Dikson qəsəbəsi
Qəsəbə | |||||
Dikson | |||||
---|---|---|---|---|---|
rus. Диксон | |||||
|
|||||
73°30′30″ şm. e. 80°31′28″ ş. u.HGYO | |||||
Ölkə | Rusiya | ||||
Region | Krasnoyarsk diyarı | ||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 1915 | ||||
Mərkəzin hündürlüyü | 26 m | ||||
Saat qurşağı | UTC+7:00 | ||||
Əhalisi | |||||
Əhalisi | 650 nəfər (2015) | ||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | +7 39152 | ||||
Poçt indeksləri | 647340, 647341 | ||||
Nəqliyyat kodları | 24, 84, 88, 124 | ||||
Digər | |||||
dikson.narod.ru | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Dikson — Şəhərtipli qəsəbə olaraq Krasnoyarsk diyarının şimalında Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Rusiyanın şimal qütbünə ən yaxın şəhər tipli qəsəbəsidir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Qəsəbə 7 sentyabr 1915-ci ildə Dikson adasında inşa edilir. Qəsəbənin materik hissəsi isə sonra tikilir. Ada öz adınını norveçli taçir və səyahətçi Oskar Diksonun (isv. Oskar Dickson; 1823—1897) adından götürmüşdür.
Uzaqda yerləşməsi çoxlarını bura cəlb edir. Halbuki, qəsəbəyə gediş hecdə asan deyil. Sənətçilərin bir qismi Dikson haqqında nəğmələr qoşmüşdür.
1942-ci ildə qəsəbə yaxınlığında alman «Admiral Şeer» gəmisi ilə SSRİ donamması döyüş baş vermişdir[1]. Qəsəbədə bu hadisənin və müdafiəçilərin şərəfinə abidə ucaldılmışdır.
Üstəlik burada Nikifor Alekseyeviç Beqiçevin şərəfinə abidə qoyulub.
1980-ci illərin ortalarında ABŞ-nin eyni adlı şəhəri ilə «qardaşlaşır». Son zamanlar əlaqələr getdikcə zəyifləyir
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Qəsəbə Yenisey körfəzinin sahilində qərar tutur. Taymır yarımadasının Pyotr Çiçakov sahillərində yerləşir. Qəsəbə Dikson boğazı ərazisinə daxildir.
Qütb gündüzləri 5 maydan 10 avqusta, Qütb gecələri isə 11 noyabrdan 1 fevrala qədər davam edir. İqlimi çox sərtdir. Ən isti ay olan avqustda +4,8 °S olur. Orta illik temperatur isə −11,4 °S təşkil edir. Ən aşağı temperatur 7 fevral 1979-ci ildə −48,1 °S olaraq qeydə alınmışdır. Ən isti temperatur isə 3 avqust 1945-ci ildə +26,9 °S olaraq qeydə alınıb.[2]. Ən soyuq ay fevraldır. Çelyuskin burnuna nisbətdə iqlimi mülayim olur.
İnfrastruktur
[redaktə | mənbəni redaktə et]Rusiyanınən ucaq şimalda yerləşən dəniz limanı yerləşir. Burada həmçinin hava limanı fəaliyyət göstərir. Bunula belə havalimanının eniş zolağında yaranan problemlır səbəbindən hava limanı 2010-ci ilin payızından fəaliyyətini dayandırmışdır. Bu isə qəsəbənin ölkənin digər əraziləri ilə hava əlaqələri kəsilmişdir[3]
1 yanvar 2007-ci ilə qədər Dilkson rayonunun inzibati mərkəzi olmuşdur. Hazırda qəsəbə boşalır[4], burada 667 nəfər yaşayır (2013). 2004-ci ildı 1113 nəfər[5], 1985-ci ildə isə burada 5000 insan yaşayırdı.
Qütb stansiyası 1916-cı ildən faliyyət göstərir. Strateji cəhətdən mümüm əraxidə yerləşir. Limanı isə Şimal dəniz yolunun portlarındandır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Головко А. Г. Вместе с флотом. — 3-е изд. — М.: Финансы и статистика, 1984. — 287 с, ил. — с. 129—135". 2012-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-22.
- ↑ "Северо-Евразийский Климатический Центр". 2015-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-22.
- ↑ "Krasnoyarskın ən şimalda yerləşən hava limanı bağlanıb". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-22.
- ↑ "Путешествие на Крайний Север: Форпост в пустоту". 2016-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-22.
- ↑ "Dikson population — Wolfram|Alpha". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-22.