Bayram Allahverdiyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bayram Allahverdiyev
Bayram Vəli oğlu Allahverdiyev
Doğum tarixi
Doğum yeri Arçut, Quqark rayonu, Ermənistan SSR, SSRİ
Vəfat tarixi (81 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi kitabşünaslıq
Elmi dərəcəsi tarix elmləri doktoru
Elmi adı professor
Mükafatları Qızıl qələm , Qabaqcıl təhsil işçisi döş nişanı

Bayram Vəli oğlu Allahverdiyev (1938, Arçut, Böyük Qarakilsə rayonu21 fevral 2019) – BDU-nun "Kitabşünaslıq və nəşriyyat işi" kafedrasının müəllimi, tarix üzrə elmlər doktoru, professor.[1]

Həyat və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Bayram Vəli oğlu Allahverdiyev 23 yanvar 1938-ci ildə Kirovakan rayonu Arçut kəndində anadan olmuşdur. 4 övladı var. 1962-1964-cü illər Qərbi Azərbaycanın Loru-pəmbək bölgəsində Arçut kəndində klub müdiri vəzifəsində işləmişdir. 1968 –ci ildə Milli Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunda kiçik elmi işçi; 1968-ci ildən Bakı Dövlət Universitetində çalışmışdır. 1968-1992-ci illərdə BDU-nun "Biblioqrafiyaşünaslıq" kafedrasının dosent və professoru vəzifəsində işləmişdir. 1992-ci ildən 2012-ci ilə qədər BDU-nun "Kitabşünaslıq və nəşriyyat işi" kafedrasının müdiri vəzifəsində çalışmışdır. 2008-ci ildən nəşr olunan "Kitabşünaslıq və nəşriyyat işi" jurnalının təsisçisi və baş redaktoru olmuşdur.

Təhsili, elmi dərcəsi və elmi adları

[redaktə | mənbəni redaktə et]

Ali, filologiya elmləri namizədi, tarix elmləri doktoru, professor.

Müdafiə etdiyi dissertasiya mövzuları

[redaktə | mənbəni redaktə et]

Namizədlik dissertasiyasının mövzusu və müdafiə etdiyi il:

"Orta əsr Azərbaycan kitabı (XI – XVIII əsrlər)" - 1968-ci il, may.

Doktorluq dissertasiyasının mövzusu və müdafiə etdiyi il:

"Azərbaycan Respublikasının texniki kitab nəşri (1920-1985-ci illər)" - 1991-ci il, iyun.

Apardığı dərslər

[redaktə | mənbəni redaktə et]
  • "Ümumi kitab tarixi" (bakalavr pilləsi), "Kitabın tipologiyası", (bakalavr pilləsi)
  • Mətnşünaslıq (bakalavr), Kalliqrafiyaya giriş (bakalavr)
  • "Kitabşünaslığın tarixi, nəzəriyyəsi və metodologiyasının əsasları" (magistratura)
  • "Azərbaycan Respublikasının nəşriyyat sistemi" (magistratura)
  • "Kitabşünaslığın tarixi və metodologiyası" (magistratura)
  • "Kitabşünaslığın müasir problemləri" (magistratura)
  • "Sosial kommunikasiya sistemində kitab" (magistratura)
  • 150 elmi məqalənin, 300-ə qədər publisistik məqalənin, 10 monoqrafiyanın müəllifidir. 3 dərslik və dərs vəsaitinin müəllifidir, 20-dən çox bakalavr və magistratura üçün proqram və metodik göstəriş tərtib etmişdir. 30-dan çox metodik göstəriş və proqramın elmi redaktoru olmuşdur.

Tədqiqat sahəsi

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda ilk dəfə əlyazma kitablarının yaranması, tərtibatı və yayılması xüsusiyyətlərini aşkara çıxarmışdır. Azərbaycan kitabının tipologiyası, Azərbaycan texniki kitabının nəşri, formalaşması və tipologiyasını tədqiq və inkişaf etdirmişdir. Azərbaycan kitabşünaslığı, kitab nəşri və kiatb tarixi və respublikanın nəşriyyatlarının fəaliyyətlərinin öyrənilməsi.

Seçilmiş elmi əsərləri:

