Kacol

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kacol
ing. Kajol
Doğum tarixi 5 avqust 1974(1974-08-05) (50 yaş)
Doğum yeri
Həyat yoldaşı
Uşağı 2
Anası Tanuja
Fəaliyyəti kino aktrisası
Fəaliyyət illəri 1992-ci ildən
Boyu 1,61 m
Çəkisi 57 kq[3]
Mükafatları İncəsənətdə xidmətlərinə görə Padma Şri
IMDb ID0004418
{{{imzanın izahı}}}
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kacol Mukherci (ing. Kajol; 5 avqust 1974, Bombey[2]) — Hindistan aktrisası.

  • Boyu : 157 sm[4]

Kacol – Hindistanın böyük kino sənayesinin ən parlaq ulduzlarından biridir. Kacol mediada tez-tez "Bollivudun kraliçasi" kimi tanınır. Onun anası Tanuca da vaxtilə aktrisa olmuşdur. Bacısı Tanişa – hind kanallarının birində televiziya proqramının aparıcısıdır. Atası Şomu isə prodüserdir. Nənəsi Şobhana Samarth isə qızı kimi Bollivudun tanınan aktrisalarından olmuşdur.

Kacol kinoda debütünü 1992-ci ildə "Bekhudi" filmilə etmişdir. Ona ən böyük uğur isə Hindistan kinosunun kralı Şahrux Xanla birgə çəkildiyi "Cəsur ürək gəlini alar" filmindən sonra gəlir. Kacol yeganə aktrisadır ki, Raciv Rayın "Gupt" filmindəki obrazına görə ən yaxşı mənfi rol nominasiyasında mükafat qazanmışdır.

"Ailə və qanun" müştərək filminin çəkilişləri zamanı Kacol, aktyor Acay Devqanla tanış olur. Bundan sonra düz 4 il müddətində aktyorlar görüşməyə başlayırlar və 24 fevral 1999-cu ildə ailə həyatı qururlar.

2002-ci ildə Kacolun yeganə istəyi və bütün dualarının səbəbkarı qızı Nisa dünyaya gəlir. Qızının anadan olmasından sonra Kacolun karyerasında qısa bir durğunluq yaranır. Lakin bu kiçik durğunluq tezliklə aradan qalxır. 2006-cı ildə o, Kunal Kohlinin "Kor məhəbbət" filmində aktyor Əmir Xanla birgə çəkilmişdir.

İl Azərbaycanca adı Orijinal adı Rol
1992 Fövqəladə debüt Behkudi Radhika
1993 Qumarbaz Baazigar Priya Çopra
1994 Məhəbbətlə zarafat olmaz Yeh Dillagi Sapna
1995 Karan və Arcun Karan Arjun Soniya
1995 Ailə və qanu Hulchul Şarmili
1995 Cəsur ürək gəlini alacaq Dilwale Dulhania Le Jayenge Simran
1997 Arzular Minsaara Kanavu Priya
1998 Sevgidən qorxmaq lazım deyil Pyaar Kiya To Darna Kya Muskan
1998 Düşmən Dushman Sonya
1998 Nəsə baş verir Kuch Kuch Hota Hai Anceli Şarma
1999 Mən sənin qəlbində yaşayıram Hum Aapke Dil Main Rehte Hai Meha
2000 Aşiq oğru Raju Chacha Anna
2001 Kədər və sevinc Kabhi Khushi Kabhie Gham Anceli
2003 Sabah açılacaq, yoxsa yox? Kal Ho Naa Ho mahnı ifa edən
2006 Kor məhəbbət Fanaa Zuni
2006 Heç vaxt "əlvida" demə Kabhi Alvida Naa Kehna mahnı ifa edən
2007 Om Şanti Om Om Shanti Om özü
2008 Sən, mən və biz U Me Aur Hum Piya
2008 Bu cütlüyü Tanrı yaradıb Rab Ne Bana Di Jodi mahnı ifa edən
2010 Mənim adım Xandır My Name is Khan Mandira Xan
2010 Biz bir ailəyik We Are Family Maya
2012 İlin tələbəsi Student of the Year mahnı ifa edən
  1. 1 2 India Today (ing.). 1975. ISSN 0254-8399
  2. 1 2 Deutsche Nationalbibliothek Record #140419713 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  3. Kajol.
  4. "Bollywoodgate.com". 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-31.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]