Borussiya Dortmund FK
Ballspiel-Verein Borussia | ||||
---|---|---|---|---|
Borussia Dortmund | ||||
Klubun tam adı | Ballspielverein Borussia 09 e.V. Dortmund | |||
Ölkə | Almaniya | |||
Ləqəb(lər) |
Die Borussen (Borussiyalılar) Die Schwarzgelben (Qara-sarılılar) Der BVB (BVB) |
|||
Rəng(lər) | sarı-qara | |||
Yaranma tarixi | 19.12.1909 ) | |||
Stadionu | Siqnal İduna Park | |||
Tutumu | 80,552[1] | |||
Prezidenti | Raykard Raubal | |||
Baş məşqçisi | Luçian Favre | |||
Liqa | Bundesliqa | |||
2021/22 | 2. | |||
| ||||
Rəsmi saytı | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Borussiya (Dortmund) — Almaniyanın futbol klubu. Avropada ən güclü komandalardan biri. Əsası 1909 il-də qoyulmuşdur. Oyunlarını "Vestfalenştadion"da (80 minə yaxın tamaşaçı) keçirir. 6 qat Almaniya (1956, 1957, 1963, 1995, 1996, 2002) çempionu, 2 dəfə ölkə Kubokunun (1965, 1989) sahibi olmuşdur. Ən nüfuzlu beynəlxalq turnirin – Çempionlar liqasının (1997), həmçinin Kuboklar kuboku (1966) və Qitələrarası kubok (1997) yarışlarının qalibidir. Klubun tarixində ən tanınmış futbolçular: M. Zammer, S. Şapüiza (İsveçrə), Y. Koler (Çexiya).
Tarixi
[redaktə | mənbəni redaktə et]Klubun əsası 1909-cu il dekabrın 19-da "Zum Vildşuts" barında bir qrup narazı seminariyada təhsil alan tələbələr tərəfindən qoyulub. Bu məqamla bağlı iki fərqli versiya var. Bəziləri hesab edir ki, həmin seminariyanın müəllimi Devald futbola nifrət etdiyi və bu idman növünü proqrama salmadığı üçün tələbələr bu addımı atıb. Başqa bir versiyaya görə isə Devaldın özünün də futbola böyük marağı olub və hətta tələbələrə öz cibindən formalar da alırmış. Sadəcə o tələbələrin adıçəkilən bara getməsinin əleyhinəymiş. "Borussiya" Prussiyanın latınca səslənişidi. Komanda əvvəllər üzərində qara zolaq olan ağ-göy formalara üstünlük verib. 1913-cü ildən isə hazırkı rənglərdə çıxış edir. Əvvəllər əyalət liqasında çıxış edən klubun tarixinə 1-ci Dünya müharibəsi təsirsiz ötüşməyib. Bir sıra futbolçular səngərlərə yollanıb, onlardan əksəri geri qayıtmayıb. Bu üzdən 20-ci illərdə klubu yenidən formalaşdırmaq lazım gəlib. Bəhs etdiyimiz dönəmdə "Borussiya"nın Vestfalidəki bütün komandalarla normal münasibətləri var idi. Yalnız "Şalke-04"lə ciddi rəqabətin olmasının əsas səbəbi dortmundluların uzun müddət bu rəqiblə başabaş mübarizə apara bilməməsi idi. Nəhayət, 1936-cı ildə "sarı-qaralar" Vestfaliyanın əsas liqasına yüksələ bilib. Özü də məhz birvaxtlar "Şalke-04"-ün futbolçusu olan Ernst Kutsorun rəhbərliyi altında bunu bacarıblar. "Arılar" ilk ciddi uğurunu 2-ci Dünya müharibəsindən sonra qazanıb. Belə ki, 1947-ci ildə "Borussiya" Vestfaliyanın çempionu olub və tarixində ilk dəfə "Şalke- üzərində qələbə qazanıb – 3:2. Dortmundlular 2 il sonra ölkə çempionluğuna yaxın olsa da, finalda "Manheym"ə 2:3 hesabıyla uduzaraq, "gümüş"lə kifayətlənib. İlk çempionluq bundan 7 il sonra reallaşıb. "Sarı-qaralar" 1956-cı ildə finalda "Karlsrue"ni 4:2, növbəti il isə həlledici matçda "Hamburq"u 4:1 udmaqla ardıcıl iki mövsüm Almaniyanın ən güclüsü olub. Maraqlıdı məqam isə odu ki, hər iki final görüşünə"Borussiya" eyni heyətlə çıxıb. Köhnə qaydada keçirilən Almaniya çempionatının son qalibi də məhz Dortmund təmsilçisidi. Bundesliqa yarananadan sonra bu sistemlə keçirilən yarışın tarixində ilk qolu məhz "Borussiya"nın futbolçusu Timo Koretska vurub. "Arılar" ölkə kubokuna ilk dəfə 1965-ci ildə finalda "Ahen"i 2 cavabsız qolla üstələməklə yiyələnib. Növbət il isə Kuboklar kubokunun qalibi olan "Borussiya" Qlazqoda keçirilən finalda "Liverpul" məğlub edilib – 2:1. 