Kurt Alder
Kurt Alder | |
---|---|
alm. Kurt Alder | |
Doğum tarixi | 10 iyul 1902[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 20 iyun 1958[3][1][…] (55 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | kimya |
İş yerləri | |
Təhsili | |
Elmi rəhbəri | Otto Dils |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Kurt Alder Keniqsxyutta (10 iyul 1902[1][2][…], Xojuv[d] – 20 iyun 1958[3][1][…], Köln, Qərbi Almaniya[4]) — alim, Nobel mükafatçısı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Alman üzvi kimyaçısı Kurt Alder Keniqsxyutta indiki Polşanın Xojuv şəhərində iyulun 10-da 1902-ci ildə anadan olmuşdur. 1926-cı ildə Kil universitetini bitirərək fəlsəfə doktoru dərəcəsi almışdır. 1926-1936-cı illərdə Kil Universitetində işləmiş və 1934-cü ildən professor vəzifəsində çalışmışdır. Bütün həyatını tamamilə elmə həsr etmiş Alder heç vaxt ailə qurmamışdır.
Elmi naliyyələri
[redaktə | mənbəni redaktə et]Əsas elmi tədqiqat sahəsi üzvi sintez olmuşdur. 1926-cı ildə Dils ilə birlikdə azodikarbon efirini öyrənmişdir. Bu iş 1928-ci ildə çox əhəmiyyətli olan reaksiyalardan birinin kəşfinə gətirib çıxardı. Bu reaksiya aktivləşmiş ikiqat əlaqəli molekulun (dienofil) gərilmiş dienlərə 1,4- birləşərək tsiklik strukturun əmələ gətirmə reaksiyasıdır. Sonrakı işlər Alderə imkan verdi ki, bu reaksiya nəticəsində adduktların əmələ gəlməsində ilkin komponentlərin strukturundan asılılıq qanunauyğunluğunu tapsın (Alder qaydası). Gərilmiş əlaqəli üzvi birləşmələrin reaksiya qabiliyyətlərini və reaksiyaların getməsinin stexiometrik xüsusiliyini öyrənmişdir. Dien sintezinə əks olan reaksiyanın (retrodien parçalanması) mümkünlüyünü müəyyən etmiş və onun geniş istifadə imkanlarını göstərmişdir. En sintezi reaksiyasını kəşf etmişdir. Bu reaksiya allil hidrogen atomu olan olefinlərin dienofilə birləşmə reaksiyasıdır. 1940-cı ildə Alder müəyyən etmişdi ki, tsiklopentadien qızdırıldıqda özünə vinilasetatı birləşdirərək doymamış asetat əmələ gətirir ki, o da doymamış spirtə çevrilə bilir. 1956-cı ildə tsiklopentananın alınma üsulunu işləyib hazırlamışdır.
İş yeri
[redaktə | mənbəni redaktə et]1936-1940-cı illərdə Leverkuzendə “İ.Q. Farben industri” konserninin şöbəsinin elmi rəhbəri, 1940-cı ildən Köln universitetinin kimya institutunun direktoru olmuşdur.
Mükafatları
[redaktə | mənbəni redaktə et]- Alder 1950-ci ildə “dien sintezinin kəşfi və inkişafına görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. (Dils-Alder reaksiyası)
- Alder Alman kimya cəmiyyətinin Emil Fişer medalı ilə də təltif olunmuşdur.
- Ona Köln və Salamanksk universitetlərinin bir çox tibb fakultələrinin fəxri dərəcələri verilmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Kurt Alder // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Альдер Курт // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118644505 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- 10 iyulda doğulanlar
- 1902-ci ildə doğulanlar
- Almaniya imperiyasında doğulanlar
- 20 iyunda vəfat edənlər
- 1958-ci ildə vəfat edənlər
- 55 yaşında vəfat edənlər
- Kölndə vəfat edənlər
- Köln Universitetinin müəllimləri
- Kil Universitetinin müəllimləri
- Kil Universitetinin məzunları
- Berlin Humboldt Universitetinin məzunları
- Leopoldin Alman Milli Elmlər Akademiyasının üzvləri
- Bavariya Elmlər Akademiyasının üzvləri
- Kimya üzrə Nobel mükafatı laureatları
- Əlifba sırasına görə alimlər
- Üzvi kimya
- Almaniyalı Nobel mükafatı laureatları