Həbibə Məmməd qızı
Həbibə Məmməd qızı | |
---|---|
Doğum tarixi | |
Vəfat tarixi | |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Bakı Dövlət Universiteti |
İxtisası | Filologiya |
Əsərlərinin dili | Azərbaycan |
Həbibə Məmməd qızı (d. 1919 - v. 1984) — Azərbaycan yazıçısıdır.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Bakıda anadan olmuş, məktəbi bir müddətdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Həbibə gənc yaşlarından əmək və yaradıcılıq fəaliyyətinə başlamış, “Azərbaycan qadını”, “Göyərçin” jurnallarında, “Ədəbiyyat və incəsənət” qəzetində işləmişdir. Onun “Təsadüf” adlı ilk hekayəsi 1938-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilmiş, daha sonra yazıları “Gənc işçi”, “Müəllim”, “İnqilab və mədəniyyət”, “Azərbaycan qadını” və başqa qəzet jurnallarda mütəmadi olaraq çap edilmişdir.
Həbibənin Kiçik hekyələr adlı kitabı 1953-ci ildə nəşr olunmuşdurş. O, “Dilarə bağa gedir” (1959), “Xoruzun neçə rəngi var” (1960), “Sünbül kukla” (1964) adlı başqa kitablarındakı əsərlərini uşaqların həyatına, təlim-tərbiyəsinə həsr etmişdir.
Kitabları
[redaktə | mənbəni redaktə et]- 1965 - “Ayrıla bilmədim”
- 1969 - “Xəzri həmişə əsmir”
- 1970 - “Günəş məndən göyçəkdir”
- 1972 - “Bahar çiçəkləri”
- 1982 - “Onu hamı sevirdi”
Həbibənin yaradıcılığına aid məqalələr yazılmış, mətbuatda dərc edilmişdir.[1]