Borduriya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Borduriya
Borduriya bayrağı
Borduriya bayrağı
Tintin macəraları
Tip uydurma dövlət
Yaradıcı Erje
İdarə edən Marşal Kurvi-Taş
Tanınmış yerləri Sohod (paytaxt)
Əhali bordurlar

Borduriya — Erjenin "Tintin macəraları"nda adı çəkilən uydurma dövlət. Balkan yarımadasında, Sloveniyanın qərbində yerləşdiyi güman olunur. Ölkə əvvəl nasist, daha sonra kommunist dövlətin parodiyası kimi təqdim olunmuşdur.

Borduriya qapalı dövlət kimi təsvir edilir, paytaxtı Sohoddur. Ölkənin dili isə bordur dilidir, latın və ya macar dilinə yaxın olduğu güman olunur. Doğrudan da Macarıstanda Seqed adında şəhər var və Sohod adının buradan yaranması mümkündür.

Daxili siyasət

[redaktə | mənbəni redaktə et]

1939-cu ildə ölkə "yaradılarkən" nasist dövlət kimi təsvir olunmuşdu. Qonşu olan digər utopik dövlət olan Sildaviyanı işğal etmək cəhdi isə baş tutmamışdır (Bu, Almaniyanın Avstriyanı işğal etməsinə bənzəyir). Maraqlıdır ki, Borduriya təyyarələri almanların istifadə etdiyi "Messerschmitt Bf 109"ə olduqca oxşayır.

1956-cı ildə bu utopik dövlətin gizli polis xidməti (ZEP) adını bıyığından və ideyalogiyasından aldığı lideri Kurvi-Taş Borduriyanı kommunist ölkəyə çevirdi.

Xarici siyasət

[redaktə | mənbəni redaktə et]

1976-cı ildə Borduriya Cənubi Amerikadakı utopik dövlət San Teodorosun lideri general Tapiokanı dəstəkləyirdi. Hətta bu ölkəyə səfirlər göndərmişdir. Rəsmi olaraq San Teodoros və general Tapiokanı taşizmi dəstəkləyirdi. Bunun sübutunu "Tintin və Pikarolar" kitabında Sponzun Alvarezlə keçmiş San Teodoros ofisində danışarkən Kurvi-Taşın büstünü göbələklə vurulmasında görmək olar. Hər iki ölkənin başçısı siyasi liderlik üçün mübarizə aparırlar.

Borduriyanın ordusu güc və silah baxımından güclü səviyyədədir, amma "Turnosol hadisəsində" Tintinin oğurladığı tankı dayandırmaq istəyən Borduriya əsgərləri müvəffiqiyyətsizliyə düçar olurlar.

Sildaviya kimi Borduriya da islamı qəbul etmişdir: Kurvin-Taşın ətrafında minarə görmək mümkündür.