Mədəniyyət şoku
Mədəniyyət şoku (ing. Culture shock) — insanın bir sosial mühitdən digərinə keçdikdə insanın heç vaxt tanış olmadığı şəraitə görə hiss etdiyi narahatlıqdır.[1] 4 fazası var:
- Bal ayı fazası
- Razılaşmağa çalışma fazası
- Öyrəşmə fazası
- Ustalıq fazası
Mədəni şoku yaradan ümumi problemlər: informasiya artıqlığı, dil barieri, toplumlararası uçurumlar, informasiya uçurumları, müəyyən sferadakı asılılıqlar, öz mədəniyyətinə çox bağlılıq və buna bənzər hallar. Şəxslər müxtəlif cəmiyyətlərdə mədəni şoku özlərinəməxsus yaşadıqları üçün, bu vəziyyətdən yayınmağın konkret bir həlli mövcud deyildir.
Mədəniyyət şokunda olan insanların sonrakı fəaliyyətlərini 3 hissəyə bölmək olar:
- İnteqrasiya oluna bilməyənlər xarici ölkədə öz millətlərindən olanları axtarır və cəmiyyətə uyğunlaşmaqdan imtina edirlər.
- Assimilyasiyaya məruz qalanlar öz ölkələrinin adət-ənənələrini unudur və yeni gəldikləri ölkəyə 100% adaptasiya olurlar.
- Üçüncü qrup insanlar isə həm yeni ölkəyə adaptasiya olur, həm də vətənlərini unutmurlar. Belə insanlara kosmopolit deyilir.
Mədəniyyət şokunun ən qəribə forması uzun müddət vətəndən kənarda yaşayan insanların geri qayıtdıqdan sonra öz doğma ölkələrində hiss etdikləri mədəniyyət şokudur.
Dörd mərhələ
[redaktə | mənbəni redaktə et]Balayı
Bu mərhələ ərzində, köhnə və yeni mədəniyyətlər arasındakı fərqliliklər şəxsə yüngül, asan görünür. Misal olaraq, yeni bir ölkəyə köçəndən sonra şəxs həmin əraziyə məxsus yeməkləri, oradakı həyat dövranını və yerli sakinlərin davranışlarını bəyənə bilər. İlk bir neçə həftə ərzində insanlar köçdükləri əraziyə heyranlıq duyurlar, yeni şeylər kəşf etməyə can atırlar. Onların dillərində danışan və ya onlara qarşı mədəni davranış sərgiləyən insanlarla münasibətlər yaratmağa çalışırlar. Nəticə olaraq isə bütün balayları kimi bu gedişat bir gün sona çatır.
Razılaşma
Bir müddətdən sonra (bu zaman kəsiyi şəxsdən asılı olsa da, ortalama 3 ay hesab edilir), köhnə və yeni mədəniyyətlər arasındakı fərqlər daha gözəçarpan hal almağa başlayır və şəxsdə narahatlığa səbəb olur. Bu narahatlıq isə öz növbəsində xoşagəlməz hallara, məyusluğa və hətta əsəbə belə gətirib çıxarır, çünki şəxs alışdığı gedişata zidd olan davranışları və prosesləri yaşamağa davam edir və tam adaptasiya olmadığı üçün bu onda hiss olunacaq dərəcədə qıcığa səbəb olur. Dil barieri, tıxac mədəniyyəti, yemək alışqanlıqları və hətta cəmiyyətdəki gigiyena anlayışları belə bu müddətdə insanda ətraf mühitdən uzaqlaşma istəkləri yaradır.
Fərqli mühitə keçən zaman sizin əlaqə yaratmaq bacarığınız bir növ təzyiq altında çalışmalı olur, bundan əlavə bir çox təcrübə edilmiş çətinlikləri var ki, onlarından öhdəsindən gəlməli olur şəxs. Buna aid edilə bilər: sirkadiyalı ritm pozuqluğu hansı ki, bir çox hallarda insomnia xəstəliyinə gətirib çıxarır, orqanizminizin və mədə-bağırsaq sisteminizin qidalara alışması prosesi, xəstələnən zaman dərman vasitələri ilə problemlər yarana bilər ad fərqliliklərinə görə.
Yenə də qeyd olunması zəruri olan bir məsələ var ki, bu münasibətqurma bacarığıdır. Bu mərhələdə insanların ən çox yaşadığı hisslərdən biri yalnızlıq hissidir və ev, köhnə mühit üçün darıxma halları yaranır, çünki dogma olmayan insanlarla daim ünsiyyətdə olmağa hələ alışmamış olurlar. Xüsusən xaricdə təhsil alan tələbələrdə bu hallar depressivləşmə və yalnızlığın daha dərin hiss olunması ilə nəticələnir ki, bu onların həyat tərzinə də öz təsirlərini göstərir. Məntiq, yumor anlayışı, nitqlər, aksentlər və bu kimi şeylər onların dost və dərs mühitinə alışanacan öz təsirlərini verir.
