43°04′00″ şm. e. 141°54′00″ ş. u.HGYO

Hokkaydo

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hokkaydo
yap. 北海道
Ümumi məlumatlar
Sahəsi 83400 km²
Hündür nöqtəsi 2290 m
Əhalisi 5.500.000 nəfər (2010-cu il)
Yerləşməsi
43°04′00″ şm. e. 141°54′00″ ş. u.HGYO
Ölkə  Yaponiya
Hokkaydo xəritədə
Hokkaydo
Hokkaydo
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hokkaydo (yap. 北海道), əvvəllər EcoYaponiyanın sahəsinə görə ikinci ən böyük adasıdır. 1859-cu ilə qədər ada həmcinin Masuma feodal soyadına mənsub olmuşdur.

Ferma

Hokkaydo adası Yaponiyanın şimalında yerləşir. Onun yerləşdiyi enlik üzrə AvropaAmerikada kifayət qəfər iri şəhərlər olmasına baxmayaraq burada demık olar ki, iri şəhərlər yoxdur. Adanı şimaldan soyuq Yapon dənizinin suları yuyur. Adanın ərazisi dağlıq və düzənliklərdən ibarətdir. Belə ku, tən ortasından dağ silsiləsi keçir. Bu silsilə adanı demək olar, ki coğrafi baxımından iki yerə bölür. Ən hündür zirvəsi Asahi dağıdır. Dağınn hündürlüyü 2290 metrdir. Adanın qərbində İsikari çayı vadisində geniş düzənlik yerləşir. Tokati çayı isə adanın şərqindən axır. Adanın cənubunda yerləşən Oşima yarımadası Sanqar boğazı ilə Honşu adasından ayrılır. Bu iki ada arasında yeraltı Seykan dəmiryolu tuneli keçir.

Hokkaydi. yanvar 2003 il.

Adada Yaponiyanın ən ucqar qərb nöqtəsi olan Nosappu-Saki və şimal qutaracağı olan Soya burnu yerləşir.

Ən böyük şəhəri və paytaxtı Sapporodur.

Hokkaydonun iqlimi Yaponiyanın digər sissələrinə nisbətdə soyuqdur. Orta illik temperatur +8°S təşkil edir. İlin 17 günü açıq səmalı günəşli günü olur. Yayda 149 gün yağış yağlr. Qışın isə 123 günü qarla örtükü olur. Yağıntıya baxmayaraq adanın iqlimi Yaponiyanın digər hissələrinə nisbətdə quraqdır. Qışı sırtdir. Yaponlar ada iqlimini "Sərt şimal" adlandırırlar. Səbəb isə soyuq hava kütlələridir.

Flora və Fauna

[redaktə | mənbəni redaktə et]

Adanın ərazisi demək olar ki, bütünlüklə meşə ilə örtülüdür. Burada palıd, küknar, sidr və bambuk ağaclarına rast gəlinir. Şimal hissəsində əsasən iynə yarpaqlı bitkilər üstünlük təşkil etdiyi halda cənubda enli yarpaq ağaclardır. Burada sincab, dələ, qonur ayı və tülkü geniş arealda yayılmışdır. Burada yayılan ayılar digərlərindən müəyyən fərliliklərə malik olurlar[1].

Tarixi məlumatlar

[redaktə | mənbəni redaktə et]
Şikotsu gölü

Qədim zamanlar

[redaktə | mənbəni redaktə et]

Adada tapılan qədim artefaktlar Üst Paleolit dövrünə təsadüf edir. Bu qədim alətlərdə 25–20 min il öncə insanlar istifadə etmişlər. Bu tapıntılar Syukyubay-Sankakuyama[2] və Şimaki düşərgələrində[3] aşkarlanmışdır. Mezolit dövrünə aid isə artıq oxlar və digər silahlar aşkarkanmışdır.

Adada meramikadan istifadə b.e.ə 8 minilliyə təsadüs edir. Burada özünə məxsyu qablar mədəniyyəti formalaşmışdır. 6 min il öcə isə bu bur cinsli qablar daha nürəkkəb forma alır. Silindirik olur[4]. 3–2 min il öncə isə onlar

Bizim eranın əvvələrində Yaponiuanın bu hissəsində Yaey mədəniyyəti geniş yayılmışdır. 3–4 əsrlərdə Hokkaydonin yerli əhalisi metal silahlardan istifadə edir və qiymətli bəzək əşyaları taxırdılar.

