Məsdərə məbədi
Məsdərə məbədi Müqəddəs Vəftizçi İohann kilsəsi | |
---|---|
Սուրբ Հովհաննես Մկրտիչ եկեղեցի | |
40°27′06″ şm. e. 43°53′02″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Yerləşir | Araqacotn mərzi, Məsdərə kəndi |
Aidiyyatı | Erməni Qriqoryan Kilsəsi |
Tikilmə tarixi | V əsr |
İstinad nöm. | 2.69/8 |
Kateqoriya | Məbəd |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Masdərə məbədi və ya Müqəddəs Vəftizçi İohann kilsəsi – Qərbi Azərbaycanın (indiki Ermənistan) Talın rayonunun Masdərə (21. 01. 1965 – ci ildən Dalarik) kəndində Masdərə çayı kənarında V – VII yüzillərə aid qədim ərmən – türk məbədi.[1][2]
Günbəzli məbəd tipində inşa edilmiş [3] məbəd öz adını Masdərə toponimindən almış, "Masdərə" toponimi isə "Masların dərəsi", "Mas dərəsi" anlamında "mas" və "dərə" sözlərindən yaranmışdır. Maslar qədim dövrlərdən (təxminən e.ə. VIII əsrdən) Cənubi Qafqazda, o cümlədən Qərbi Azərbaycanda məskunlaşmış sak tayfalarının bir qoludur. Masların adı müasir Azərbaycan respublikası və Qərbi Azərbaycan ərazisində Masallı, Masazır, Maştağa, Masis, Mesxet, Xaçmas (Xaçmaz) toponimlərində də qalmışdır.[4]
Memarlıq xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Bina xaçvari quruluşa malik olub, mərkəzi günbəzli quruluşa malikdir. Qeyri adi memarlıq quruluşuna malik olan bina bir çox özəlliklərini itirərək günümüzə çatmışdır. Məbədin pəncərələrinin ətrafı gözəl həndəsi və nəbati naxışlarla işlənmiş kəmərlə əhatələnmişdir. SSRİ dövründə, 1940–cı ildə məbəddə ermənilər tərəfindən aparılmış "bərpa" işləri zaman onun ilkin memarlıq xüsusiyyətlərinə bəzi dəyişiklikləri edilməklə və ətrafında xaçkarlar yerləşdirilməklə məbəd erməniləşdirilmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Н. Г. Буниатов, Ю. С. Яралов – Архитектура Армении, Москва, 1950, ст 96 – 99
- ↑ Ə. Ələkbərli – Qərbi Azərbaycan abidələri, Bakı, Nurlan, 2007, səh 46 – 47
- ↑ М. Арутунян, С. А. Сафарян – Памятники армянского зодчества, Москва, 1951, ст 52
- ↑ Ə. Ələkbərli – Qədim türk-oğuz yurdu – "Ermənistan", Bakı, 1994, səh 96 – 98
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- И.Шопен. Исторический памятник состояния армянской области к эпоху ее присоеденения к Российской империи, С-П.,1852, стр.286;
- Сборник сведений о Кавказе (Списки населенных мест Кавказского края по сведениям 1873 года),Эриванская губерния, 5 т., Тифлис, 1879, № 259;
- Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu - "Ermənistan", В., 1994, səh.158-161.