Maks Ştirner

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Maks Ştirner
alm. Max Stirner
Doğum tarixi 25 oktyabr 1806(1806-10-25)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 26 iyun 1856(1856-06-26)[2][3][…] (49 yaşında) və ya 25 iyun 1856(1856-06-25)[4] (49 yaşında)
Vəfat yeri
İstiqaməti Fərdiyyətçilik, Solipsizm
Əsas maraqları fəlsəfə
Təsirlənib Georq Vilhelm Fridrix Hegel, Lüdviq Andreas Feyerbax, Bruno Bauer[d], Adam Smit, Jan Batist Sey
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Maks Ştirner (alm. Max Stirner‎), əsl adı Yohan Kaspar Şmidt; 25 oktyabr 1806[1][2][…], Bayroyt, Bavariya Krallığı[5]26 iyun 1856[2][3][…] və ya 25 iyun 1856[4], Berlin[6]) — alman filosofu olmuşdur. O əsasən ekzistensializmin, nihilizmin, postmoderizminanarxizmin ən əsas anarxo-individualizmin öndərlərindən biri olaraq görülür. Ştirnerin əsas əsəri Eqo və mülkiyyətdir. Bu əsər ilk dəfə 1845-ci ildə Leypsiqdə dərc olunub və həmin dövrdə müxtəlif nəşrlərilə tərcümələri günümüzə qədər nəşr olunur.

Maks Ştirnerin Almaniyanın Bayreuth şəhərində anadan olduğu mənzil

Maks Ştirner Bayroyt, Bavariada doğulmuşdur. Onun həyatı haqqında Şotlandiyada doğulan alman yazıçı Con Henri Mekkey 1898-ci ildə Almaniyada nəşr elətdirdiyi Maks Ştirnerin bioqrafiyası əsərində (Max Stirner – sein Leben und sein Werk) yazıb. Maks Ştirner nəfəs alətləri ustası olan atası Albert Christian Heinrich Schmidt (1769–1807) və əczaçı olan anası Sophia Elenora Reinlein'ın (1778–1839) tək övladı idi. Atası 19 aprel 1807-ci ildə 37 yaşında vərəmdən vəfat edib. Onun anası maddi çətinliklər səbəbindən Heynrix Ballersted adındakı əczaçı ilə evləndi və onlar qərbi Prussiyanın Kulm şəhərində(indiki Polşa ərazisi) yerləşdilər. Həkimlər, Maksın anasının ruhu sağlamlığı üçün hava dəyişməyini təklif etmişdilər. O da yeni həyat yoldaşı ilə birlikdə Şimali Almaniya bölgəsinə getməyə qərar verir. Anası Maksı qohumlarına tapşırır. Maks ilk dəfə idi ki, ailəsindən uzaqda tək qalmışdı.

Yohan Kaspar, orta məktəb və liseydə müəllimi Hegelçi Georg Andreas Gablerin çalışqan tələbəsi olur. Liseyi bitirdikdən sonra Berlinə gedir və Hegelin yanında fəlsəfə, filologiya və teologiya oxuyur(1826–1828). 1928-ci ildə Berlindən ayrılıb Erlangenə gedir və burada bir semestr fəlsəfə oxuduqdan sonra dörd ilə qədər Almaniyanı gəzmək üçün təhsilinə ara verir. Qohum ziyarətləri istisna olmaqla hara getdiyi, harada qaldığı, kiminlə olduğu, nə iş gördüyü bəlli deyildi.

1832-ci ildə yenidən Berlinə qayıdır və iki il keçmədən Schulgesetze (Məktəb Qanunları) adlı çalışmasıyla təhsilini bitirir. 1839–1844-cü illər arasında xüsusi bir qız məktəbində müəllim kimi çalışır. Müəllimlik fəaliyyəti həm məktəb administrasiyasını həm də tələbələri çox məmnun edir. 1842–1844-cü illərdə Ştirner müxtəlif gündəlik qəzetlərdə çox sayda maraqlı (ədəbiyyat, incəsənət, din, təhsil və s. məzmunlu) məqalələr yazır. Azadlar Klubunun fəal işçisi olaraq Prussiya rəhbərliyini şiddətlə tənqid edir, eyni zamanda bu hakimiyyətin yıxılmasını qarşısına məqsəd qoyan muxtar münasibətlərin qurulmasında maraqlı yazılar da dərc edir. Marksın çıxardığı "Rheinische Zeitungda Das unwahre Prinzip unserer Erziehung oder Humanismus und Realismus" adlı təhsil və humanizm tənqidini də yayımlayır (1842). 1844-cü ildə Der einzige und sein Eigentum (Yalnız və onun mülkiyyəti) adlı şah əsərini yayımladıqdan sonra bir daha hər hansı bir məqamda işləmir.

