Məhəmməd Əsədov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Məhəmməd Əsədov
bayraq
Azərbaycan Respublikasının müdafiə və dövlət təhlükəsizliyi məsələləri üzrə Dövlət müşaviri
bayraq2
13 noyabr 1991 – 20 noyabr 1991
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifə ləğv edilib
17 aprel 1990 – 13 noyabr 1991
ƏvvəlkiAydın Məmmədov
SonrakıTofiq Kərimov
5 fevral 1991-ci ilədək Azərbaycan SSR daxili işlər naziri kimi
bayraq
Azərbaycan Kommunist Partiyası Quba Rayon Komitəsinin birinci katibi
bayraq2
1989 – 1990
ƏvvəlkiArif Rəhimzadə
26 avqust 1988 – 1989
ƏvvəlkiA. Baxışov
1983 – 1986
ƏvvəlkiVahid İsmayılov
bayraq
Ağsu Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
bayraq2
1978 – 1980
ƏvvəlkiHürü Mehrəliyeva
SonrakıMəmməd Nağıyev
Şəxsi məlumatlar
Doğum tarixi 5 dekabr 1941(1941-12-05)
Doğum yeri
Vəfat tarixi 20 noyabr 1991(1991-11-20) (49 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Qarakənd faciəsi
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Rütbəsi general

Məhəmməd Nəbi oğlu Əsədov (5 dekabr 1941, Baharlı, Zəngilan rayonu20 noyabr 1991, Qarakənd, DQMV) — Azərbaycan Respublikasının dövlət xadimi, milis general-mayoru, Azərbaycan Respublikasının müdafiə və dövlət təhlükəsizliyi məsələləri üzrə Dövlət müşaviri (1991), Azərbaycanın daxili i̇şlər naziri (1990–1991). O, 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində ölmüşdür.[1]

Məhəmməd Əsədov 1941-ci il dekabr ayının 5-də Zəngilan rayonunun Baharlı kəndində anadan olub.[2] O, Baharlı kəndində dördüncü sinfi bitirəndən sonra təhsilini Zəngilan rayonunun Mincivan qəsəbəsində yerləşən orta məktəbdə davam etmişdir.[3] 1958-ci ildə orta məktəbi bitirib, həmin ildə Bakı Statistika Texnikumuna daxil olub. 1960-cı ildə həmin texnikumu müvəffəqiyyətlə başa vurub və Zəngilan rayonunda inspektor vəzifəsində çalışıb.[2] 1961-ci ildə ordu sıralarına çağırılıb və 1964-cü ilə qədər orduda xidmət edib.[2] 1964-cü ildə ordu sıralarından tərxis olunduqdan sonra Sumqayıt şəhərinə üz tutub və 1 saylı trestdə betonçu kimi işləyib.[4] 1965-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət universitetinin "Maliyyə və kredit" fakültəsinə daxil olub. 1965-ci ildə 2 saylı trestdə mühasib işləyib, 1967–1968-ci illərdə Plan şöbəsinin müdiri vəzifəsində çalışıb.[2] 1968-ci ildə Məhəmməd Əsədov Sumqayıt Şəhər Partiya Komitəsinin Sənaye şöbəsinə təlimatçı vəzifəsinə irəli çəkilib.[2]

Xalq Təsərrüfatı İnstitutu yarandıqdan və "Maliyyə və kredit" fakültəsi bu instituta verildiyindən Məhəmməd Əsədov 1970-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Maliyyə və kredit" ixtisası üzrə tam kursunu bitirib.[2] 1973–1975-ci illərdə onu Sumqayıt Şəhər Partiya Komitəsində sənaye şöbəsinin müdiri, 1975–1978-ci illərdə isə Təşkilat şöbəsinin müdiri vəzifəsinə təyin ediblər. 1978-ci ildə Məhəmməd Əsədov Ağsu Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsinə göndərilib.[2]

