı, bir sıra məişət səhnəcikləri ilə zənginləşdirmişdir.[2] Real həyat təsvirləri olan bu səhnəciklər miniatürə janr səciyyəsi təlqin edir. Əsas süjetin arxa planda, köçəri həyatından alınmış səhnəciklərin isə birinci planda təsviri bunu bir daha sübut edir.[2]
Ən səciyyəvi cəhət budur ki, Mir Seyid Əlinin 1539-1543-cü il tarixli “Xəmsə” əlyazması üçün işlədiyi “Məcnunun Leylinin çadırına gəlməsi” miniatüründə təsvir olunan məişət səhnəciklərinin xarakteri, tipajlar, insan və heyvan fiqurlarına xas olan hərəkətlər və sair kimi ayrıntılar bu miniatürdəki fiqur və səhnəciklərlə həmahəng səslənir.[3]
Tədqiqatçılardan P. Şults, T. Şukin və başqa Avropa alimləri bu əsəri Sultan Məhəmmədə aid edirlər.[3] Bu fikirlə razılaşmayan sənətşünaslıq doktoru K. Kərimov isə əsərin Mir Seyid Əli fırçasının məhsulu olduğunu iddia edir.[4] N. Zamanov isə qeyd edir ki, "“Məcnunun Leylinin çadırına gəlməsi” və "Bəhram Gur və qoca çoban” əsərlərinin müqayisəsi, rəsm, kompozisiya, üslub və səciyyəvi qrafik cizgilərin doğmalığı hər iki miniatürün eyni müəllifə mənsub olduğunu söyləmək üçün kifayət qədər material verir.”[3]
-
Yar Məhəmməd əl-Haravi, 1516, Uolters Sənət Muzeyi
-
Naməlum rəssam tərəfindən "Xəmsə əlyazması (M-156)"da çəkilmiş miniatür, Təbriz məktəbi, XVI əsr, AMEA Əlyazmalar İnstitutu
-
Məhəmməd Musa əl-Müdəhhib, 1517-1518, Uolters Sənət Muzeyi
-
Naməlum rəssam, XVII əsr, Uolters Sənət Muzeyi
-
Naməlum rəssam, Herat məktəbi, 1428, Rusiya Milli Kitabxanası
İstinadlar
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Zamanov, Nadir. Nizami poeziyası və təsviri sənət (Azərbaycan SSR EA Memarlıq və İncəsənət İnstitutu). Bakı: Elm. 1981. səh. 190.