Cəmaləddin Maqomayev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Cəmaləddin Maqomayev
fevral 1962 – 5 oktyabr 1977
ƏvvəlkiSabit Orucov
31 dekabr 1953 – 6 iyun 1957
SədrTeymur Quliyev
Sadıq Rəhimov
2 oktyabr 1948 – aprel 1952
SədrTeymur Quliyev
bayraq
Azərbaycan SSR yerli sənaye naziri
bayraq2
18 aprel 1953 – 31 dekabr 1953
SonrakıSəlim Qasımov
aprel 1952 – 17 aprel 1953
Birinci katibMir Teymur Yaqubov
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifə ləğv edilib
bayraq
Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədrinin birinci müavini
bayraq2
1957 – 1962
SədrƏli İbrahimov
ƏvvəlkiMöhsün Poladov
SonrakıHilal Əsədov
Şəxsi məlumatlar
Doğum tarixi 28 may 1910(1910-05-28)
Doğum yeri
Vəfat tarixi 5 oktyabr 1977(1977-10-05) (67 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Atası Müslüm Maqomayev

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni — 1942 "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni — 1946
"Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı — 1960

Cəmaləddin Müslüm oğlu Maqomayev (28 may 1910, Lənkəran, Lənkəran qəzası5 oktyabr 1977, Moskva) — Azərbaycan-sovet mühəndisi və dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1948–1952, 1953–1957), Azərbaycan SSR yerli sənaye naziri (1953), SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Sovetinin daimi nümayəndəsi (1962–1977).

Cəmaləddin Müslüm oğlu Maqomayev 1910-cu il mayın 28-də Lənkəran şəhərində bəstəkar Müslüm Maqomayevin ailəsində anadan olmuşdur. Bakıda orta təhsil aldıqdan sonra o, Azərbaycan Sənaye İnstitutunda təhsilini davam etdirmişdir. 1932-ci ildə institutu bitirdikdən sonra Leninqraddakı "İjora" ağır maşınqayırma zavoduna göndərilmiş, orada mühəndis-texnoloq vəzifəsində işləmişdir.[1] 1934–1936-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur.[2]

Bakıya qayıtdıqdan sonra Cəmaləddin Maqomayev Azərbaycanın neft-maşınqayırma sistemində işləməyə başlamışdır. 1936–1937-ci illərdə Lenin adına zavodda baş mexanikin müavini, 1937–1939-cu illərdə Azərbaycan Neft-Mədən Maşınqayırma Trestinin baş mexaniki, 1939–1941-ci illərdə Kirov adına zavodun direktoru, 1941-ci ildən isə Azərbaycan Neft-Mədən Maşınqayırma Trestinin (Azərneftmaş) baş mühəndisi olmuşdur.[1][2]

Böyük Vətən müharibəsi illərində Azərbaycan SSR Xalq Komissarları SovetininAzərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin silah və döyüş sursatı üzrə müvəkkilinin müavini işləyən Cəmaləddin Maqomayev orduya döyüş silahlarının fasiləsiz göndərilməsində iştirak etmişdir. O, 1943–1948-ci illərdə Azərbaycan KP MK-da sənaye-nəqliyyat şöbəsinin, neft sənayesi şöbəsinin müdiri, Mərkəzi Komitənin yeyinti sənayesi üzrə katibinin müavini işləmişdir.[1][3]

Cəmaləddin Maqomayev 1948–1952-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1952–1953-cü illərdə Azərbaycan KP Bakı vilayət komitəsinin ikinci katibi olmuşdur. 1953-cü ildə Azərbaycan SSR yerli sənaye naziri təyin edilmiş, 1953–1957-ci illərdə yenidən Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini işləmişdir. O, 1957-ci ildən Azərbaycan SSR naziri olmuş, 1957–1962-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədrinin birinci müavini vəzifələrində çalışmışdır.[2] 1962-ci ilin fevralından ömrünün sonunadək SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Sovetinin daimi nümayəndəsi olmuşdur.[1]

1940-cı ildən Sov. İKP üzvü olmuş, SSRİ Ali Sovetinin (3–4, 7–8-ci çağırış) və Azərbaycan SSR Ali Sovetinin (2–3, 5–6, 9-cu çağırış) deputatı seçilmişdir.[4] 1954–1961-ci illərdə Azərbaycan KP MK üzvü, 1961–1964-cü illərdə üzvlüyə namizəd, 1964-cü ildən isə yenidən üzvü olmuşdur.[2]

Cəmaləddin Maqomayev 5 oktyabr 1977-ci ildə vəfat etmiş[5] və 8 oktyabrda Fəxri Xiyabanda dəfn olunmuşdur.[6]

  1. 1 2 3 4 Ҹ. М. Магомајев // Коммунист. № 235 (16670). 7 октјабр 1977-ҹи ил. С. 4.
  2. 1 2 3 4 Magomaev, Dzhamal Eddin, Muslimovich // Prominent personalities in the USSR (ingilis). Metuchen, New Jersey: Scarecrow Press. 1968. səh. 376.
  3. Maqomayev Cəmaləddin Müslüm oğlu // Fəxri Xiyaban. Bakı: Heydər Əliyev Fondu. 2007. səh. 134.
  4. Магомајев Ҹәмаләддин Мүслүмович // Азәрбајҹан ССР Али Советинин депутатлары. Доггузунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1976. С. 197.
  5. Азәрбајҹан Коммунист Партијасынын Мәркәзи Комитәсиндән, Азәрбајҹан ССР Али Советинин Рәјасәт Һеј'әтиндән вә Назирләр Советиндән // Коммунист. 6 октјабр 1977-ҹи ил. С. 1.
  6. Ҹ. М. Магомајевин дәфни // Коммунист. № 237 (16672). 9 октјабр 1977-ҹи ил. С. 3.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]