1980-ci ilə qədər Ağsu rayonunda fəaliyyət göstərib.[2] Yaxşı işi qiymətləndirilib və Məhəmməd Əsədov Moskva Təhlükəsizlik Akademiyasına göndərilib.[2] 1982-ci ildə akademiyanı qırmızı diplomla başa vurub. Azərbaycan Təhlükəsizlik Nazirliyində məsul vəzifədə çalışıb.[2] 1983–1986-cı illərdə Jdanov Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyib.[2][3] 1986–1988-ci illərdə Məhəmməd Əsədov Mərkəzi Komitədə yüksək vəzifədə işləyəndə dəfələrlə Xankəndiyə gedir.[4] Oradan qayıdanda o qeyd edirdi:

" Xankəndidə elə bil Azərbaycan hökuməti yoxdur, ermənilər necə istəyir, o cür də hərəkət edirlər.[4] "

İşlədiyi müddətdə göstərdiyi işgüzarlığına, biliyinə, qabiliyyətinə görə onu Mərkəzi Komitəyə dəvət edirlər və 1986-cı ildən 1988-ci ilə qədər Məhəmməd Əsədov inzibati orqanlar şöbəsinə müdirlik edir.[2] 1988–1989-cu illərdə Ağdaş Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyir.[2] İşlədiyi müddətdə öz təşkilatçılıq qabiliyyəti ilə təsərrüfatın bütün sahələrini ön cərgəyə çıxarır. 1989–1990-cı illərdə bu fəaliyyətini Quba Rayon Partiya Komitəsinin birinci katibi kimi məsuliyyətlə davam etdirir və onun gördüyü bütün işlər yüksək qiymətləndirilir.[4]

Qarabağ müharibəsi zamanı

[redaktə | mənbəni redaktə et]

Məhəmməd Əsədov 1990-cı ilin may ayında Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsinə təyin edilir.[2] Azərbaycanın Ermənistanla sərhəd rayonlarını gəzərək erməni təcavüzünü gözləri ilə görən nazir Məhəmməd Əsədov həyəcan təbili çalır, təcili tədbirlərin görülməsi üçün Moskvaya – SSRİ Daxili İşlər Nazirliyinə müraciət ünvanlayır, asayişi qorumaq üçün silah-sursat tələb edirdi.[5] O, tez bir zamanda Xüsusi Təyinatlı Milis Dəstəsini yaradır.[5] Məhəmməd Əsədov Xocalı hava limanında ermənilərin gediş-gəlişinə nəzarəti gücləndirmək üçün DİN-in qüvvələrini səfərbər edir.[5] DİN Respublikanın çıxış yollarını ciddi nəzarətdə saxlayırdı.[5]

1990-cı il noyabr ayının 5-də Məhəmməd Nəbi oğlu Əsədova general-mayor rütbəsi verilir.[2] 1991-ci ilin noyabr ayına qədər Daxili İşlər naziri vəzifəsində çalışır.[2] Məhəmməd Əsədov göstərdiyi şücaətə görə müşavir kimi yüksək vəzifəyə təyin edilir.[2] Ali rütbənin verilməsi onu heç də arxayın salmır. O, yenidən sərhəd rayonlarına, Qarabağa, Ağdama, Göygölə, Gədəbəyə, Kəlbəcərə, Laçına, Goranboya, Tərtərə gedir.[5] Çaykənd, Qarabulaq, Todan, Erkəç, Mənəşli və digər kəndlərin quldurlardan təmizlənməsi əməliyyatlarında şəxsən iştirak edir.[5] General Ramiz Məmmədovun xatirələrindən:

" Məhəmməd Əsədovun adından belə erməni separatçıları qorxurdular. Ratsiya vasitəsi ilə danışıqlar zamanı onun gizli kodu “Черный полковник” (azərb. Qara polkovnik‎) idi.[5] "

