II Baldvin (Qüds kralı)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
II Baldvin
2 aprel 1118 – 21 avqust 1131
ƏvvəlkiI Baldvin
SonrakıFulkMelisanda
1100 – 1118
ƏvvəlkiI Baldvin
SonrakıI Joslen
Şəxsi məlumatlar
Doğum tarixi 1060 və ya 1075
Vəfat tarixi 21 avqust 1131
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti rəhbər, siyasətçi
Uşaqları Melisanda
Alisa
Dini katolisizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

II Baldvin (fr. Baudouin II) və ya Burklu Baldvin (fr. Baudouin de Bourcq) (1060 və ya 107521 avqust 1131, Qüds, Qüds krallığı) — Edessa qrafıQüds kralı.[1][2] Yaxın qohumları olan Bulonlu Qodfrey və qardaşı Bulonlu Baldvinlə birlikdə Birinci Səlib yürüşünə qatıldı.

Səlibçilərin Qüdsdəki ilk kralı olan Bulonlu Qodfreyin ölümündən sonra 1100-cü ildə Qds kralı olan Bulonlu Baldvinin yerinə Edessa qrafı elan olundu. Burklu Baldvinin dönəmində qraflıq artıq bölgənin siyasi həyatında aktiv rol oynamağa başladı. Səlcuqlarla mübarizədə 1104-cü ildə Antakiya knyazı I Bohemondla birlikdə əsir düşdü və bu dövrdə qraflıq knyazın qohumu Tankred tərəfindən idarə olundu. 4 illik əsarətin ardından azadlığa buraxılan Burklu Baldvin qraflığı əldə etmək üçün mübarizə aparmalı oldu. Bu mübarizədə bəzi yerli müsəlman əmirləriylə ittifaq quran Burklu Baldvin, bunun qarşılığında Fərat çayının şərq sahilindəki mühüm torpaqları Mosul əmirlərinə qaytarmalı oldu. 1118-ci ildə I Baldvinin vəfatıyla, Burklu Baldvin Qüds kralı təyin edildi.

  • Sebag Montefiore, Simon, 1965– (2011). Jerusalem : the biography (1st American ed.). New York: Alfred A. Knopf. ISBN 9780307594488
  • Asbridge, Thomas (2004). The First Crusade: A New History: The Roots of Conflict between Christianity and Islam. Oxford University Press. ISBN 978-0-19-517823-4
  • Jaspert, Nikolas (2006). The Crusades. Routledge. ISBN 978-0-415-35967-2
  • Hillenbrand, Carole (2000). The Crusades: Islamic Perspectives. Routledge. ISBN 978-0-415-92914-1
  1. Albert d'Aix-la-Chapelle; Edgington, Susan B. Historia Ierosolimitana. Oxford medieval texts. Oxford: Clarendon press. 2007. ISBN 978-0-19-920486-1.
  2. Sebag Montefiore, Simon, 1965– (2011). Jerusalem : the biography (1st American ed.). New York: Alfred A. Knopf. ISBN 9780307594488