Göz yaşları
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Məlumatı yoxla. |
Göz yaşı – bəzən kədərin, bəzən də sevincin bir ifadəsi olaraq axar. Bəzən də insandakı qəlb incəliyinin bir nişanəsi olaraq boşalır. Göz yaşlarımız, ruhun pəncərəsi olan və yalan söyləməyən gözlərimizin, daxili aləmimizdən xaricə əks edən bir dilidir sanki. Göz yaşının qəlb və ruha dair göstərdiyi əlamətlərlə yanaşı, bədənə dair verdiyi mesajlar da var.
Göz yaşının funksiyalarını tam olaraq yerinə yetirə bilməsi və insanların dünyanı rahat görə bilməsi üçün, göz yaşı ifraz edən toxumalarla gözə aid olan digər orqanlar tam bir ahəng içində olmalıdır. Göz yaşı sistemi diqqətlə incələndikdə, ondakı mükəmməllik daha yaxşı hiss olunur.
Göz yaşının əmələ gəlməsi
[redaktə | mənbəni redaktə et]Gözdən çıxaraq yanaqlardan aşağı süzülən maye, sadəcə olaraq bir su damcısı deyil. Göz yaşı istehsal sistemi; lipid (yağ) təbəqə, ağ öz (maye) təbəqə və musin olmaqla, üç təbəqədən ibarətdir. Göz yaşının vəzifəsini tam yerinə yetirməsi üçün, bu təbəqələrin hər birinə əhəmmiyətli vəzifələr verilmişdir. Bu təbəqələrin hər hansı birində meydana gələ biləcək bir əskiklik kornea (gözün şəffaf təbəqəsində) və konjonktiva (gözün xaricini əhatə edən pərdə quruluşu) təbəqəsində gözün itirilməsi də daxil olmaqla müxtəlif xəstəliklərə səbəb ola bilər. Göz qapağının kənarına yerləşdirilmiş Meibomius və Zeis toxumalarından ifraz olunan 0,1 mikron qalınlığındakı lipid təbəqəsi, sistemin ən xaric qismində yerləşir. Lipid təbəqə, göz yaşı damcısının səth gərginliyinin aşağı olmasını təmin edir; bundan başqa lipid təbəqəsi göz yaşının gözün bütün səthinə incə bir lent kimi yayılmasına səbəb olur. Beləliklə, göz yaşının göz kənarlarında normadan artıq yığılmasının qarşısı alınmış olur. Ən vacibi isə odur ki, lipid təbəqə vasitəsilə meydana gələn hamar səth aydın görməyə köməklik edir. İncə bir lent şəklində yaranan lipid təbəqəsı eyni zamanda göz yaşının buxarlaşmasının gecikdirilməsində də rol oynayır. Lipid təbəqəsinin kifayət etmədiyi təqdirdə isə, səthi gərginlik artır və göz yaşının gözə düzgün və bərabər yayılmasında problemlər əmələ gəlir ki, bu da görmə qabiliyyətinə mənfi təsir göstərir. Bundan başqa göz yaşının çox tez buxarlaşması, gözün tez qurumasına səbəb olur. Orta hissədə olan ağ öz (maye) təbəqəsinin yaranması üçün həm göz yaşı toxuması, həm də köməkçi göz yaşı vəzləri olan Krause və Volfrinq vəzləri vəzifələndirilmişdir. Gözün üst xaric tərəfində yerləşən göz yaşı vəzinin işlədilməsi üçün lazımi əmirlər, yeddinci qafa siniri vasitəsilə göndərilir. Bu vəz, ifraz etdiyini kiçik kanallar yolu ilə üst qapağın iç hissəsinə göndərir. Gözün konjunktivası içinə yerləşdirilmiş köməkçi göz yaşı vəzləri, gözün normal göz yaşı ifrazında bərabər rol oynayırlar. Gözümüzə zərər verə biləcək quru, isti, küləkli havalarda və bənzər hallarda Rəhməti Sonsuzun verdiyi refleks funksiyası ilə göz yaşı ifrazı arta bilir. Üç təbəqəli göz yaşı sisteminin əsl parçası olan ağöz təbəqəsı təxminən 8 mikron qalınlıqda yaradılmışdır. Görmə funksiyasını yerinə yetirə bilməsi yaradılış qanunlarının təbii nəticəsi kimi korneanın damarsız və su baxımından zəif (dehitrate) bir quruluşda olmasını tələb edir. Damarsız korneanın, qlükoza və ehtiyacı olan digər qida maddələri, göz yaşından və göz içi mayesindən qarşılanarkən, oksigen ehtiyacı da, göz yaşı vasitəsilə atmosferdəki oksigendən diffuziya yolu ilə təmin edilir. Bununla yanaşı, miqdarları uyğun olan elementlərlə (sodium, potasium və xlor ionları) göz yaşının osmotik təzyiqi (302 miliosmol/litr) nizamlanır. Korneanın sudan təmizlənməsində bu həssas osmotik təzyiq mühüm rol oynayır. Göz yaşının pH dəyərinin 6,5–7,6 arasında qalmasına vəsilə olan maddələr (ən vacibi bikarbonat ionu) ağöz təbəqəsində uyğun miqdarlardadır. pH dəyərinin bu