Lorenso Giberti
Lorenso Giberti | |
---|---|
it. Lorenzo Ghiberti | |
Doğum adı | Lorenzo Ghiberti |
Doğum tarixi | 1378[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 1 dekabr 1455[3] |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | heykəltaraş, memar, rəssam, yazıçı, sənətşünas |
Janr | heykəltaraşlıq |
Tanınmış işləri |
|
Tələbələri | Donatello, Mikeloçço[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Lorenso Giberti (1378[1][2][…], Florensiya – 1 dekabr 1455[3], Florensiya[4]) – italyan heykəltaraş və zərgər.
Zərgərliyi atalığı Bartolo di Mikeledən öyrənib. Yaradıcılığı Florensiyadan başqa Venesiya, Siena və Roma ilə də bağlı olub. Antik incəsənətin təsirilə, mənsub olduğu beynəlmiləl qotika ənənəsini dəf edərək, intibah mədəniyyətinin banilərindən birinə çevrilib.
Antik heykəltaraşlıq nümunələrinə əsaslanmış, monumental heykəltaraşlığın bürüncdən tökmə texnikasını dirçəltmiş və təkmilləşdirmişdir. Donatello ilə paralel olaraq yastılanmış relyef üsulunu işləyib hazırlamışdır.
1401–1402-ci illərdə Florensiya kilsəsinin baptisterisinin ikinci (şimal) qapılarının tərtibatı üzrə keçirilən müsabiqə üçün "İbrahimin qurban kəsməsi" bürünc relyefini hazırlamış, Filippo Brunelleski ilə bərabər qalib olmuşdur.
Ömrünün sonlarında incəsənət tarixinin antik dövrdən öz dövrünə qədər ilk şərhini, öz avtobioqrafiyasını, perspektiv, optika, anatomiya və s. haqqında elmi sübutları əhatə edən "Şərhlər" traktatını yaratmışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Lorenzo Ghiberti // RKDartists (nid.).
- ↑ 1 2 Lorenzo Ghiberti.
- ↑ 1 2 RKDartists (nid.).
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118539086 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.