BorsodChem
BorsodChem | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Özəl şirkət |
Sənaye | Kimya sənayesi |
Məhsulları | izotsianat, polivinil xlorid və vinil |
Təsis tarixi | 1949 |
Baş qərargahın yeri | Kazintsbartsika, Macarıstan |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri |
|
Xalis mənfəəti |
|
Struktur | |
İşçi sayı |
|
Ana şirkət | Wanhua Chemical Group Co., Ltd. |
borsodchem-group.com | |
Vikianbarda əlaqəli mediafayllar |
BorsodChem (BorşodXem kimi tələffüz olunur), rəsmi adı Wanhua-BorsodChem — Kazintsbartsika şəhərində yerləşən Macarıstan kimya şirkəti.
Şirkət izotsianat, polivinil xlorid və vinil istehsalında ixtisaslaşmışdır. Əsas zavod Kazintsbartsika şəhərində yerləşir, eyni zamanda Ostrava (Çexiya) və Kendzejin-Kozle (Polşa) şəhərlərində də istehsalat aparılır. Macarıstan, Belçika, Çex Respublikası, Xorvatiya, İtaliya və Polşada filialları var. 2008-ci ildə Gödöllö şəhərində yeni texniki dəstək mərkəzi açıldı.
Tarixi
[redaktə | mənbəni redaktə et]BorsodChem-in ilkin tarixi 1949-cu ildə Macarıstanın şimalında yerləşən kimyəvi fabriklərini Borsodi Vegyi Kombinát müəssisəsi ilə birləşdirdikdən sonra başlayır, polivinil xlorid istehsalı isə 1963-cü ildə başlandı. 1991-ci ildə müəssisənin varisi olaraq BorsodChem şirkəti quruldu və Macarıstanda aparıcı kimyəvi şirkəti oldu.
2000-ci ildə Milford Holdings adlı İrlandiya ofşor şirkəti BorsodChem-in 24.7% payını aldı və onu Banca Commerciale Italiana-nın Macarıstan şöbəsinə satdı. Vienna Capital Partners bu sövdələşmədə iştirak etmişdir və Macarıstan Baş Naziri bu razılaşma ilə əlaqədar araşdırmanın aparılmasını tələb etmişdir.[3] Şirkət 2007-ci ildə Permira tərəfindən satın alındı[4] və sonra 2011-ci ildə Wanhua Industrial Group-a satıldı[5].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ http://ceginformacio.creditreform.hu/cr9310000063.
- ↑ https://www.coface.cz/content/download/186543/3096111/file/CER-CZ-CEE_Top_500_2019_booklet.zip. Compagnie Française d'Assurance pour le Commerce Extérieur, 2019.
- ↑ Barnett, Neil. "From Poland to Hungary, Gazprom takes stealth route to domination". London: The Independent. 8 January 2006. 2010-02-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-17.
- ↑ BorsodChem: Permira nimmt Rohstoffhersteller von der Börse Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (alm.)
- ↑ Wanhua acquires full control of BorsodChem Arxivləşdirilib 2021-01-24 at the Wayback Machine (ing.)