Liam Nison
Liam Nison | |
---|---|
ing. Liam Neeson | |
Doğum adı | William John Neeson[3] |
Doğum tarixi | 7 iyun 1952[1][2][…] (72 yaş) |
Vətəndaşlığı | |
Fəaliyyəti | kino aktyoru, səsləndirmə aktyoru[d], teatr aktyoru, televiziya aktyoru, aktyor |
Fəaliyyət illəri | 1978-ci ildən |
Təhsili |
|
Boyu | 193 sm |
Mükafatları |
|
IMDb | ID0000553 |
Vikianbarda əlaqəli mediafayllar |
Uilyam Con "Liam" Nison (ing. William John "Liam" Neeson; 7 iyun 1952[1][2][…]) — İrlandiya aktyorudur.
Həyatı
[redaktə | mənbəni redaktə et]Liam Nison 7 iyun 1952-ci ildə Şimali İrlandiyada doğulmuşdur. Məktəb illərində boksla maraqlanmış, hətta burnunu da sındırmışdır. Nison boks üzrə idman karyerasını uğurla davam etdirməsinə baxmayaraq, onun ikinci arzusu teatrda işləmək idi. Liam Nison Kral Universitetini bitirdikdən sonra teatr truppasında kiçik səhnələrdə rol alır. 1970-ci illərin sonlarından başlayaraq filmlərdə çəkilməyə başlayır. 1986-cı ildə Liam Əgər sabah açılsa mini-serrialına çəkilir. Bu mini-serial onun karyerasında ən uğurlu filmlərindən biridir. 1999-cu ildə Ulduz müharibələri. Epizod 1: Fantom təhlükəsi filminə çəkilərək məşhurluq qazanır. Həmin ildə Böyük Britaniyanın kraliçası II Elizabet ona "Britaniya İmperiyasının Ordeni"nin ofiser vəzifəsini verir. 2008-ci ildə İrlandiya fondu ona İrlandiya incəsənətində gördüyü işlərə görə mükafat verir. Liam Nison katolik ailəsində dünyaya gəlməsinə baxmayaraq, İslam dininə böyük hörməti vardır.
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Liam Nison 1994–2009-cu illər ərzində İngilis əsilli ABŞ aktrisası Nataşa Riçardson ilə ailə həyatı qurmuşdur. Amma Nataşa 2009-cu ildə qarlı dağ adlanan kurortda başına kaska qoymadan hərəkət etdiyi zaman ağır travma alır. Həkimlərin köməyini istəməyən Nataşa tez bir zamanda koma vəziyyətinə düşür. Bir müddət sonra xəstəxanada ailəsinin yanında vəfat edir. Nataşanın Liamdan iki oğlu Deniel və Maykl adlı övladları vardır.
Seçilmiş filmoqrafiya
[redaktə | mənbəni redaktə et]İl | Film | Rol |
---|---|---|
1981 | Ekskalibur | Haveyn |
1986 | Əgər sabah açılsa | Andre Trenyan |
1986 | "Delta" dəstəsi | Delta dəstəsinin üzvlərindən biri |
1988 | Yüksək ruhlar | Martin Broqan |
1989 | Qaranlıq adamı | Peyton Uestleyk |
1990 | Böyük adam | Denni Skuler |
1992 | Ərlər və arvadlar | Maykl Qeyts |
1993 | Şindlerin siyahısı | Oskar Şindler |
1995 | Rob Roy | Robert Roy MakQreqor |
1996 | Maykl Kollins | Maykl Con Kollinz |
1996 | Əvvəl və sonra | Ben Ryan |
1999 | Ulduz müharibələri. Epizod 1: Fantom təhlükəsi | Kvay-Qon Cinn |
2002 | Ulduz müharibələri. Epizod II: Klounların yürüşü | Kvay-Qon Cinn |
2004 | Kinsi | Alfred Kinsi |
2005 | Simpsonlar | Ata Şon |
2005 | Ulduz müharibələri. Epizod III: Sithin qisası | Kvay-Qon Cinn |
2011 | Naməlum adam (film, 2011) | |
2015 | Gecə təqibi | Jimmy |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Liam Neeson // Internet Broadway Database (ing.). 2000.
- ↑ 1 2 William John Neeson // Internet Broadway Database (ing.). 2000.
- ↑ (unspecified title). Rivista del Cinematografo.
- ↑ 1 2 3 4 https://www.telegraph.co.uk/news/celebritynews/6097584/Liam-Neeson-becomes-an-American-citizen.html.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Liam Nison — IMDb səhifəsi}