70-ci illərdə klub maliyyə sıxıntısı yaşayıb. 1972-ci ildə "Borussiya" regionel liqaya yuvarlanıb, ardınca 2-ci bundesliqa yaradılıb və komanda ora daxil edilib. Ümumiyyətlə, 80-ci illərin sonuna kimi uğursuz dönəm sayılır. Nəhayət, 1989-cu ildə "Borussiya" ölkə kubokunu və superkubokunu qazanmaqla bu gedişata son verib. 1991-ci ildə Ottmar Hitsfeldin baş məşqçi posuna gətirilməsi ilə komanda yeni inkişaf yoluna qədəm qoyub. 1993-cü ildə dortmundlular UEFA kubokunun finalına yüksəlsə də, son matçda "Yuventus"a uduzub. "Borussiya" 1995, 1996-cı illərdə Almaniyanın, 1997-ci ildə isə Avropanın ən güclüsü olub. "Sarı-qaralar"ın ÇL-in Münhendə keçirilən finalında "Yuventus"u udduğunu (3:1) da vurğulayaq. Həmin mövsüm "arılar"ın heyətindəki Mattias Zammer qitənin ən yaxşı futbolçusu seçilib. Daha bir maraqlı məqam isə, ÇL-in finalından dərhal sonra Hitsfeldin istefa verməsidi. Almanlar həmin il "Kruzeyro"nu Tokioda baş tutan görüşdə məğlub etməklə qitələrarası kuboku muzeyinə aparıb. Zammerin artıq baş məşqçi kimi çalışdığı 2002-də qazanılan ölkə çempionluğundan sonra bir müddət komanda titulsuz qalıb. 2008-də Yurgen Kloppa həvalə olunan "Borussiya" 2011-də Almaniyanın ən güclüsü olub. Növbəti mövsüm isə "arılar" hər iki "cəbhə"də rəqib tanımayıb. 2013-cü ildə isə "sarı-qaralar" 2-ci dəfə ÇL-i qazanmağa yaxın oldu. Yarımfinalda "Real"ı ilk oyunda Robert Levandovskinin 4 qolu ilə üstələyən (4:1), cavab görüşündəki məğlubiyyətə (0:2) baxmayaraq, son görüşə vəsiqə qazanan "sarı-qaralar" Londonda keçirilən finalda "Bavariya"ya yenildi (2:1). Ötən mövsüm elə yaxşı təsir bağışlamayan "Borussiya" az qala avrokuboklardan kənarda qalacaqdı. Ölkə kubokunun finalında "Volfsburq"a uduzan, çempionatı 7-ci pillədə qapayan komanda yeni baş məşqçiyə — Tomas Tuxelə tapşırıldı.
Avropa kuboklarında iştirak
[redaktə | mənbəni redaktə et]22 dəfə Avropa kuboklarında iştirak edib.
Uğurları
[redaktə | mənbəni redaktə et]Almaniya
[redaktə | mənbəni redaktə et]- Çempionluq (3): 1964–65, 1988–89, 2011–12
- Çempionluq (5): 1989, 1995, 1996, 2008, 2013
Avropa
[redaktə | mənbəni redaktə et]- Çempionluq (1): 1965–66
Dünya
[redaktə | mənbəni redaktə et]- Çempionluq (1):1997
Forma sponsorları ve istehsalçılar
[redaktə | mənbəni redaktə et]İl | Forma istehsalçısı | Forma sponsoru |
---|---|---|
1974–1976 | Adidas | City of Dortmund |
1976–1978 | Samson | |
1978–1980 | Prestolith | |
1980–1983 | UHU | |
1983–1986 | Artic (dondurma) | |
1986–1990 | Die Continentale | |
1990–1997 | Nike | |
1997–2000 | s.Oliver | |
2000–2004 | Goool.de | E.ON |
2004–2005 | Nike | |
2005–2006 | RAG | |
2006–2009 | Evonik | |
2009–2012 | Kappa | |
2012–2016 | Puma |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Borussia Dortmund's Signal Iduna Park expansion: Germany's biggest stadium set to get bigger!". Bundesliga. 10 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 July 2018.
Futbol klubu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |