Dmitri Milyutin
Dmitri Milyutin | |
---|---|
rus. Дмитрий Алексеевич Милютин | |
Doğum tarixi | |
Doğum yeri | Moskva, Rusiya |
Vəfat tarixi | (95 yaşında) |
Vəfat yeri | Krım, Rusiya |
Milliyyəti | rus |
Təhsili | |
Fəaliyyəti | hərbçi, hərbi nazir, tarixçi |
Mükafatları |
Müqqədəs Stanislav Ordeni (II dərəcə) Müqqədəs Anna Nişanı ( IV dərəcə) Müqqədəs Georq Nişanı (IV dərəcə) Müqqədəs Viladimr Nişanı (IV dərəcə) |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Dmitri Alekseyeviç Milyutin(rus. Дмитрий Алексеевич Милютин; 28 iyun 1816, Moskva; 25 yanvar 1912)—Rusiya imperiyasının hərbi naziri, hərbi tarixçi, qraf.
Həyatı
[redaktə | mənbəni redaktə et]Dmitri Alekseyeviç Milyutin 28 iyun 1816-cı ildə Rusiya imperiyasının paytaxtı Moskva şəhərində anadan olmuşdu. I Pyotrun hakimiyyəti zamanında zadəgan olmuş milyutinlər nəslindəndir. Bu ailə Rusiyada ilk ipək fabriki tikmişdi. Aleksey Mixailoviç Milyutinin (1780–1846) və Yelizaveta Dmitriyevna Kiselyavanın oğludur.Nikolay və Vladimirin böyük qardaşıdır.
Dmitri Milyutin 21 fevral 1839-cu ildə Qafqaza ezam olunmuşdu. 30 maydan etibarən Şeyx Şamilə qarşı savaşa başlamışdı. Müharibədə iştirak edən rus komandirlərindən Dmitri Milyutin 80 gün davam edən Axulqo müharibəsi haqqında xatirələrində bunları deyirdi:
"Artıq müharibəyə nəzarət və idarə komandirlərin əlindən bütünlüklə çıxmışdı. Hiddətlənərək əsəblərindən adəta dəliyə dönmüş dağlılar necə gəldi əsgərlərimizin üzərinə basqın edib, süngü ilə öldürülənə kimi döyüşürdülər. Hətta qadınlar da silahsız olduqda belə, özlərini quduzcasına süngülərimizin üzərinə atırdılar, lakin müvəffəqiyyət üçün hər cür fədakarlığı gözə almış rus komandanlığı inadla hücuma davam etdi. Təslim olmağı qətiyyən rədd edən dağlılar heç bir ümidləri qalmadığı halda qəhramancasına döyüşdülər. Qadınlar, uşaqlar əllərindəki xəncərlərlə ruslara hücum edir, süngülərin ucunda göz qırpmadan can verirdilər. Bəziləri isə özlərini və uşaqlarını dağdan atırdılar. Yaralılar da inanılmaz şəkildə döyüşürdülər"
— "Şeyx Şamil"
Rusların 10 min nəfərlik ordusu Şamilin rəhbərlik etdiyi 3 min nəfər müridi mühasirəyə aldı. Ruslara general Qrabbe rəhbərlik edirdi. 80 gün ərzində Axulqoda şiddətli döyüşlər getdi. Ruslar hər gün arxadan yeni kömək alırdılar. Şamilə isə kənardan kömək yox idi. Buna baxmayaraq, müridlər son nəfəsə kimi döyüşürdülər. Bu döyüşlərdə Şeyx Şamilin həyat yoldaşı Cövharat, oğlu Səid və bacısı Məsudə şəhid oldular. Ruslar Şamilin müqavimətini qırmaq üçün əllərinə keçən bütün insanları orta əsrlərə xas olan qəddarlılqla, vəhşiliklə öldürür, kəndləri yandırır, hətta əlsiz-ayaqsız qocalara belə rəhm etmirdilər. Dağıstan və bütün Şimali Qafqaz od tutub yanırdı. Sonralar Axulqo döyüşlərinin canlı şahidlərindən olan general Milyutin yazmışdı: "Dağlılar qızğın müqavimət göstərir və ölümlərindən qorxmayaraq çılğıncasına döyüşürdülər. Bu, inanılası bir iş deyildi. Hətta qadınlar belə, cəsarətlə əsgərlərimizin üzərinə atılır və süngülərin üzərində can verirdilər. Onlar ölməyi təslim olmaqdan üstün tuturdular".
Milyutin hərbi nazir təyin edildikdən sonra, 1862-ci ildən etibarən hərbi dəyişikliklər keçirilməyə başlandı.
Dmitri Milyutin 25 yanvar 1912-ci ildə vəfat edib.
Əsərləri
[redaktə | mənbəni redaktə et]- Руководство к съемке планов. М., 1832.
- Суворов как полководец // Отечественные записки. 1839. № 4.
- Наставление к занятию, обороне и атаке лесов, строений, деревень и других местных предметов. 1843.
- Критическое исследование значения военной географии и военной статистики. СПб.: Военная типография, 1846. 70 с.
- Первые опыты военной статистики. В 2 кн. Кн.1. СПб.: Типография военно-учебных заведений, 1847. IX+248 с.: 2 карты.
- Первые опыты военной статистики. В 2 кн. Кн.2. СПб.: Типография военно-учебных заведений, 1848. XII+302 с.: 1 карта.
- Описание военных действий 1839 года в Северном Дагестане // Военный журнал. 1850. № I. С. 1–144.
- Описание военных действий 1839 г. в северном Дагестане. СПб., 1850.
- История войны России с Францией в царствование Императора Павла I в 1799 году, СПб., 1852 (Часть II. Сочинение полковника Милютина.)
- Исторический очерк деятельности военного управления в России за 1855–80 гг. СПб., 1880.
- Старческие размышления о современном положении военного дела в России Arxivləşdirilib 2016-04-06 at the Wayback Machine, написаны в 1909 году.
Xatirələri və gündəliyi
[redaktə | mənbəni redaktə et]- Милютин Д. А. Воспоминания генерал-фельдмаршала графа Дмитрия Алексеевича Милютина 1860–1862. Студия ТРИТЭ, РИО "Российский Архив", 1999
- Милютин Д. А. Воспоминания генерал-фельдмаршала графа Д. А. Милютина. 1863–1864. М.: РОССПЭН, 2003.
- Дневник Д. А. Милютина. В 4-х томах. Ред. и примеч. П. А. Зайончковского. М. Гос. Библиотека СССР им. В. И. Ленина. Отдел рукописей. 1947, 1949, 1950 г.
- Дневник генерал-фельдмаршала графа Дмитрия Алексеевича Милютина. 1873–1875. М., РОССПЭН, 2008.
- Дневник генерал-фельдмаршала графа Дмитрия Алексеевича Милютина. 1876–1878. М., РОССПЭН, 2009.
- Дневник генерал-фельдмаршала графа Дмитрия Алексеевича Милютина. 1879–1881. М., РОССПЭН, 2010.