Litr

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Litr
Ümumi məlumatlar
Ölçdüyü anlayış həcm[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Litr (л, l, L, ℓ) — həcmin metrik ölçü vahidi. Litr BS vahidi deyil, saat və sutka kimi "BS-yə aid olmasa da, onun vahidləri kimi istifadə edilə bilər". BS-nin standart ölçü vahidi — kub metr (m³).[2]

Metrik ölçü sistemində litr ən çox işlədilən həcm və ölçü vahidlərindən biridir. Ancaq az adam bilir ki, bu ölçü vahidi şərab şüşələri istehsal edən fransız Klod Emil Jan-Batist Litrin adını daşıyır. Laboratoriya qablarını da ehtimal ki, ilk dəfə o hazırlayıb. Təəssüf ki, onun tərcümeyi-halı haqqında sənədlər dövrümüzədək qalmayıb. Təkcə bu məlumdur ki, onun valideynləri də şərab istehsalı ilə məşğul olublar. 1763-cü ildə 47 yaşlı Litr həcmi ölçmək üçün onun içərisindəki mayenin çəkisini təyin etmək üsulundan yararlanmağı irəli sürdü. Standart maye olaraq o, civədən istifadə etməyi məsləhət bildi. Litrin təklifi onun ölmündən sonra təsdiq olundu. Ancaq standart maye kimi civə əvəzinə su işlədildi. Ölçü və çəki üzrə 1901-ci ildə keçirilmiş 3-cü Baş Konfransın qərarına görə bir litr normal atmosfer təzyiqində və suyun sıxlığı ən çox olan temperaturda (4 dərəcə Selsi) 1kq. saf suyun həcmi kimi təyin edilirdi; 1 l. = 1,000028 kub dm. Ölçü və çəki üzrə 12-ci Baş Konfrans (1964) 1 l.=1 kub dm. olduğunu qəbul etdi. Hazırda bu ölçü vahidi standart beynəlxalq metrik ölçü vahidləri sistemində həcmin və tutumun vahidi kimi qəbul edilib[3].

  1. 6.5.6 // Quantities and units—Part 1: General (ing.). 1 ISO, 2009. P. 21. 41 p.
  2. Bureau International des Poids et Mesures, 2006 Arxivləşdirilib 2007-06-21 at the Wayback Machine, p. 124. ("Days" and "hours" are examples of other non-SI units that SI accepts.)
  3. "Şəkər villası" qəzeti, № 01 (86). 09–15 yanvar 2001-ci il. səh. 2