34°05′54″ şm. e. 118°19′36″ q. u.HGYO

Hollivud

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hollivud
34°05′54″ şm. e. 118°19′36″ q. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 79,5 km²
Mərkəzin hündürlüyü 108 m[2]
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 210.511 nəf. (2015)[3]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 90027, 90028, 90029, 90038, 90046, 90068
Hollivud xəritədə
Hollivud
Hollivud
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
məşhur Hollivud nişanı

Hollivud (ing. Hollywood; holly — pirkal, wood — meşə) — ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində rayon. 1913-1915-ci illərdən ABŞ kino sənayesinin mərkəzinə ("xəyallar fabriki") çevrilmişdir. 1920-ci illərdən indiyədək fəaliyyət göstərən "Metro-Goldwyn-Mayer", "20th Century Fox", "Paramount Pictures", "Warner Brothers", "Columbia Pictures" və s. kino şirkətləri burada təşkil edilmişdir. ABŞ kinematoqrafiyasının başlıca xüsusiyyətləri Hollivudda formalaşmışdır. Hollivudda müxtəlif illərdə Qriffit, Çarli Çaplin, Ştroheym, Vidor, Ford, Uayler, Kapra kimi məşhur sənətkarlar fəaliyyət göstərmişlər.

İnkişaf mərhələləri

[redaktə | mənbəni redaktə et]

Ümumilikdə Hollivud adlandırılan ABŞ kinematoqrafiyası XX əsrin əvvəllərindən başlayaraq bütün dünya kinematoqrafiyasına əsaslı şəkildə təsir etmişdir. ABŞ kinematoqrafiyasının tarixi 4 əsas mərhələyə bölünür;

  • Səssiz film dövrü
  • Klassik Hollivud kinematoqrafiyası
  • Yeni Hollivud
  • Müasir dövr

Fransasız Lumier qardaşlarının müasir kinematoqrafiyanın əsasını qoyumaları ilə şöhrət qazanmalarına baxmayaraq, yeni yaranan sənayedə tezliklə əsas qüvvəyə çevrilən məhz ABŞ kinematoqrafiyası olmuşdur. 1920-ci illərdən başlayaraq Amerika kino sənayesi digər ölkələrlə müqayisədə daha çox gəlir əldə etmişdir.

Hollivudun yüksəlişi

[redaktə | mənbəni redaktə et]

1910-cu ilin əvvəlində rejissor D.U Qriffit Bioqraf şirkəti tərəfindən Blanş Svit, Lilian Qiş, Meri Pikford, Lionel Barrimor və başqalarından ibarət aktyor truppası ilə ölkənin qərb sahillərinə göndərildi. Onlar Los-Ancelesin mərkəzindəki Corciya küçəsinin yaxınlığında boş ərazidə film çəkilişinə başladılar. Daha sonra Qriffit indiyə qədər Hollivudda çəkilmiş ən qədim film olan “Qədim Kaliforniyada” filmini çəkdi. Qriffit aylarla orada qaldı və Nyu-Yorka geri dönənə qədər bir neçə film çəkdi. Qriffitin Hollivuddakı uğurları barədə eşitdikdən sonra, 1913-cü ildə bir çox kinematoqraf kino istehsalında patent hüququna sahib olan Tomas Edison tərəfindən tətbiq edilən rüsumlardan xilas olmaq üçün qərbə üz tutdu. Birinci Dünya müharibəsinə qədər filmlər Amerikanın müxtəlif şəhərlərində çəkilirdi, lakin Cənubi Kaliforniyada sənaye inkişaf etdiyinə görə kinematoqraflar oraya can atırdılar. Onları buraya bütün il boyu açıq havada çəkilişlər aparmağa imkan verən mülayim hava şəraiti və günəş işığı və orada mövcud olan təbii mənzərələr cəlb edirdi. Bu sahənin yeni olduğu 20-ci əsrin əvvəllərində bir çox yəhudi mühacir ABŞ film sənayesində iş tapdı. Onlar Nikolodiyan adlanan teatr]vitrinlərində qısametrajlı film sərgisi ilə yeni yaranmış biznesdə öz brendlərini yarada bildilər. Bir neçə il ərzində Samuel Qoldvin, Vilyam Foks, Karl Laeml, Adolf Zukor, Luiz B. Meyer və Uorner Qardaşları (Harri, Albert, Samuel və Cek) kimi iddialı şəxslər bu sahədə istehsala başladılar. Tezliklə onlar kinostudiya adlanan yeni növ müəsisələrin rəhbərləri oldular. Birinci dünya müharibəsindən sonra Avropadan Alfred Hiçkok, Friz Lanq, Jan Renoir kimi rejissorlar və Rudolf Valentino, Marlen Ditrix, Ronald Kolman və Çarlz Boyer kimi aktyorlar bura gəldilər. Onlar 20-ci əsrin ən sürətlə inkişaf edən sənayesini formalaşdırmaq üçün yerli aktyorlarla birləşdilər. Həmin aktyorlar səsli filmlərin yaradılmasından sonra Qərbə cəlb olunmuşdular.

