54°19′00″ c. e. 36°41′00″ q. u.HGYO

Cənubi Georgiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Cənubi Georgiya
ing. South Georgia,
Ümumi məlumatlar
Sahəsi 3528 km²
Uzunluğu
  • 160 km
Eni 30 km
Hündür nöqtəsi 2934 m
Əhalisi 23 nəfər (2001-ci il)
Yerləşməsi
54°19′00″ c. e. 36°41′00″ q. u.HGYO
Ölkə  Cənubi Georgiya və Cənubi Sandviç adaları
Akvatoriya
[[Fayl:|280px|Cənubi Georgiya xəritədə]]
Cənubi Georgiya
Cənubi Georgiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cənubi Georgiya (ing. South Georgia, isp. Isla Georgias del Sur) — Eyni adlı arxipelaqın ən iri adasıdır. Sahəsi 3528 km² təşkil edir (arxipelaqın sahəsi 4100 km²). Atlantik okeanın cənubunda, subantarktik qurşaqda yerləşir. Britaniya dəniz ərazilərinə daxil olan Cənubi Georgiya və Cənubi Sandviç adaları ərazisinə daxildir

Cənubi Georgiya və Cənubi Sandviç adaları inzibati cəhətdən müstəqil region olsa da Folklend adaları general qubernatorları tərəfibdən idarə olunur. Belə ki, Folklend adalarının general qubernatoru həm də Cənubi Georgiya və Cənubi Sandviç adalarının komissarı vəzifəsini daşıyır[1].

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Cənubi Georgiya qayalıqlardan ibarət olan adadır. Vulkan məşəllidir. Tundra ilə örtülü olur. Yüksəklik əraziləri buzlaqlarla örtülüdür. Ən hündür nöqtəsi Peycet dağıdır (2934 m). Sahillərində suitilər və pinqivinlərin düşərgələri vardır. İqlimi subantarktikdir. Orta aylıq temperatur −1,5°S (iyul-avqust) və + 5,3°S (fevral) arasında dəyişir. İllik yağıntının miqdarı 1400–1500 mm arasında dəyişir. Hər zaman güçlü küləklər müşahidə edilir. Geoloji baxımından Cənubi Sandviç adaları, Cənubi Şetland adaları, Cənubi Orkney adaları və qayalıqların geniş yayıldığı Cənubi Antil silsiləsi eynidir.

Cənubi Georgiya arxipelaqı və qayalıqlar:

Ada/Qayalıq (az.) Ada/Qayalıq (en.) Sahəsi,
km²
Hündür nöqtəsi,
m
Koordinatlar
Adalar
1 Annenkov adası Annenkov Island 14,93 650 54°29′ c. e. 37°05′ q. u.HGYO
2 Berd adası Bird Island 3,9 Roçer piki (365) 54°00′ c. e. 38°03′ q. u.HGYO
3 Velkom adaları Welcome Islands 88 53°58′ c. e. 37°29′ q. u.HGYO
4 Qrass adası Grass Island 0,26 5 54°09′ c. e. 36°40′ q. u.HGYO
5 Kuper adası Cooper Island 3,0 416 54°48′ c. e. 35°47′ q. u.HGYO
6 Pikersqill adaları Pickersgill Islands 54°37′ c. e. 36°45′ q. u.HGYO
7 Triniti adası Trinity Island 54°00′ c. e. 38°10′ q. u.HGYO
8 Uillis adaları Willis Islands 54°00′ c. e. 38°11′ q. u.HGYO
9 Cənubi Georgiya South Georgia 3528 Peycet dağı (2934) 54°15′ c. e. 36°45′ q. u.HGYO
Qayalıqlar
10 Blək qayalıqları Black Rocks 54°08′ c. e. 36°38′ q. u.HGYO
11 Blək qayası Black Rock 53°39′ c. e. 41°48′ q. u.HGYO
12 Klerk qayalıqları Clerke Rocks 55°01′ c. e. 34°41′ q. u.HGYO
13 Şaq qayalıqları Shag Rocks 0,2 75 53°38′ c. e. 41°48′ q. u.HGYO

XX əsrin əvvələrində adaya Şimal maralı gətirilmişdir. Onların sayı kütləvi şəkildə artmışdır. Ancaq maralçılıq ekosistemə ağır zərbə vurmuşdur. 2012-ci ildə Böyük Britaniya ekoloqları norveçlilərə müraciət etmişlər. Bunun nəticəsində 3 min maralın ovlanması qərara alınmışdır[2].

Ada ilk dəfə ingilis taçiri Antoni de la Roşe tərəfindən 1675-ci ildə kəşf edilmişdir. Adaları ilk dəfə 1775-ci ildə Ceyms Kuk tərəfindən araşdırma aparılır. Adanın cənub-qərbi Faddey BellinshauzenMixail Lazaryev tərəfindən araşdılırır (Annenkov adası, Poryadin burnu və b.).

XVIIIXIX əsrlərdə adada Britaniya və amerikalı suiti və balina ovcularının yaşayış məntəqələri olmuşdur.

Folklend adalarıCənubi Sandviç adalarıda daxil olmaqla Cənubi Georgiya adasına iddia edir. 1905–1950 illərdə adada meteoloji stansiya fəaliyyət göstərirdi. Ada 1982-ci ildə Folklend müharibəsi zamanı bir necə günlüyünə Argentina tərəfindən ələ keçirilmişdir[3].

Hal-hazırda Qryotvikendə daimi olaraq cəmi 23 nəfər, üstəlik qütb stansiyasında da daimi olmasada insanlar yaşayır. Yay ayları onların sayı 50 nəfəri keçir. 1982–2001 illərdə adada hərbi qarnizon fəaliyyət göstərmişdir.

Mədəniyyət və iqtisadiyyat

[redaktə | mənbəni redaktə et]

Keçmiş balina ovçu mərkəzi hazırda turistik mərkəz rolunu oynayır. Qryotvikendə muzey fəaliyyət göstərir. Ernest Şelktonun qəbri burada yerləşir.

  1. BMT. General Assambleya. Sənədlər A/AS.109/2011/12/Corr.1
  2. "Ekoloqlar Antarktikada maralların ovlanmasına qərar vermişlər". 2017-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-14. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  3. "Folklend 1982: "Paraquet" əməliyyatı. Cənubi Georgiyanın azad olunması". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-14. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)