Ejen Mişel Antoniadi
Ejen Mişel Antoniadi | |
---|---|
fr. Eugène Michel Antoniadi yun. Ευγένιος Αντωνιάδης; | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul (Konstantinopol), Osmanlı İmperiyası |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | Paris, Fransa |
Vətəndaşlığı |
Yunanıstan Fransa |
Elm sahələri | astronomiya, tarix, arxeologiya |
İş yeri | Paris Rəsədxanası |
Elmi rəhbəri | Kamil Nikolya Flammarion |
Tanınır | şahmatçı, Mars kəşfiyyatçısı |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Ejen Mişel Antoniadi(fr. Eugène Michel Antoniadi
yun. Ευγένιος Αντωνιάδης; d. 1.3.1870 - v. 10.2.1944, Konstantinopol) — fransız astronomu.
Həyatı
[redaktə | mənbəni redaktə et]18 yaşından İstanbulda astronomik müşahidələrə başlamışdır. 1893-ci ildə Jüvizidə K.Flammarionun rəsədxanasında Marsı müşahidə edib. Britaniya astronomiya cəmiyyətinin Mars bölməsinin rəhbəri olmuşdur. Əsas işləri planetlərin öyrənilməsinə, astronomiyanın tarixinə aiddir. 1909-cı ildə böyük qarşıdurma zamanı, Medon rəsədxanasında apardığı müşahidələr nəticəsində belə qənaətə gelmişdir ki , Marsın kanalları müxtəlif ölçülü ləkələrdən əmələ gələn nizamsız tünd zolaqlardır (kosmik aparatların köməyilə alınmış Marsın müasir şəkilləri A. müşahidələrini təsdiq edir.)
1924-ci ildə qarşıdurma zamanı A. planetin diskinin qırağında Hellas sahəsinin üzərində 8-20 km hündürlüyündə işıqsaçan tullantılar müşahidə etmişdir. A. Marsın bəzi hissəlırinin görünən hərəkətini müşahidə edərək C.Skiaparellinin müəyyən etdiyi planetin fırlanma dövrünü təsdiq etmişdir. A. qədim Yunanıstan və Misir astronomiya tarixinə aid tədqiqatlar aparmışdır. 1907-ci ildə İstanbulda Aya Sofiya məbədində arxeoloji qazıntıların nəticələrini nəşr etmişdir.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan Milli Ensiklopediyası" (PDF). 2016-03-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-19.