həssas tarazlıqda saxlanılmasının bir hikməti, öz göz yaşımızın gözümüzü yandırmaması və gümrah olmasını təmin etməkdir. Mikroblara qarşı gözü qorumaqla vəzifəli laktoferrin, lizozim kimi maddələr və antikorlar (xüsusilə immunqlobulin A) ilə dəmir, mis, maqnezium, kalsium, fosfat ionları və laktat, sitrat, askorbat və aminoasidlər kimi bir çox molekulu da rəhmətin bir təcəllisi olaraq göz yaşı içinə yerləşdirilmişdir. Bütün bunlar göz yaşının sadə bir maye olmadığının dəlilləridir. Göz yaşının ən iç təbəqəsi olan musin, konjonktivadakı Qoblet hüceyrələri, Henle kriptaları və Manz vəzlərindən ifraz edilən mayedən yaranır. Musin, epitel ilə ağöz təbəqə arasında mühüm bir əlaqə nöqtəsidir. Korneanın ön hissəsində yerləşən epitel hüceyrələrinin üzərindəki villus adlanan çıxıntılar, musin təbəqəsi ilə doldurulur və gözün aydın görməsini təmin edirlər. Musin hidrofobik (suyu sevməyən) bir quruluşda olan korneanın endotel səthində incə bir lent təşkil edərək ağöz təbəqəsinin bərk dayanmasına kömək edir. Beləliklə, göz yaşı korneanın ön səthində dayanır və hər tərəfə asanlıqla yayılır. Musin çatışmazlığında ağöz və lipid təbəqələrinin kornea üzərində dayanması çətinləşir və göz yaşı çatışmazlığı yaranaraq xəstəliklər əmələ gəlir.
Göz yaşının vəzifəsi
[redaktə | mənbəni redaktə et]Gözün xaricə açıq səthləri olan kornea və konjonktiva, cildimizdən fərqli olaraq keratinsiz olaraq yaranmışdır. Korneanın görmə funksiyası üçün lazım olan bu keratinsiz quruluş şəffaf qala bilməsi üçün göz yaşı ilə daima nəmli saxlanılır. Göz yaşı içinə Rəzzaqı Kərim tərəfindən qoyulan qida maddələri, damarsız bir quruluşa sahib olan korneanın həm qidalanmasını, həm də içindəki qoruyucu faktorların köməyi ilə müxtəlif mikroorqanizmlərdən müdafiəsini təmin edir. Kornea metabolizmanın tullantı məhsulları, korneanın köhnəlmiş epitel hüceyrələri və gözə girən yad cisimlər, göz yaşı ilə gözdən uzaqlaşdırılır. Göz qapaqlarının gözə zərər vermədən açılıb yumula bilməsi də, göz yaşının sayəsində yaranan sürüşkənlik sayəsində mümkün olur. Bundan başqa, göz yaşının göz səthinə tamamilə yayıla bilməsi və təmizlənə bilməsi üçün də, göz qapaqlarının müəyyən miqdarda qırpılmasına ehtiyac vardır. Beləliklə, korneanın müntəzəm olaraq təmiz qalması üçün və ölü epitel hüceyrələri ilə tozları təmizləmək üçün avtomobillərin şüşə fırçalarına ilham qaynağı ola biləcək şəkildə göz qapaqları hərəkət etdirilir. Necə ki, fabrikin işləyən çarxlarından birinin dayanması bütün fabrikin işini axsadarsa, göz yaşını əmələ gətirən və görməsinə köməkçi olan hissələrin birindəki xarablıq da, göz yaşının vəzifəsini tam yerinə yetirməsinə mane olar. Darvinin də mükəmməlliyi qarşısında heyrətə düşdüyü və nəzəriyyəsinin bu haqda aciz qaldığını etiraf etdiyi gözü, elm və iradəsi ilə yaradan Qüdrətin göz yaşına qoyduğu hikmətləri də yeni yeni başa düşürük. Ən kiçik bir təfərrüatın belə çox önəmli olduğu bir bədəndə ruhunu qonaq edən insan, göz yaşının həqiqi funksiyasından xəbərdardırmı? Buraya qədər bəzi xüsusiyyətlərini saydığımız göz yaşının, bir böcək və ya toz girdikdə, gözümüzü yuyacaq qədər artan növü və müxtəlif hisslərlə ağladıqda axıdılan göz yaşı arasında həm miqdar, həm də tərkib baxımından bəzi fərqlər vardır. Xüsusilə ağlamanın səbəbinə bağlı olaraq (sevinc, kədər, stress, ilahi eşq və s.) göz yaşının bədən sağlamlığı ilə bərabər ruhumuzu dincəldən, bədənin üzərindəki stres yükünü azaldan və beləliklə, ürək sağlamlığımızı da qoruyan bir tərəfi vardır. Hər biri ayrı bir araşdırma və məqalə mövzusu ola biləcək bu mövzular, psixiatrlar, nevroloqlar və bio-kimyaçıların ortaq çalışmalarını gözləməkdədir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Əli Polad. Bir damla su, I cild. Bakı,2011
- http://www.akademiya.net/bioloq/goz.html Arxivləşdirilib 2008-08-01 at the Wayback Machine