VII əsrdən etibarən Oxot dənizi sahilləri Oxot mədəniyyətinin təsiri altında idi. İnsanlar daş, dəmir və sümük alətlərdən istifadə edirdilər. Bun insanların ən çox tapıntılarına Moero düşərgəsində rast gəlinir. Bu mədəniyyətə aid sonrakı tapıntılar IX əsri keçmir.

VIII əsr burada Sasumon mədəniyyəti hakim olur. Bu mədəniyyətininsanları ovçuluq-yığıçılıq və əkinçiliklə məşğul olurdular. Yaponlarla Proto-aynlar ticari əlaqə qururdular. Yaponlar öz növbəsində yerliləri "Ezo", adalarını isə Ezo-qa-Şima adlandırırdılar.

Öşima yarımadasında 1604-cü ildə Masumae knyazlığı bərqərar olmuşdur. Dövlət Tokuqava sequnlarından asılı olmuşlar. Adanın o zamanlar adı Ezo adlanırdı Adanın yerli əhalisi Aynlar olmuşlar. 1712–1713 illərə ayn və yaponların mənbələrində adaya ilk dəfə rusların ayaq basması qeyd olunur. Belə ki, kazak İvan Kozırev qasırğa nəticəsində adaya düşür[5]. 1779-cu ilin yazında rus dənizçi və tacirləri Hokkaydonun şimalına istiqamətlənirlər. Onlar aynlardan olan 1500 nəfəri toplayaraq öz tabeçiliyinə keçmələrini təstiqləyirlər[6]. Bu fakt yaponların etirazına səbəb olur[7]. 1792-ci ildə rusların ekspedisiyası başda Adam Laksman Hokkaydonun şimalını ziyarət etmişdilər. Bundan öncə isə yaponlar rusların aynlarla ticarətini qadağan etmişdilər[8].

Hokkaydo təbiəti

1868–1869 illər ərzidə adada adada müstəqil Ezo Respublikası mövcud olmuşdur. 1869-cu ildə respublikanın ləğvindən sonra adanın adı dəyişdirilir və Hokkaydo adlandırılır. Bundan sonra Yapon hökuməti adanın koloniyalaşdırılmasına başlayır

İnzibati bölgü

[redaktə | mənbəni redaktə et]

İnzibati cəhətdən ada 14 dairəyə bölünmüşdür:

Akan gölü
  • Bisignani, J. D. (1993). Japan Handbook. Chico, California: Moon Publications. ISBN 978-0-9603322-2-9; ISBN 978-0-908054-14-5; OCLC 8954556
  • McDougall, Walter A. (1993). Let the Sea Make a Noise: A History of the North Pacific from Magellan to MacArthur. New York: Basic Books. ISBN 978-0-465-05152-6; OCLC 28017793
  • Nussbaum, Louis-Frédéric and Käthe Roth. (2005). Japan encyclopedia. Cambridge: Harvard University Press. ISBN 978-0-674-01753-5; OCLC 58053128
  • John Batchelor; Japanese Central Association (1893). An itinerary of Hokkaido, Japan, Volume 1. Tokyo: Hakodate Chamber of Commerce.
  1. "Natural Enemies: People-Wildlife Conflicts in Anthropological Perspective (European Association of Social Anthropologists): John Knight: 9780415224413: Amazon.com: Books". 2013-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-03.
  2. yap. 祝梅三角山遺跡.
  3. yap. 嶋木遺跡.
  4. yap. 円筒式土器.
  5. Нечаев А. "Покорение мохнатых". // Вокруг Света.— №1. Январь 2002. 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-21.
  6. "Курильские острова в истории русско-японских отношений. История России. Российская империя". 2013-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-03.
  7. "Курильские острова. Их открытие и присоединение к России (1711–1778 гг.)". // МИД РФ.— 12.01.2012. 2013-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-03.
  8. Şirokorod. А. B. Yaponiya. Sonsuz rəqabət Arxivləşdirilib 2013-05-13 at the Wayback Machine