[redaktə | mənbəni redaktə et]
  • XX əsr Azərbaycan kitabşünaslığına nəzəri baxış. //Kitabşünaslıq və nəşriyyat işi elmi-nəzəri və təcrübi jurnal, 2008, №1
  • Heydər Əliyev və Azərbaycan kitab nəşri mədəniyyəti (Ümummili lider H.Ə.Əliyevin anadan olmasının 85-illiyinə həsr edilir) //Kitabşünaslıq və nəşriyyat işi elmi-nəzəri və təcrübi jurnal, 2008, №2
  • Milli kitab anlayışı haqqında mülahizələrim //Kitabşünaslıq və nəşriyyat işi elmi-nəzəri və təcrübi jurnal, 2008, №2
  • Kitab və oxucu // Kitabşünaslıq və nəşriyyat işi: elmi-nəzəri və təcrübi jurnal. 2008. –№3. –S.3-20
  • Kitabın funksiyaları// Kitabşünaslıq və nəşriyyat işi: elmi-nəzəri və təcrübi jurnal. 2008. –№4. –S.3-19
  • Azərbaycan nəşriyaytının kitab və dövri mətbuatın nəşrində yeri// Kitabşünaslıq və nəşriyyat işi: elmi-nəzəri və təcrübi jurnal. 2009. –№1. –S.26-33
  • Azərbaycanda kitab nəşri problemləri (1920-1940)// Kitabşünaslıq və nəşriyyat işi: elmi-nəzəri və təcrübi jurnal. 2010. –№1 (6). –S.18-38
  • Nəşriyyat sistemi və Azərbaycan kitabının seriyalı nəşrləri// Kitabşünaslıq və nəşriyyat işi: elmi-nəzəri və təcrübi jurnal. 2010. –№2(7).–S.28-40
  • Kitabşünaslığın tarixi, nəzəriyyəsi və metodologiyasının əsasları Proqram.// Bakı: Bakı Universiteti nəşriyyatı, 2006. -11 s.
  • Kitabşünaslığın müasir problemlər Proqram.i// Bakı: Bakı Universiteti nəşriyyatı, 2006. -12 s.
  • Azərbaycan Respublikasının nəşriyyat sistemi. Proqram.// Bakı: Bakı Universiteti nəşriyyatı, 2008. -12 s.
  • Redaksiya-nəşriyyat işində informasiya texnologiyası Proqram. // Bakı: Bakı Universiteti nəşriyyatı, 2008. -15 s.
  • Bakı Dövlət Universitetinin nəşriyyatçılıq fəaliyyəti. Monoqrafiya. // Bakı: UniPrint, 2010. -144 s.
  • Kitabşünaslıq və ümumi kitab tarixi. Proqram. // Bakı, Bakı Universiteti nəşriyyatı, 2011. -32 s.
  • Azərbaycan kitab tarixi Proqram. // Bakı, Bakı Universiteti nəşriyyatı, 2011. -17 s.
  • Ümumi kitabşünaslıq Proqram // Bakı, Bakı Universiteti nəşriyyatı, 2011. -25 s.
  • Kitab sənəti// Kitabşünaslıq və nəşriyyat işi: elmi-nəzəri və təcrübi jurnal. 2011. –№1. –S.3-12
  • Müstəqillik şəraitində kitabçılıq işinin müasir problemləri // Kitabşünaslıq və nəşriyyat işi: elmi-nəzəri və təcrübi jurnal. 2011. –№2. –S.3-10
  • Kitabşünaslığın əsasları. Moonoqrafiya.// Bakı, UniPrint, 2011. -446 s.
  • Çap kitab sənəti// Kitabşünaslıq və nəşriyyat işi: elmi-nəzəri və təcrübi jurnal. 2011. –№3. –S.3-9
  • Azərbaycan kitab mədəniyyəti (1941-1960) // Kitabşünaslıq və nəşriyyat işi: elmi-nəzəri və təcrübi jurnal, 2012, № 1, s. 10-32
  • Kitabşünaslıq və nəşriyyat işi kafedrası 20 ildə // Kitabşünaslıq və nəşriyyat işi: elmi-nəzəri və təcrübi jurnal, 2012, №2, s.3-16
  • Kitabların izi ilə // Kitabşünaslıq və nəşriyyat işi: elmi-nəzəri və təcrübi jurnal, 2012, №3, s.8-17
  • Azərbaycan texniki kitab tipologiyasının yaranması və formalaşması (1920-1940) //Kitabşünaslıq və nəşriyyat işi: elmi-nəzəri və təcrübi jurnal, 2013, №1, s.3-19
  • Azərbaycan kənd təsərrüfatı kitabının tipologiyasının yaranması və inkişafı //Kitabşünaslıq və nəşriyyat işi: elmi-nəzəri və təcrübi jurnal, 2014, №1, s.3-13
  • Mətnin quruluşu, növ müxtəlifliyi və təhlili // Kitabşünaslıq və nəşriyyat işi: elmi-nəzəri və təcrübi jurnal, 2014, №2, s.70-77
  • İncəsənət və sənətşünaslıq üzrə kitabın tipologiyası // Kitabşünaslıq və nəşriyyat işi: elmi-nəzəri və təcrübi jurnal, 2015, №1, s.3-16
  • Kitabın tipologiyası. Monoqrafiya. Bakı, ÇapArt Nəşriyyat Evi, 2017, 578 s.
  • Azərbaycan kitab tarixi fənninin nəzəri problemləri // Kitabşünaslıq və nəşriyyat işi: elmi-nəzəri və təcrübi jurnal, 2017, №1, s.5-11
  • Azərbaycanda müəllif, kitab və oxucu münasibəti tarixindən (XI-XVI əsrlər) // Kitabşünaslıq və nəşriyyat işi: elmi-nəzəri və təcrübi jurnal, 2018, №1, (19), 5-11
  • Heydər Əliyev və kitab nəşri mədəniyyəti // Tezis. Kitabxana-informasiya fəaliyyətində innovasiyalar və fənlərarası inteqrasiya. Bakı, 2018, s.121-123
  • Azərbaycan kitab tarixi (tar.ü.fəl.dok.L.Q.Abasova ilə birlikdə) Proqram Bakı, 2018
  • Kitabın tipologiyası. Proqram. Bakı, 2018
  • Mətn nəzəriyyəsi. Bakı: ÇapArt, 2018, 200 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Arxivlənmiş surət". 2020-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-21.