Mahmud xan Dünbili

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mahmud xan Dünbili
Mahmud xan Məhəmməd bəy oğlu Dünbili
fars. محمود خان دنبلی ملك الشعراء
Doğum tarixi
Doğum yeri Xoy şəhəri

Mahmud xan Məhəmməd bəy oğlu Dünbili (1772-?) — Xoyun hakimi, ədib.

Mahmud xan Məhəmməd bəy oğlu 1772-ci ildə Xoy şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı.

"Nigaristani-Dara" əsərində yazılır ki, o, elmdə, ədəbiyyatda bilikli və istedadlı şəxsiyyətlərdən olmuşdur. O, ilkin təhsil aldıqdan sonra fəlsəfə, tibb və tarix elmlərini öyrənmiş, şeir, ədəbiyyat və digər fənlərdə tay-tuşlarından üstün olmuşdur.

"Təzkireyi-dilguşə" əsərində qeyd olunur ki, Mahmud xan ata-babası kimibir müddət Xoy və Səlmas şəhərlərinin hakimi olmuşdu. Sonra şah sarayında eşikağasıbaşı vəzifəsində qulluq etmişdi.

Mirzə Məhəmmədəli xan Tərbiyyət onu Şahbaz xanın nəvəsi hesab edir.

  • Ənvər Çingizoğlu, Xoy xanlığı, Bakı: Mütərcim, 2013

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]