Cavanşir Hüseynov
Cavanşir Hüseynov | |
---|---|
15 noyabr 1978 – 2 dekabr 1985 | |
Əvvəlki | Yaqub İsmayılov |
1975 – 1978 | |
Nazir | Fərid Musabəyov Nəriman İsayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 yanvar 1934 |
Doğum yeri | |
Vəfat tarixi | 2 dekabr 1985 (51 yaşında) |
Dəfn yeri | |
Partiya |
|
Təhsili |
|
|
|
Təltifləri |
|
Cavanşir Təmraz oğlu Hüseynov (23 yanvar 1934, Qazax rayonu – 2 dekabr 1985) — Azərbaycan inşaatçı-mühəndisi və dövlət xadimi, Azərbaycan SSR Dövlət Tikinti İşləri Komitəsinin sədri (1978–1985), Azərbaycan SSR tikinti materialları sənayesi nazirinin birinci müavini (1975–1978), Azərbaycan SSR Ali Sovetinin X və XI çağırış deputatı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Cavanşir Təmraz oğlu Hüseynov 1934-cü il yanvarın 23-də anadan olmuşdur. 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirdikdən sonra Bakı Baş Tikinti İdarəsinin tikinti idarələrində inşaatçı-texnik və tikinti ustası işləmişdir. 1958-ci ildən 1963-cü ilədək Azərbaycan Politexnik İnstitutunun müəllimi və aspirantı olmuşdur.[1]
1963–1968-ci illərdə Azərbaycan SSR Tikinti Nazirliyi tikintinin təşkili və texnologiyası trestinin baş layihə mühəndisi, şöbə rəisinin müavini, şöbə rəisi vəzifəsini icra edən, Baş Kolxozlararası Tikinti İdarəsi tikinti yardım bürosunun rəisi vəzifələrində işləmişdir. 1968-ci ildən "Sənayetikintimexanikləşdirmə" tresti müdirinin müavini, trestin baş mühəndisi işləmiş[2] və 1971–1975-ci illərdə Azərbaycan SSR Sənaye Tikintisi Nazirliyi 4 nömrəli trestinin müdiri olmuşdur.[1]
Cavanşir Hüseynov 1975-ci ildən 1978-ci ilədək Azərbaycan SSR tikinti materialları sənayesi nazirinin birinci müavini işləmişdir. 1978-ci ildə o, Azərbaycan SSR Dövlət Tikinti İşləri Komitəsinin sədri təyin edilmişdir.[1][3]
Cavanşir Hüseynov 1968-ci ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin X və XI çağırış deputatı seçilmişdir.[2] "Qırmızı əmək bayrağı" və "Şərəf nişanı" ordenləri ilə təltif edilmiş, "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adına layiq görülmüşdür.[1]
Cavanşir Hüseynov uzun sürən ağır xəstəlikdən sonra 1985-ci il dekabrın 2-də vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 Ҹаваншир Тәмраз оғлу Һүсејнов // Коммунист. № 281 (19852). 4 декабр 1985-ҹи ил. С. 3.
- ↑ 1 2 Һүсејнов Ҹаваншир Тәмраз оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин нәшри. 1985. С. 427.
- ↑ Guseinov, Dzhavanshir Tamraz ogly // Who's who in the Soviet Union (ingilis). München; New York; London; Paris: Saur. 1984. səh. 119. ISBN 3-598-10467-7.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- 23 yanvarda doğulanlar
- 1934-cü ildə doğulanlar
- Qazax rayonunda doğulanlar
- 2 dekabrda vəfat edənlər
- 1985-ci ildə vəfat edənlər
- 51 yaşında vəfat edənlər
- II Fəxri Xiyabanda dəfn olunanlar
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Azərbaycan Texniki Universitetinin məzunları
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- Azərbaycan SSR əməkdar mühəndisləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları