Hacı Şahin

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hacı Şahin
Şahin Hüseyn oğlu Həsənli
2014 – 2023
Şəxsi məlumatlar
Doğum tarixi 7 iyul 1974(1974-07-07)[1]
Doğum yeri
Vəfat tarixi 2 mart 2023(2023-03-02)[1] (48 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək çatışmazlığı[2]
Dəfn yeri
Milliyyəti Azərbaycanlı
Təhsili
Fəaliyyəti ilahiyyatçı, imam, xeyriyyəçi, yazıçı

Hacı Şahin (tam adı: Şahin Hüseyn oğlu Həsənli; 7 iyul 1974[1], Bakı[1]2 mart 2023[1], Bakı) — azərbaycanlı ilahiyyatçı, din xadimi, ictimai xadim[3], xeyriyyəçi; Məşədi Dadaş məscidinin axundu, imam-camaatı, imam-cüməsi; "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri (2007–2023); Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi (2014–2023); QMİ-nin Qazılar Şurasının üzvü.

Erkən həyatı

[redaktə | mənbəni redaktə et]

Şahin Hüseyn oğlu Həsənli 7 iyul 1974-cü ildə Bakı şəhərində dünyaya gəlib.

1981-ci ildə Bakı şəhəri, Səbail rayonu 189 saylı orta məktəbin (indiki 189–190 №-li məktəb) rus bölməsinə daxil olub, 1991-ci ildə həmin məktəbi bitirib.

1991-ci ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub. 1995–1997-ci illərdə hərbi xidmətdə olub. 1999-cu ildə ADTU-dakı təhsilini bitirib.

2001–2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb.

İctimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1998–2001-ci illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndəliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub.

2001-ci ildən Bakı şəhəri Nəsimi rayonunda yerləşən "Məşədi Dadaş" məscidində imam-camaat idi.

Bu və öncəki illərdə müstəqil şəkildə dini mütaliə ilə məşğul olub, dini mövzularda dərs tədris edib. Xüsusilə Əqaid, fəlsəfə, əxlaq, təfsir dərslərini tədris edib. 2007-ci ildə "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsis edib, o zamandan quruma rəhbərlik edib.

2013-cü ildə "Məşədi Dadaş" məscidinə axund, 2014-cü ildə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi, 2021-ci ildə isə QMİ Qazilər Şurasının üzvü təyin olunub.

2016–17-ci illərdə Darul Hikmət Elm və Tədris Mərkəzində "Əxlaq Fəlsəfəsi" və "İslam tarixi (təhlil)" dərslərini tədris edib.[4]

Heç bir siyasi partiyaya üzv deyildi.

Azərbaycan, ərəb, farsrus dillərini bilirdi.

Uzun illərdir ki, Həcc karvanına rəhbərlik edir və Həcc zəvvarlarına xidmət göstərirdi.

"Haradan başlamalı", "Yaradılışın hədəfi" və "Xoşbəxt ailə modeli" adlı kitabların müəllifidir.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Ailəli idi. 4 övladı, iki qızı və iki oğlu var.

2023-cü il martın 2-də Bakıda ürək çatışmazlığından vəfat etmişdir.[5][6] Yasamal qəbiristanlığında dəfn olunmuşdur.[7][8]

Azərbaycan Respublikası Milli Məclisinin deputatı; Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc 4 aprel 2023-cü ildə Milli Məclisin iclasında Hacı Şahinin ölümünü müəmmalı adlandırıb.[9][10]

  • "Həqiqət və ədalət". hacishahin.az (az.). İstifadə tarixi: 2023-11-26.

2023-cü ildə azərbaycanlı yazıçı və psixoloq İlqar Kamil Hacı Şahin haqda "Kostyumlu övliya" adlı kitab yazıb.[14][15][16]

2023-cü ilin mayında həyat və fəaliyyətindən bəhs edən sənədli film çəkilib. Rejissor Elçin Ağzadənin çəkdiyi sənədli film "İşığa doğru" adlanır. Filmdə Əməkdar artist Bəhram Bağırzadə, deputat Jalə Əhmədova, aktyor Hikmət Rəhimov, aktyor, bloger Əlixan Rəcəbov, Azərbaycanda katolik kilsəsinin mətbuat katibi Toral Ağayev çıxış ediblər. E. Ağazadə ekran işinin silsilə şəklində davam etdirəcəklərini bildirib.[17]

Həmin ilin iyununda Hacı Şahin Həsənlinin xatirəsinə həsr olunmuş film çəkildiyi açıqlanıb. Bu barədə rejissor Kənan MM sosial şəbəkə hesabında paylaşım edib. "Qaranlıqdan nura" adlı filmdə obrazlardan birini aktyor Tural Ağayevin canlandıracağı bildirilib.[18][19] Film iyulda yayımlanıb.[20]

2024-cü ildə doğulub böyüdüyü binaya onun barelyefi vurulub.[21]

Həmin ilin martında vəfatının ildönümündə həyatından bəhs edən "HACI" bədii-sənədli filmi çəkilib. Rejissoru Elçin Ağazadə olan film Hacının rəsmi YouTube kanalında yayımlanıb.[22]

Bu ərəfədə həyat və fəaliyyətindən bəhs edən daha bir sənədli film çəkilib. "Biz görüşəcəyik" adlanan filmin müəllifi jurnalist İradə Nurəddinqızıdır. Filmin redaktorluğu Əlabbas Məhərrəmliyə, montajı isə Rəşad Bədəlova məxsusdur.[23]

Həmin ilin mayında Natiq Axundun ssenari müəllifi və rejissoru olduğu "Dünyada Bir Gün" qısa filmlər layihəsi çərçivəsində Hacı Şahin Həsənli ilə bağlı "Bir Gecənin İçində" ("Bir Gecədə Dönüş") adlı bədii filmin "Azərbaycan" kinoteatrında təqdimatı keçirilib.[24][25]

  1. 1 2 3 4 5 6 https://oxu.az/society/702378.
  2. 1 2 https://oxu.az/society/702386.
  3. "İTV-dən cümə xütbəsi ilə bağlı müzakirələrə - Cavab". 2023-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-17.
  4. "Hacı Şahin Həsənli". 2023-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-06.
  5. "Hacı Şahin Həsənli dünyasını dəyişib - AZƏRTAC".
  6. "Hacı Şahin vəfat etdi". 2023-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-02.
  7. "Hacı Şahin dəfn edilir - BAKU TV". 2 mar 2023. 31 August 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 August 2024 – YouTube vasitəsilə.
  8. "Hacı Şahin dəfn olundu". 2023-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-03.
  9. ""Hacı Şahinin müəmmalı ölümü, hipermarketə hücum və deputata sui-qəsd..."". 2023-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.
  10. ""Hacı Şahinin müəmmalı ölümü və sonrakı hadisələr bir zəncirdə birləşir"". 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.
  11. "Arxivlənmiş surət". 2021-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-03.
  12. "Hacı Şahin Həsənlinin ikinci kitabı nəşr olundu". 2023-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-06.
  13. "Hacı Şahin Həsənlinin yeni kitabı – ailə haqda". 2023-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-06.
  14. "Hacı Şahin haqqında kitab yazıldı". Kulis.az (az.). 2023-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-11.
  15. BestApp.az. "Hacı Şahin haqqında kitab yazıldı - Fotolar". -Yeni Sabah- (az.). 2023-11-09. 2023-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-11.
  16. "Hacı Şahin haqqında kitab YAZILDI - FOTO". Azərbaycanın xəbər saytı - NEWS24.AZ (az.). 2023-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-11.
  17. "Hacı Şahin haqqında film çəkildi - VİDEO". olke.az. 2024-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-29.
  18. "Hacı Şahindən bəhs edən film çəkilir — Fotolar". Qafqazinfo (az.). 2023-06-25. 2024-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-29.
  19. "Hacı Şahin haqda film çəkilir". Kulis.az (az.). 2024-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-29.
  20. ""Qaranlıqdan Nura – Hacı Şahin Həsənlinin əziz xatirəsinə" FİLMİ YAYIMLANDI". 2024-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-29.
  21. demokrat.az. "Hacı Şahin Həsənlinin yaşadığı binada barelyefinin açılışı olub — FOTOLAR". demokrat.az (ingilis). İstifadə tarixi: 2024-01-21.
  22. "Dedi ki, ona sən baxarsan - Oğlu Hacı Şahinlə son anlarından danışdı - VİDEO". olke.az. 2024-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-31.
  23. "Hacı Şahin Həsənlinin xatirəsinə həsr olunmuş film çəkildi -VİDEO". simsar.az (rus). 2024-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-29.
  24. "Hacı Şahin Həsənli ilə bağlı yeni film çəkilib". Respublikainfo.com (az.). 2024-05-24. İstifadə tarixi: 2024-08-27.
  25. Yunus, Billurə. "Hacı Şahindən bəhs edən film: Bir gecədə həyatı dəyişdi - VİDEO". olke.az. 2024-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]