Co Pantoliano

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Co Pantoliano
ing. Joe Pantoliano
Doğum adı Joseph Peter Pantoliano
Doğum tarixi 12 sentyabr 1951(1951-09-12)[1] (73 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti aktyor, ssenarist, film prodüseri
Fəaliyyət illəri 1974-cü ildən
Təhsili
IMDb ID0001592
joeypants.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cozef Piter "Co" Pantoliano (12 sentyabr 1951[1], Hoboken, Nyu-Cersi[2])[3] — amerikan film və televiziya aktyoru. Emmi mükafatının sahibi.[4] Əsasən "Matris" və "Memento" filmlərindəki rollarına görə məşhurluq qazanmışdır. Yüzdən çox film və serialda çəkilib.

Co Pantoliano 12 sentyabr 1951-ci ildə ABŞ-nin Hoboken şəhərində, italyan ailəsində anadan olub. Hal-hazırda keçmiş model xanımı Nensi Şepard və dörd övladı ilə birlikdə yaşayır.[5]

1987-ci ildə o, Stiven Spilberqin "Günəş imperiyası" filmində Frenk Demarast rolunda çəkilir. 1999-cu ildə məşhur Matriks üçlüyündən birinci hissəsində baş rollardan birini, Sayfer rolunu ifa edir.

2003-cü ildə Pantoliano Soprano ailəsi teleserialındakı Ralf Sifaretto roluna görə Emmi mükafatı ilə mükafatlandırılır.

2007-ci ilin oktyabrında Co ictimaiyyətə müraciət edərək deyir ki, "Canvas" filmi onu dərin depressiyaya salıb və o belə problemləri olan insanlara yardım üçün cəmiyyət yaratdığını elan edir. Xroniki disleksiyadan əziyyət çəkir (oxumaq qabiliyyəti olmayan).

  1. Körpə gəzintidə (film, 1994)
  2. Memento (film, 2000)
  1. 1 2 Joe Pantoliano // Internet Broadway Database (ing.). 2000.
  2. 1 2 Deutsche Nationalbibliothek Record #141729465 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  3. "Joe Pantoliano Biography (1951?-)". 2017-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-03-20.
  4. 1 2 http://www.imdb.com/name/nm0001592 Arxivləşdirilib 2022-09-05 at the Wayback Machine EMMI Award
  5. "Yahoo! Movies — Joe Pantoliano Biography". 2011-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-03-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]