Tənzimləmə
Bu mərhələdə artıq bir xeyli müddət ötmüş olur, ortalama olaraq 6–12 ay arası götürülür bu dövr. Yeni mədəniyyətə artıq alışmış olur şəxs və ya şərtlərin tələbi ilə özünü buna məcburi şəkildə alışdırır. Mühiti və davranışları analiz edib, hansı situasiyalarda necə davranılacağını müəyyənləşdirməyə başlayır. Şəxs artıq həyatını müəyyən bir qaydaya salmış olur və gedişat artıq əvvəlkindən daha normal, adi hal alır, nələrsə çox alışılmadıq vəziyyətdə olmur. Yeni mədəniyyətin müsbətləri qəbul edilir və problemli vəziyyətlərdən necə çıxılması ilə bağlı fikirlər yaranır. Şəxs artıq mədəniyyətə alışır və mənimsəməyə başlayır hətta özününkü imiş kimi, mənfi rekasiyalar və təəccüblər azalır və elə adından da göründüyü kimi, bu mərhələdə bir çox anlaşmazlıqlar tənzimlənir və qaydasına düşür.
Uyğunlaşma
Bu mərhələni mədəni şokun "master dərəcəsi" adlandıra bilərik. Fərdlər artıq yeni mədəniyyətin detallarını çoxluqla mənimsəmiş olurlar və hərşey onlar üçün adi və rahatdır. Lakin bu mədəniyyəti bütünlüklə qəbul etmək hesab olunmur, insanlar hər zaman öz köhnə mədəniyyətlərin parçalar saxlayırlar — ləhcələri, dilləri və müxtəlif alışqanlıqları. Bu şəxsləri "ikimədəniyyətli" adlandıra bilərik.
Əks mədəni şok
[redaktə | mənbəni redaktə et]Əks mədəni şok dedikdə, fərdin köhnə mədəniyyətinə geridönüş etdikdə yaşadığı mədəni şoka deyilir. Yeni bir mədəniyyətə uyğunlaşdıqda insan beynində bir növ süzgəc prosesi baş verir və köhnə mədəniyyətin pis tərəfləri ələnərək, beyin yaxşı yanlarına kökləndirilir. Əks mədəni şok – şəxsin ilkin mədəniyyətinə özünü yenidən alışdırması prosesinin verdiyi psixosomatik və psixoloji nəticələrdir. Maraqlısı odur ki, fərd bu mərhələdə əsl mədəni şokdan daha çox çətinliklər yaşayır, çünki bir növ mədəni çöküş və təəssüf hissi yaşayır və çox vaxtyenidən bu mühitə alişa bilməyəcəkləri hisslərinə qapılırlar. Hətta bu mədəni şok və nəticələri ilə bağlı Thomas Wolfe tərəfindən yazılmış "Sən yenidən evə qayıda bilməzsən" (You Can’t Go Home Again) adlı kitab da mövcuddur.
Əks mədəni şok adətən iki hissədən ibarət olur: mükəmməlləşdirmə və gözləntilər. Xaricdə bir dövr keçdikdən sonra, yuxarıda da qeyd olunduğu kimi, fərd ilkin mədəniyyətinin yaxşılarına fokuslanır və keçmişini beynində mükəmməlləşdirir. İkinci məsələ isə odur ki, biz ailəmizdən və mühitimizdən uzaqlaşdıqda, düşünürük ki, geridə qoyduğumuz şeylər əvvəlki kimi, yəni dəyişməz qalacaq. Geri döndükdə və hərşeyin gözlənilən kimi olduğunu görmədikdə, dünyanın bizsiz davam etdiyinin fərqinə vardıqda bu həmin fərdlərdə yenidən narahatlıq, diskomfort hissi yaradır ki, bu da onların həyatlarını burada yenidən tənzimləməsində çətinliklər yaradır.
Keçid şoku
[redaktə | mənbəni redaktə et]Mədəni şok özlüyündə keçid şokunun subkateqoriyasıdır. Keçid şokunun bir çox simptomları mövcuddur:
- Qəzəb
- Cansıxılması
- Davamlı yemək, içmək və çəki artımı
- Ev və dostlar üçün darıxma
- Həddindən artıq təmizlik
- Köməksiz və çarəsiz hissetmə
- Bir şeyə ilişib qalmaq
- Qıcıqlıq
- İmpulsivlik
- Əhval dəyişkənlikləri
- Fiziki cəhətdən stressi hiss etmək
- Mədəni önyarğılar
- İntihar və özünəzərərvermə düşüncələri
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Macionis, John, and Linda Gerber. "Chapter 3 — Culture." Sociology. 7th edition ed. Toronto, ON: Pearson Canada Inc., 2010. 54. Print.
Mənbələr
[redaktə | mənbəni redaktə et]- Macionis, John, and Linda Gerber. "Chapter 3 — Culture." Sociology. 7th edition ed. Toronto, ON: Pearson Canada Inc., 2010. 54. Print.
- Pedersen, Paul. The Five Stages of Culture Shock: Critical Incidents Around the World. Contributions in psychology, no. 25. Westport, Conn: Greenwood Press, 1995.
- Barna, LaRay M. "HOW CULTURE SHOCK AFFECTS COMMUNICATION." Communication 5.1 (n.d.): 1–18. SocINDEX with Full Text. EBSCO.29 Sept.2009.web.
- Oberg, Dr. Kalervo. "Culture Shock and the problem of Adjustment to the new cultural environments". World Wide Classroom Consortium for International Education & Multicultural studies. 29 Sept 2009.
- Mavrides, Gregory PhD "Culture Shock and Clinical Depression." Foreign Teachers Guide to Living and Working in China. Middle Kingdom Life, 2009. Web. 29 Sept. 2009.