Bölgələrdən Bakıya dönən Əsədov müdafiənin gücləndirilməsi üçün təxirəsalınmaz, təcili tədbirlərin görülməsi barədə 27.08.1991-ci il tarixli № 2/149 saylı altı vərəqdən ibarət məktubla Baş nazirə və Prezidentə kəskin müraciətlər edir, təkliflərini bildirirdi. Məhəmməd Əsədov 1991-ci ilin noyabrında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasını tezləşdirmək, ordu quruculuğu işində mərkəzlə hüquq-mühafizə orqanları arasında birgə işin təşkilini həyata keçirmək üçün dövlət müşaviri təyin olunur.[5]

border=none Əsas məqalə: Qarakənd faciəsi

1991-ci il noyabrın 20-də saat 12.57-də Ağdam uçuş zolağındakı Mi-8 tipli iki vertolyotun 69 və 72 nömrəli yanacaq bakları doldurulur.[6] Mİ-8 N69 vertolyotu əsas vertolyot olmalı, onu iki nəfər — 1981-ci ildə Əfqanıstan döyüşlərində iştirak etmiş kapitan Lantev Mamontov və kapitan Pyotr Babuşkin idarə etməliydi.[6] İkinci vertolyot — Mİ-8 N72 isə birincini müşayiət etməli idi.[6] Amma ikinci vertolyot müşayiət olunmadan, yəni təhlükəsizliyi təmin edilmədən 13.48-də birincinin yerinə havaya qalxır.[6]

Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 vertolyotu 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vuruldu.[7] Qarakənd faciəsisi haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatır.[7] Lakin bu faciə haqqında xəbər Xankəndidən erməni dilində yayımlanan "Vətən və vətəndaş" verilişinin xəbərlər bölümündə, saat 15:30-da yayımlanmışdı.[7] Həmin gün Yerevan radiosu saat 16:15-də həmin xəbərin "qəza" kimi şərhini verdi.[7] Saat 16:40-da Tehran radiosu, 17:00-da Moskva radiosu açıqladı.[7]

Həlak olanlar arasında Məhəmməd Əsədov da var idi.[8][9] Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.[9] İlkin olaraq Azərbaycanın nümayəndə heyətinin məlumatına görə, cəsədlərdən 12-si tam şəkildə tanınırdı, 3-cü qismən tanınırdı, qalanlarının şəxsiyyəti isə ekspertiza nəticəsində müəyyən edildi.[10]

Jurnalist Salman Alıoğlunun sözlərinə görə, Mərzilini keçəndə hərbçilər jurnalistləri saxladılar və o əraziyə bir sutka heç kəsi buraxmadılar.[11] Alıoğluya görə, jurnalistlər əraziyə gedəndə ruslar və ermənilər ərazidə ciddi təmizləmə işi aparmışdılar.[11] Onun fikrincə, vertolyot yerə düşmüş və onlar vertolyotu yerdə yandırmışdılar:[11]

" Vertolyotdan təxminən 500-600 metr məsafədə nazir müavini Qurban Namazəliyevin cəsədi vardı. 700-800 metrlikdə Osman Mirzəyevin cəsədi vardı. Mən o vaxt dediyim versiyada qalıram ki, onlar vertolyotu endirəndə içindəkilər sağ olublar.[11] "

Alıoğlunun sözlərinə görə, səfərdən əvvəl İsmət Qayıbov və Məhəmməd Əsədov kürk geyinmişdi və onların kürkünün altında İsrail istehsalı olan avtomatları var idi.[11] Jurnalistin fikrincə, vertolyotun içində atışma olub.[11] Alıoğluya görə, meyitləri tabutlara yerləşdirəndə vertolyotda olanlarla, tabutda olanların sayı düz gəlmirdi və təxminən üç-dörd cəsəd yox idi.[11] Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.[4]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Məhəmməd Əsədov Məleykə xanım ilə 1968-ci il noyabrın 17-də ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla evli idi.[3][4][12] Nazim, Rasim və Natiq adlı oğulları yagidar qalıb.[12]