Kinofilmlərin məşhur olduğu 1940-ci illərin ortalarında kinostudiyalar bir il ərzində həftədə 90 milyon Amerikan tərəfindən izlənən təxminən 400 film çəkirdilər. 1920-ci illərin sonunda Hollivud filmlərində səsdən də geniş istifadə olunurdu. Səsli filmlərin mənfi cəhəti sənətə səssiz film dövründə başlayan aktyorların, əsasən, ya pis səsləri olduğuna, ya da öz sözlərini xatırlaya bilmədiklərinə görə gözlənilmədən işdən çıxarılmaları idi. Bununla yanaşı 1922-ci ildə Amerikalı siyasətçi Uill H. Heys siyasəti atdı və Amerika Kinofilm Distribüterləri Assosasiyası (AKDA) adlanan kinostudiyanın əsasını qoydu. Təşkilat 1945-ci ildə Heysin istefa verməsindən sonra Amerika Kinofilm dərnəyinə çevrildi. Səsli filmlərin çəkildiyi ilk vaxtlarda Amerika studiyaları öz səsli filmlərinin xarici dilli bazarlarda və hətta ingilis dilinin digər dialektlərində danışan insanlar arasında qəbul edilmədiyini müəyyən etdilər. Sinxronlaşdırma texnologiyası dublyaj üçün hələ də çox sadə idi. Bu məsələnin həll yollarından biri Hollivud filmlərinin paralel olaraq xarici dildə olan versiyalarının yaradılması idi. Başqa ölkələrdən olan işsiz aktyorlar, dramaturqlar və fotogeniya yarışının qalibləri seçilir və ingilis dilində olan filmərin paralel versiyalarının çəkildiyi Hollivuda gətirilirdilər. Filmlərin xarici dildə olan versiyaları daha az büdcəyə malik olur və xarici dildə danışmayan rejissorlar tərəfindən gecələr çəkilirdi. İspandilli heyətin tərkibinə Luiz Bunyuel, Enrike Xardiel, Ponsela, Xavier Kuqat, Eqdar Nevill kimi aktyorlar daxil idi. Aşağıda verilən səbəblərə görə belə filmlər nəzərdə tutulan bazarlarda elə də uğur qazana bilmədilər:

Aşağı büdcə göz qabağında idi, bir çox teatr aktyorunun əvvəlcədən kino sahəsində təcrübələri yox idi, xarici aksentlərin qarışması tamaşaçılar üçün yad idi, bəzi bazarlarda səs təhcizatlı teatrlar yox idi. Buna baxmayaraq, "Drakula"nın ispan variantı kimi bəzi filmlər orjinalı ilə müqayisədə daha çox bəyənilirdi. 1930-cu illərin ortalarına qədər sinxronlaşdırma dublyaji asanlaşdırmaq üçün kifayət qədər inkişaf etmişdi.

Hollivudun Qızıl dövrü (1920-ci illərin sonu -1960-cı illərin əvvəli)

[redaktə | mənbəni redaktə et]

Amerika kinematoqrafiyasında səssiz film dövrünün başa çatdığı 1920-ci illərin sonundan 1960-cı illərin əvvəllərinə qədər davam etmiş Hollivudun Qızıl dövrü ərzində Hollivud studiyalarında minlərlə film çəkildi. 1927-ci ildə "Caz ifaçısı" (The Jazz Singer) filminin çəkilməsi Qızıl dövrün başlanğıcı oldu.

Studiya sistemi

Kino istehsalı hələ də biznes olaraq qalırdı və kinofilm şirkətləri studiya sistemi ilə fəaliyyət göstərərək pul qazanırdılar. Əksər studiyaların tərkibində aktyorlar, yazıçılar, prodüserlər, rejissorlar və texniki işçilər kimi maaşla işləyən minlərlə insan olurdu. Onlar Qərb və digər irimiqyaslı mədəniyyət filmlərinin çəkilişi üçün Cənubi Kaliforniyada boş bir ərazini ya alır ya da icarəyə götürürdülər.

Studiya sisteminin zəifləməsi (1940-cı illərin sonu)

Studiya sistemi və Hollivudun qızıl dövrü 1940-cı illərin sonunda inkişaf etmiş 2 qüvvəyə məğlub oldu;

  • Film istehsalını və onların sərgilərini bir birindən ayıran federal antihisar fəaliyyəti
  • Televiziyanın kəşfi

1988-ci ildə Volt Disney əksər studiyaların maraqsız filmlər buraxdığı bir dövrdə "Ağbəniz və yeddi cırtdan" filmini çəkdi və o, tezliklə bu mövzuda çəkilmiş ən çox gəlir gətirən film oldu. "Ağbəniz və yeddi cırtdan" studiyada çalışan heç bir aktyoru ekranda göstərməyən müstəqil şəkildə istehsal olunmuş cizgi filmi idi.

Təsiri: Daha az filmlər, daha çox fərdi büdcələr

Həmçinin orta hesablı büdcənin sürətlə qalxmasına görə il ərzində istehsal edilən filmlərin sayı artdı. Həmin dövrdə studiyalar televiziyanın verə bilməyəcəyi zövqü verməyi qarşılarına məqsəd qoymuşdular. Studiyalar həmçinin öz film kitabxanalarının bir hissəsini televizyaya satmaları üçün digər şirkətlərə satmağa başladılar. 1949-cu ilə qədər isə bütün film studiyaları teatrların mülkiyyət hüququndan imtina etmişdilər. Həmçinin televiziya Amerikalıların gündəlik əyləncələrində film sənayesinin hegemonluğuna son qoyduğuna görə Hollivudun Qızıl dövrünün tənəzzülündə müəyyən rol oynamışdı. Buna baxmayaraq, film sənayesi 1950-ci illərdə uzun müddətli hökumət senzurası zəiflədiyinə görə gələcək üçün bəzi imkanlar qazana bildi.

Yeni Hollivud və Klassik dövrdən sonrakı kinematoqrafiya

[redaktə | mənbəni redaktə et]

Klassik dövrdən sonrakı kinematoqrafiya Yeni Hollivudda hekayə nəql etmə metodlarının dəyişdirilməsidir. Klassik dövrdən sonrakı hekayə nəql etmə filmlərinin kökləri qorxu filmləri “Səbəbsiz üsyan” (Rebel Without a Cause - 1955) və Alfred Hiçkokun sarsıdıcı hekayə nəql etmə filmi "Psixo" (Psycho) dayanır. Yeni Hollivud 1960-cı illərdə Avropada inkişaf etmiş metodları öyrənmiş, film təhsili almış yeni rejissor nəslinin yaranması dövrüdür. 1967-ci ildə çəkilmiş "Bonni və Klayd" (Bonnie and Clyde) filmi ABŞ kinematoqrafiyasında geriləmə ilə yanaşı gələcəkdə bilet kassalarında yeni nəsil filmlərin uğur qazana biləcəyinin başlanğıcını qoydu. Frensis Ford Koppola, Corc Lukas, Martin Skorseze və Uiliam Fridkin kimi kinorejissorlar kino tarixinə əsaslanan filmlər çəkməyə başladılar və mövcud janr və metodları inkişaf etdirdilər. 1970-ci illərin əvvəllərində onların filmləri həm tənqidçilər tərəfindən bəyənildi, həm də ticari uğur qazandı. "Bonni və Klayd" və "Əhlikef insan" kimi ilk yeni Hollivud filmləri əxlaqsız qəhrəmanların, seksuallıq və zorakılığın artırılması ilə nisbətən aşağı büdcəli işlər idilər. Buna baxmayaraq, müasir blokbasterlərin (rekord qırmış filmlər) inkişafına kömək edən və studiyaları böyük hitlər istehsal etmək üçün çalışmağa məcbur edən Fridkinin "Şeytan" (The Exorcist), Kopollanın "Xaç atası" (The Godfather) və "Qiyamət" (Apocalypse Now), Skorsezenin "Taksi sürücüsü" (Taxi Driver) və Lukasın "Amerikan qraffiti" (American Graffiti) və "Ulduz müharibələri" (Star Wars) kimi filmlər böyük uğur qazanmışdırlar. Bu gənc rejissorların getdikcə öz istəklərinə uyğun hərəkət etməsi də işə yaramadı. Onlar tez-tez cədvəldən və büdcədən kənara çıxır beləliklə də ya özlərini, ya da studiyanı müflis edirdilər. Buna ən yaxşı 3 nümunə Kapollanın "Qiyamət" və "Yaxın biri" (One from the Heart) və xüsusilə də Maykl Siminonun "Cənnətin qapısı" (Heaven's Gate) filmləridir. Buna baxmayaraq, "Qiyamət" filmi ona qoyulan pulu doğrultdu və Kann kinofestivalında Qızıl palma mükafatının qalibi oldu və şah əsəri olaraq şöhrət qazandı.

