Möhsün İsrafilbəyov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Möhsün İsrafilbəyov
bayraq
Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Malyariya və Digər Tropik Xəstəliklərə qarşı Mübarizə Komitəsinin sədri
bayraq2
yanvar 1935 – iyul 1937
28 noyabr 1921 – 21 yanvar 1935
ƏvvəlkiAğahüseyn Kazımov
SonrakıMüseyib Hüseynov
1930 – 1930
Əvvəlkivəzifə təsis edildi.
SonrakıNadir Məmmədli
bayraq
Azərbaycan SSR xalq sosial təminat komissarı
bayraq2
10 noyabr 1920 – 28 noyabr 1921
Əvvəlkivəzifə təsis edilib
SonrakıMəmməd Məmmədyarov
bayraq
Azərbaycan SSR Xalq Hərbi Dəniz İşləri Kommisarlığı Siyasi İdarəsinin rəisi
bayraq2
9 iyun 1920 – 1920
Şəxsi məlumatlar
Doğum tarixi 12 (24) avqust 1893
Doğum yeri
Vəfat tarixi 2 yanvar 1938(1938-01-02) (45 yaşında)
Partiya
Təhsili
Fəaliyyəti həkim

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni

Möhsün Nəcməddin oğlu Qədirli (İsrafilbəyov) (12 (24) avqust 1893, Şamaxı2 yanvar 1938) — Azərbaycanda sovet hakimiyyəti və sosializm quruculuğu uğrunda mübariz, respublikada səhiyyə işinin təşkilatçılarından biri, professor (1934), repressiya qurbanı.

Əməkdar elm xadimi olmuş, mərhum Solmaz İsrafilbəylinin əmisidir.

Möhsün İsrafilbəyov 1893-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. 1911-ci ildə Bakı real məktəbini bitirəndən sonra Kiyev Universitetinə qəbul olmuşdu. Kiyev Universitetində oxuyarkən (1911–1917) tələbələrin inqilabi nümayişlərində iştirak etmişdir. 1917-ci ildə Bakıya gəlmiş, bolşevik "Hümmət" təşkilatının katibi və büro üzvü, RSDF(b)P BK və Bakı Sovetinə üzv seçilmişdir. 1918-ci ilin 1 may–31 iyul tarixlərində Lənkəran, Şamaxı, Cavad qəzalarının fövqəladə komissarı təyin olunmuşdur. 1918-ci ilin avqustundan RSFSR Xalq Milli İşlər Komissarlığı yanında Zaqafqaziya şöbəsinin müdiri, daha sonra RK(b)P Həştərxan quberniya Komitəsinin üzvü, quberniya icraiyyə komitəsinin üzvü seçilmiş, sədr müavini, səhiyyə şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1919-cu ilin mayında RSFSR Xalq Xarici İşlər Komissarlığının Yaxın Şərq şöbəsində çalışmışdır. Şərq xalqları kommunist təşkilatlarının 2-ci Ümumrusiya, 5-ci və 7-ci Sovetlər qurultaylarında iştirak etmişdir. Moskvada V. S. Leninlə görüşmüş, ona Azərbaycandakı vəziyyət haqqında məlumat vermişdir.

Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra Xalq Hərbi Dəniz İşləri Kommisarlığı siyasi idarəsinin rəisi (1920), xalq sosial təminat komissarı (1920–1921), xalq səhiyyə komissarı (1921–1935) vəzifələrində işləmişdir. 1935–1937 illərdə Azərbaycan SSR Xalq Komissarları Soveti yanında malyariya və digər tropik xəstəliklərə qarşı mübarizə Komitəsinin sədri vəzifəsində çalışmışdır. Dəfələrlə partiya və Sovet qurultaylarının nümayəndəsi olmuş, AK(b)P MK-nm Azərbaycan və Zaqafqaziya MİK-lərinin üzvü seçilmişdir. Azərbaycanda malyariya, traxoma və s. xəstəliklərin ləğv edilməsində böyük xidməti olmuşdur.

İki dəfə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmuşdur.

1937-ci ildə repressiya qurbanı olmuş və xalq düşməni adıyla güllələnmişdir.