Qarabağ müharibəsinin ilk günlərində Famil Mehdi tərəfindən yaradılmış "Nicat" cəmiyyətinin təsis etdiyi mükafat və Bakıda Xətai rayon 29 saylı tam orta məktəb onun adını daşıyır.[13] Məktəbin həyətində Məhəmməd Əsədovun büstü ucaldılıb.[13] Zəngilan, Sumqayıt, Ağsu, Beyləqan, Ağdaş, Quba və Bakıda bir neçə təhsil müəssisəsi, gəmi, küçə və xiyaban, idarə və müəssisə onun adını daşıyır. "Nicat" cəmiyyəti tərəfindən adına mükafat təsis edilmişdir.[14]

Şair Oqtay Zəngilanlı Məhəmməd Əsədova "Ağlayır ana Zəngilan" şeirini həsr etmişdir.[13]

  1. "Müəmmalı şəkildə həlak olan birinci prokurorun - HƏYAT HEKAYƏTİ". femida.az. femida.az. Archived from the original on 2016-10-18. İstifadə tarixi: 17 iyul 2016.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 "General Məhəmməd Əsədov: böyük vətənpərvər, unudulmaz şəxsiyyət". www.anl.az. www.anl.az. Archived from the original on 2022-03-31. İstifadə tarixi: 20 iyul 2016.
  3. 1 2 3 "General Məhəmməd Əsədov kim olub?". www.baymedia.az. www.baymedia.az. 2014-02-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2016.
  4. 1 2 3 4 5 6 Şirinova, Arzu. "General Məhəmməd Əsədov..." www.anl.az. www.anl.az. Archived from the original on 2022-03-31. İstifadə tarixi: 20 iyul 2016.
  5. 1 2 3 4 5 6 7 8 "General Məhəmməd Əsədov: böyük vətənpərvər, unudulmaz şəxsiyyət". 525.az. 525.az. Archived from the original on 2023-08-03. İstifadə tarixi: 21 iyul 2016.
  6. 1 2 3 4 Şirinova, Arzu. "Qarakənd düyünü". anl.az. anl.az. Archived from the original on 2022-03-25. İstifadə tarixi: 17 iyul 2016.
  7. 1 2 3 4 5 Novruzoğlu, Rövşən. GENOSID......ECOCID. Bakı: «Adiloğlu» nəşriyyatı. 2005. 544. (#accessdate_missing_url)
  8. Makili-Aliyev, Kamal. "Enforcement of International Law in the Nagorno-Karabakh Conflict". lup.lub.lu.se. lup.lub.lu.se. səh. 12. Archived from the original on 2021-05-01. İstifadə tarixi: 17 iyul 2016.
  9. 1 2 "20 Noyabr, 1991-ci il "Qarakənd faciəsi" kimi əbədi xatirələrdə qaldı". azl.abna24.com. azl.abna24.com. 2022-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2016.
  10. Əliyev, Zaur. "Qarakənd faciəsi unudulmamalıdır". karabakhinfo.com. karabakhinfo.com. 2017-02-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2016.
  11. 1 2 3 4 5 6 7 "Əcələ qaçan deputat və ya İsmət Qayıbovun sonuncu yemək sifarişi". kulis.lent.az. kulis.lent.az. 2018-01-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2016.
  12. 1 2 ""Nə övladlarım, nə mən Məhəmməddən doyduq..."". anl.az. anl.az. Archived from the original on 2022-03-31. İstifadə tarixi: 20 iyul 2016.
  13. 1 2 3 "Ölüm sevinməsin qoy". www.anl.az. www.anl.az. Archived from the original on 2022-03-31. İstifadə tarixi: 20 iyul 2016.
  14. "Xalqımızın böyük şairi. Təzadlar.- 2009.- 17 dekabr.- S.11". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-03.