Free-to-play

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Free-to-play, Free2play, F2P və ya FtP (ing. freepulsuzing. playoynamaq; hərfi tər. oynamaq pulsuzdu və ya pulsuz oynamaq) — məzmununlarının əhəmiyyətli bir hissəsini oyunçulara pulsuz verən videooyunlarına verilən ad. Free-to-play oyunlarının bir neçə növü var, lakin ən çox yayılmış fremium (ing. Freemium) proqram təminatı modelinə əsaslanır. Fremium videooyunlarında təqdim edilən məzmun tamamilə pulsuz olmur. Bu cür videooyunlarında, oyunçulara tam funksional bir videooyun verilir, ancaq əlavə məzmun üçün oyunçular mikroödənişlər ödəməlidirlər. Free-to-play oyunlarının əksi pay to play oyunlarıdır. Burada ödəniş oyun xidmətlərindən istifadə etməzdən əvvəl tələb olunur.

Free-to-play oyunlarının müxtəlif növləri var, fəqət ən məşhurları bunlardır:

  • Shareware (translit. Şeyrveyr) və ya Şərti-pulsuz proqram təminatı — istifadəçiləri tam lizensiyanı almağa inandırmaq üçün nəzərdə tutulan dəyişkən funksionallıqlı sınaq məhsulu. Demo oyun olaraq bilinən "shareware" oyunları oyunçulara məhsulun tam versiyasından fərqli olaraq çox az funksionallıq verir.
  • Fremium — məhsulun "tam versiya"sını pulsuz təqdim edən, lakin istifadəçilərin mikroödənişlərlə özəl xüsusiyyətlər və virtual mallar aldığı videooyunlara verilən ad. Bu cür videooyunlarına "Clash of Clans", "Fallout Shelter", "Star Wars: The Old Republic", "Need for Speed: World" oyunlarını nümunə göstərmək olar.[1][2][3][4]
  1. Lejacq, Yannick. "Freemium Games Make Up 80% Of $10B Mobile App Market In 2012: Flurry Report". The International Business Times. December 13, 2012. November 26, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 17, 2012.
  2. Gill, Bobby. "'Freemium' Games Pave the Way to Riches for App Developers". December 14, 2012. January 3, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 17, 2012.
  3. LeJacq, Yannick. "Something For Nothing: How The Videogame Industry Is Adapting To A 'Freemium' World". The International Business Times. September 15, 2012. February 24, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 17, 2012.
  4. Tack, Daniel. "The Subscrition Transition: MMORPGs and Free-To-Play". Forbes magazine. October 12, 2013. December 3, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 12, 2013.