Canluka Palyuka

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Canluka Palyuka
it. Gianluca Pagliuca
it. Gianluca Pagliuca
Ümumi məlumatlar
Ləqəbi Il Muro[1]
Doğum tarixi (57 yaş)
Doğum yeri Bolonya, İtaliya
Vətəndaşlığı İtaliya İtaliya
Boyu 190 sm[2]
Çəkisi 87 kq[2]
Mövqeyi qapıçı
Klub haqqında məlumat
Klub karyerasını bitirib
Karyerası
Klub karyerası[* 1]
1987—1994 İtaliya Sampdoriya 198 (−172)
1994—1999 İtaliya İnter Milan 165 (−170)
1999—2006 İtaliya Bolonya 1909 248 (−310)
2006—2007 İtaliya Askoli 1898 23 (−38)
1987—2007 Cəmi 592 (-654)
Milli yığma[* 2]
1991—1998 İtaliya İtaliya 39 (−27)
Təltif və medalları
Dünya çempionatları
Bürünc İtaliya 1990
Gümüş ABŞ 1994

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Canluka Palyuka (it. Gianluca Pagliuca;18 dekabr 1966[3][4], Boloniya) — italiyalı qapıçı və məşqçidir.

O, bəlkə də, 90-cı illərdə İtaliyanın ən yaxşı qapıçısı idi və bu müddətdə "Sampdoriya" (1987-94) və "İnter"in (1994-99) şərəfini qoruyub. Palyuka 1990-cı il ev mundialında "Skuadra Azzura"nın heyətində olmasına baxmayaraq, onun yığmadakı debüt oyunu 1991-ci ildə, İsveçdəki turnedə baş tutub. Ümumilikdə, Canluka millidə 39 matç keçirib və 27 qol buraxıb. 1999-cu ildə qolkiper "İnter"i "Bolonya"ya dəyişməklə kiçik vətəninə qayıdıb.

2006/07-ci illər mövsümü

[redaktə | mənbəni redaktə et]

Ötən mövsümün başlanğıcından əvvəl qapıçı yenidən "A" Seriyasında çıxış etmək üçün "Askoli" ilə anlaşdı. Əvvəlcə hər şey yaxşı gedirdi. Palyuka 23 oyunda start fitindən final fitinə qədər meydanda oldu. Sonuncu görüş fevralın 18-nə təsadüf edir. Məhz bu qarşılaşma kiperin 2000-ci ilin 11 martından başlayan möhtəşəm seriyasına (o, ardıcıl 257 oyunda əvəz edilməmişdi) son qoydu. Sonra isə "Askoli"nin baş məşqçisi Nedo Sonetti daha Palyukaya az etibar etməyə başladı və yunan Elefteropulosu əsas heyətə salmağa üstünlük verdi.

Nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Dünya çempionatının gümüş və bürünc mükafatçısı (1994 və 1990), İtaliya çempionu (1991), Ölkə Kuboku (1988, 1989, 1994) və Superkubokunun sahibi (1991), Kuboklar Kuboku (1990) və UEFA Kubokunun (1998) qalibi.