41°00′36″ şm. e. 28°57′24″ ş. u.HGYO

Laləli məscidi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Laləli məscidi
Laleli Camii
Xəritə
41°00′36″ şm. e. 28°57′24″ ş. u.HGYO
Ölkə  Türkiyə
Şəhər İstanbul
Yerləşir Eyyub
Aidiyyatı Osmanlı imperiyası
Memar Mehmet Tahir Ağa
Tikilmə tarixi 1760—1783
Üslubu barokko
Material qranit
Vəziyyəti stabil
Laləli məscidi (İstanbul)
Laləli məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Laləli Məscidi (türk. Laleli Camii) — 1760-1763-cü illərdə İstanbulda Osmanlı sultanı III Mustafa tərəfindən inşa edilmişdir. Məscidin adı III Mustafanın vəlisi saydığı Laləli Baba adının bu ibadətxanaya verməsilə bağlıdır.

Məscid kompleksi 1783-cü ildə yanğın zamanı tamam məhv oldu və qısa bir müddətdən sonra yenidən inşa edildi. 1911-ci ildəki yanğın mədrəsəni və məscidin digər bir çox əlavə strukturlarını bərbad etdi. Məscidin hamamı uçmuşdur.

Məscidin memarı Mehmet Tahir Ağadır. Ancaq dövrün baş memarı Hacı Əhməd Ağanın da Məscidin inşasında köməyi olmuş ola biləcəyi ehtimal edilir. Məscid adını o zamanlar yaxında olan (1950-ci illərdə yıxılmış) Laləli Baba türbəsindən almışdır. Padşahlar tərəfindən inşa edilmiş son külliyyə olan Laləli Külliyyəsi içində yerləşir.

Məscidin naxışları bir bodrum üzərindədir. Barok üslubda, kvadrat və mehrab çıxıntılıdır. Ana qübbə 8 sütunun üstündə oturur. Ətrafı 6 yarım qübbədən meydana gəlmişdir. Qübbənin xarici diametri 12,5 metr və qübbənin xarici yüksəkliyi isə 24,5 metrdir. Məscidin Hünkar mahfeli solda yer alır. İçərdən 14 sütuna söykənmiş halda olub 18 qübbənin altındadır. Küçədən iki qapıyla həyətə girilir. Tək Şərəfəli iki minarəsi vardır. Şadırvanı 8 sütunludur. Həyətdəki qapı 1950-ci illərdə yol tikintisi ilə əlaqədar geri çəkilmişdir. Məscidin girişi nərdivanlıdır . Səbili bürüncdən edilmişdir. Hamamı sökülmüş, küçədəki divarına əlavə dükanlar tikilmişdir. Məscidin qapısının üst hissəsində (1826-1827) -ci il tarixli bir kitabə var.

Məscidin yanındakı III Mustafa türbəsində sultan III Mustafa və oğlu III Səlimin məzarları yerləşir. Türbənin arxasındakı Laləli Məscidin banisidir.

http://www.3dmekanlar.com/tr/laleli-camii.html