Müasir kinematoqrafiya

[redaktə | mənbəni redaktə et]

1950-ci illərdən sonra möhtəşəm poemaların əsasında filmlərin çəkilməsi getdikcə məşhurlaşmışdır. O vaxtdan bəri Amerika filmləri iki kateqoriyaya bölünür: Blokbasterlər və müstəqil filmlər.

Blokbasterlər

border=none Əsas məqalə: Blokbaster filmlər

Studiyalar diqqətini gəlir əldə etmək üçün hər il hədsiz dərəcədə bahalı filmlər buraxmağa yönəltmişdilər. Belə filmlər hər biri xeyli pula başa gələn mənzərə, güclü aktyorlar və istehsalat dəyərinə əsaslanırdı. Blokbasterlər, əsasən, məşhur aktyor və geniş tamaşaçı kütləsi cəlb etmək üçün kütləvi reklamdan asılıdır. Uğurlu blokbasterlər ona sərf olunan dəyər geri qazanmaq və çoxlu gəlir əldə etmək üçün kifayət qədər çox tamaşaçı cəlb edir. Belə filmlər ciddi uğursuzluq riski daşıyırlar və əksər studiyalar il ərzində həm yüksək, həm də aşağı nəticə əldə edən blokbasterlər buraxırlar. Bu dövrdən olan rekord qırmış filmlərə "Gələcəyə dönüş" (Back to the Future), "Beverli Hillz polisi" (Beverly Hills Cop), "Altıncı hiss" (The Sixth Sense), "Titanik" (Titanic), "Yağış adam" (Rain Man), "Yaşıl mil" (The Green Mile), "Ulduz müharibələri: Birinci mərhələ - Fantom təhlükəsi" (Star Wars: Episode I – The Phantom Menace), "Nyu-York şəbəkələri", "Keçmişi olmayan adam" (The Man Without a Past) daxildir. Bu şəkildə çəkilən filmlərdə adətən aktyorluq baxımından yüksək peşəkarlıq qabiliyyəti, rejissorluq, ssenaristlik və filmlə bağlı olan digər detallara xüsusi diqqət yetirilir və yaradıcılıq və yeniçiliyə əsaslanır.

Müstəqil filmlər

border=none Əsas məqalə: Müstəqil film

Müstəqil filmlərə ayrılan az büdcəyə görə uğursuzluq zamanı cuzi itkilər olsa belə, uğur qazandıqları zaman ona çəkilən xərcdən daha çox gəlir əldə edirlər. Müstəqil Amerika kinematoqrafiyası 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində Spayk Li, Stiven Soderberq, Kevin Smit və Kventin Tarantinonun daxil olduğu digər yeni nəsil kinematoqrafların uyğun olaraq "Doğrunu seç" (Do the Right Thing), "Seks, yalanlar və videolent" (Sex, Lies, and Videotape), "Kargüzarçılar" (Clerks) və "Rezervuar itləri" (Reservoir Dogs) filmlərinin çəkilməsi ilə canlanmışdı. Rejissorluq, ssenari, montaj və digər cəhətlərinə görə bu filmlər yenilikçi və əsasən Hollivud filmlərinin müqavilələrinə ziddiyət təşkil etmək və ona uymamaqla fərqlənirlər. Bundan əlavə, onların əhəmiyyətli maliyyə uğurları və məşhur mədəniyyətə keçidi müstəqil filmlərin ticari qabiliyyətini bərpa etdi. O vaxtdan bəri müstəqil film sənayesi Amerika kinematoqrafiyasında daha təsirli olmuşdur. Əsas studiyaların əksəriyyəti bu sahədə oxşar filmlər istehsal etmək üçün inkişaf edən filiallar tərəfindən maliyələşdiriliblər. 21-ci əsrin əvvəllərində əsas film bazarlarında az olan film növləri indi Amerika bilet kassalarında ən çox satılan filmlərə çevrilib. Bura "Oturan pələng, gizlənən əjdaha" (Crouching Tiger, Hidden Dragon) və "Qəhrəman" (Hero) kimi xarici dildə olan filmlər və "Məni böyüt", "İmperatorun yürüşü" və s. kimi sənədli filmlər daxildir.

Xarici istinadlar

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 ArchINFORM (alm.). 1994.
  2. GeoNames (ing.). 2005.
  3. http://planning.lacity.org/documents/demographics/oct2015.pdf.