39°53′29″ şm. e. 45°15′03″ ş. u.HGYO

Dərətumb

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kənd
Dərətumb
39°53′29″ şm. e. 45°15′03″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Dərələyəz mahalı
Rayon Keşişkənd rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.640 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 448 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Dərətumb xəritədə
Dərətumb
Dərətumb

Dərətumbİrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.[2][3]

Kəndin ərazisində X əsrdən əvvələ aid tarixi abidələr vardır[4].

1727-ci ilə aid mənbədə "Tərətum" kimidir[5]. Mənbədə qeyd olunur ki, bu kənddə adam yaşamır (yenə orada). XIX əsrin ortalarından sonra kəndin adı çəkilmir. Türk dillərində tara-"çayın ağzında şaxələnmə", "delta" və tumb-"təpə" sözlərindən ibarətdir. Erməni tədqiqatçıları tumb sözünü mənşəcə ermənicə sayırlar, halbuki Altay dillərinin hamısında bu söz vardır.[6] Toponim Azərbaycan dilində "iki dağ və ya təpə arasında eləcə də düzənlikdə dərin çuxur", "çay yatağı, çayın axdığı yer" mənasında işlənən dərə sözü ilə[7][8][9] türk dilində "təpə, dağ, zirvə" mənasında işlənən tumb sözünün[10] birləşməsindən əmələ gəlmişdir. Tumb sözü həm də domba, tomba, tump formasında işlənir[11][12]. Azərbaycan dilinin Zəngilan şivəsində domba sözü coğrafi termin kimi "dağ üzərində günbəzvan xırda təpəcik" mənasında işlənir[13]. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб.,. 1852.
  4. Yeğiazaryan O. Əzizbəyov rayonunun mədəniyyət abidələri, (erməni dilində). İrəvan, "Haypetrat", 1955. s.72
  5. Naxçıvan sancağının müfəssəl dəftəri (27 avqust 1727). Giriş və tərcümənin müəllifləri Ziya Bünyadov və Hüsaməddin Məmmədov (Qaramanlı). . Bakı. 1997.
  6. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Дәрәтумб // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  7. Бушуева Е.Н. Словарь русской транскрипции географических терминов и других слов, встречающихся в топонимии Азербайджанской ССР, М., 1971. s.62–63
  8. Azərbaycan dilinin izahlı lüğəti, II c., Bakı, "Elm", 1980. s.74
  9. Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.171
  10. Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s. 186–187
  11. Бушуева Е.Н. Словарь русской транскрипции географических терминов и других слов, встречающихся в топонимии Азербайджанской ССР, М., 1971. s.67
  12. Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.186
  13. Yüzbaşov R. Azərbaycan coğrafiya terminləri (tədqiqlər), Bakı, "Elm", 1966. s.124