Konstantin fon Ekonomo
Konstantin fon Ekonomo | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Breila, Rumıniya |
Vəfat tarixi | (55 yaşında) |
Vəfat yeri | Vyana, Avstriya |
Vətəndaşlığı | Avstriya |
Təhsili | Vyana Universiteti |
Fəaliyyəti | universitet müəllimi[d], pilot, həkim, psixiatr |
Vikianbarda əlaqəli mediafayllar |
Konstantin fon Ekonomo (21 avqust 1876, Breila — 21 oktyabr 1931, Vyana) — Yunanıstan mənşəli Avstriya nevroloqu.
Bioqrafiyası
[redaktə | mənbəni redaktə et]Konstantin fon Ekonomo Rumıniyanın Breila şəhərində zəngin və zadəgan ailəsində anadan olmuşdur. Tezliklə ailəsi ilə birlikdə Avstriyanın Triest şəhərinə köçmüşdür. Onun uşaqlığını bu şəhərdə keçmişdir. 1893-cü ildə Vyana Politexnik Universitetinə daxil olmuş və mühəndislik fakultəsində təhsil almışdır. İki il sonra həkimliyi oxumağa başlamışdır. 1901-ci ildə Vyana Universitetinin tibbi fakultəsini bitirmişdir. 1900-cu ildən 1903-cü ilə qədər fizioloq Ziqmund Eksnerin assistenti olmuşdur. Münhendə Emil Krepelinadan dərs almışdır. 1906-cı ildən Vyanada psixiatriya kafedrasında Yulius Vaqner-Yaureqqin yanında assistent kimi çalışmışdır.
Konstantin Avstriyada ilk pilotlardan biri olmuşdur. 1910-cu ildən aeroklubun prezidenti seçilmişdir. Birinci dünya müharibəsi zamanı pilot və hərbi həkim kimi xidmət göstərmişdir. 1920-ci ildən həyatının sonuna kimi Vyana Universitetinin nevropatologiya və tibb fakultəsinin psixiatriya kafedrasının professoru olmuşdur. 1928-ci ildən psixiatrların Vyana cəmiyyətinin sədri idi. 1931-ci ildə beynin öyrənilməsi üçün şöbə açdırmışdır.[1]
Konstantin fon Ekonomo 1931-ci ildə ürək tutmasından dünyasını dəyişmişdir.[2]
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Konstantin fon Ekonomo təxminən 150 məqalə və kitab dərc etdirmişdir. Udma və tənəffüsü tənzimlyənə beyin mərkəzinin mövcudluğunu təyin etmişdir. Nəticədə onun adı yoluxucu letargiya ensefalitinə verilmişdir. O, yuxu pozulmalarının öyrənilməsiylə məşğul olmuş, yuxu nəzəriyyəsini hazırlamışdır. Georgi Koksinas ilə birlikdə 1925-ci ildə beyin (Ekonomo — Koskinas xəritəsi) yarımkürələri qabığının sitoarxitektonik sxemini hazırlamışdır. Bu sxemə əsasən, hər yarımkürənin səthi 7 hissəyə və 109 sahəyə bölünmüşdür.
Xatirəsi
[redaktə | mənbəni redaktə et]Onun şərəfinə 1932-ci ildə Vyanannı Favoriten rayonunda küçə adlandırılmışdır. Vyana Universitetinin həyətində 1966-cı ildə Konstantin fon Ekonomonun büstü ucaldılmışdır.[3] 1976-cı ildə onun anadan olmağının 100 illiyə ilə bağlı olaraq Avstriyada xatirə markalar buraxılmışdır.[4]
İnşaları
[redaktə | mənbəni redaktə et]- Die Cytoarchitektonik der Hirnrinde des erwachsenen Menschen, W.— B., 1925 (совм. с G. N. Koskinas).
- Zellaufbau der Grosshirnrinde des Menschen, B., 1927.
- Die Encephalitis lethargica, B.—W., 1929.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Marburg O. Konstantin Economo Freiherr von San Serff, Dtsch. Z. Nervenheilk., Bd 123, S. 219, 1931.
- Stransky Е. Constantin von Economo, в кн.: Grosse Nervenärzte, Bd 2, Stuttg., 1959.
- Kutlik I. Ste vyrocle narodenia Constantina Eoconoma, Bratlsl. lek. Listy, sv. 66, s. 110, 1976.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Economo, K. (1932) Constantin Freiherr von Economo. Wien: Mayer & Co.
- ↑ Professor Economo † Arxivləşdirilib 2023-07-25 at the Wayback Machine. In: Die Neue Zeitung, 22. Oktober 1931, S. 3
- ↑ Van Bogaert, L., Théodoridès, J. (1979). Constantin von Economo. The Man and the Scientist. Wien: Verlag der Österreichischen Akademie der Wissenschaften ISBN 3-7001-0284-4.
- ↑ Haas, L.F. (2002). Neurological stamp. Constantin von Economo. In: Journal of Neurology, Neurosurgery, and Psychiatry, 73, 81.