Məhəmməd Kürd Əli
Məhəmməd Kürd Əli | |
---|---|
ərəb. مُحمَّد كُرد عليّ | |
Doğum tarixi | 1876[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 1953[1][2][…], 2 aprel 1953 və ya 4 fevral 1953 |
Vəfat yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Məhəmməd Kürd Əli (ərəb. محمد كرد علي) (1876[1][2][…], Dəməşq – 1953[1][2][…], 2 aprel 1953 və ya 4 fevral 1953, Dəməşq[3]) — Suriya yazıçısı, tarixçisi, jurnalisti, pedaqoqu, ictimai xadimi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Kasıb kürd torpaq sahibinin ailəsində anadan olmuşdur. Anası çərkəz mənşəli idi.[4] 1892-ci ildə Fransa missionerlik məktəbini bitirmişdir. XIX əsrin sonlarından jurnalistika ilə məşğul olmuşdur. O, Misir maarifçiləri Məhəmməd Abdo, Mustafa Kamil və başqalarından təsirlənmişdir. 1908-ci ildə Dəməşqdə ictimai-siyasi və ədəbi jurnalı olan "Əl-Müqtabas"ı təsis etmiş, lakin jurnal tezliklə Osmanlı hakimiyyəti tərəfindən antitürk olduğu üçün qadağan edilmişdir. 1919-cu ildə yaradılmasının təşəbbüskarı və Dəməşqdə Ərəb Elmlər Akademiyasının ilk prezidenti olmuşdur.[5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Beynəlxalq standart ad identifikatoru. 2012.
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Ərəbcə Vikipediya. 2003.
- ↑ Kurd Ali, Muhammad. Al-Mudhakkirat. 1. Riyadh: Adwa' al-Salaf. 2010. 5.
- ↑ Голубовская К. К. КУРД АЛИ́, Мухаммед Фарид Arxivləşdirilib 2022-09-22 at the Wayback Machine // Краткая литературная энциклопедия.
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Dahan S. M. Kurd Ali: notice biographique // Vol. 1. Damascus, 1956.
- Джабри Шафик. Мухаммед Курд Али. — Каир, 1957. (На арабском языке).
- Hermann R. Kulturkrise und konservative Erneuerung: M. Kurd Alї und geistige Leben in Damaskus zu Beginn des 20. Jahrhunderts. — Frankfurt-am-Meine; New-York, 1990.