Universitet illərində böyük alnı olduğuna görə yoldaşlarının ona Ştirner demələri ilə bu adı sevə sevə qəbul edir (Stirn Almanca alın deməkdir) və Ştirner sözünün önünə Maks (maksimal mənasını verən Maximilian adının qısaldılmış forması) əlavə edərək özünü "Ən böyük alın" adlandırır. Bu adı məzar daşına yazdırdacaq qədər pərəstişkarlarını təsirləndirir.

Ştirner iki dəfə evlənir. 1837-ci ildə evləndiyi ilk xanımı Aqnes Klara Kuniqunde Burtz 1838-ci ildə doğuş zamanı ölür və uşaq da xilas edilə bilmir. İkinci dəfə 1843-cü ildə Mari Dähnhardt ilə evlənir. Bu cütlüyü evləndirməyə gələn keşiş, Ştirneri qarşısında yoldaşlarıyla qumar oynayarkən görür. Keşiş istehzalı bir şəkildə, üzükləri taxmaq istəyincə Ştirnerin evlilik üzüklərini almadığı məlum olur. Bundan sonra Ştirnerin dostu və eyni zamanda şah əsərində hesablaşdığı filosof Bruno Bauer cibindən çıxardığı mis halqaları taxır. Bəziləri bu halqaların pərdələrdən çıxarıldığını deyir. Dörd il sürən bu evlilik, başlayarkən də, bitərkən də hamının danışdığı bir mövzuya çevrilmişdir. Buna xüsusilə Ştirnerin bohem tərzi səbəb olmuşdu.

Dähnhard bu vəhdəti saxlayacaq qədər bir pula sahib idi. Və Ştirner bu pulla bir süd fabriki qurmağa başlayır. Sonradan bəziləri üçün gülüş kimi qarşılanacaq süd zavodu layihəsi fəaliyyətə başlamadan iflas edir. Sənətçilər və mütəfəkkirlər arasında aktuallığını uzun illər itirməyən süd zavodu layihəsi haqqında Fontane kimi bir çox yazar, hekayəçi və başqaları müxtəlif kabarelər yazmaqdan bir xeyli zövq alırlar. Ştirner demək olar ki, bütün Berlinə yetəcək qədər süd satın alır. Ancaq bu qədər südün xarab olmasının qarşısını alacaq mexanizm qurmadan işə başlayır. Qısa müddət ərzində satış edə bilməyincə tonlarla süd hələ təmiz olan Berlinin çaylarına axıdılır.

Onlar 1846-cı ildə boşanıblar. "Eqo və mülkiyyət" əsəri Mariyə həsr olunub. Mari sonradan Katolikliyi qəbul etmiş və 1902-ci ildə Londonda dünyasını dəyişib.

Ştirner həşərat dişləməsi nəticəsində yoluxmuş, 25 iyun 1856-cı ildə yoxsulluq içində vəfat etmişdir.

Maks Ştirnerinin Fridirix Enqels (1820–1895) tərəfindən çəkilən "Die Freien" görüşləri eskizindən götürülən karikaturası.

Ştirner fəlsəfəsi nihilizmin, ekzistensializmin, post-modernizmin və anarxizmin(əsasən də individual anarxizmin, post-anarxizmin və post sol anarxizmin) inkişafında əsas rola görə tanınır. Maks Ştirnerin əsas fəlsəfi əsəri "Eqo və mülkiyyət"dir. (almanca:Der Einzige und sein Eigentum)

Ştirner "öz" anlayışının tam dərk edilməsi mümkün olmadığını müdafiə edirdi; "yaradıcı heç" adlananı Ştirner "dilin son nöqtəsi" kimi təsvir edirdi. Ştirner fiziki və etik eqoizmin tərəfdarı olaraq bilinirdi, baxmayaraq ki, onun bu haqda sonrakı mövqeyi münaqişəlidir. Ştirnerin əsərlərində hər hansı bir şəxsin öz maraqlarını güdmə gərəkcəsi olduğu iddia olunmayıb və daha sonra iddia oluna bilər ki, bu "gərək" sabit fikir kimi görülə bilər. Lakin o rasional eqoist kimi anlaşıla bilər, bu mənada ki, öz maraqlarına görə hərəkət etməməyi məntiqsiz hesab etsin. "Öz maraq" anlayışı subyektiv olsa da müəyyənləşdirilib və bu anlayışa həm fədakarlıq həm də mənfəətpərəstlilik anlayışları daxil edilə bilər.

Fərdin özünü dərk etməsi hər bir fərdin öz eqosunu doldurma istəyinə söykənir. İstəkli və istəksiz eqoist arasındakı fərq, əvvəlki boş ideyaya sahib olacaq və ilahi səbəb üçün çalışdıqlarına inanacaq və çox zaman onlar sadəcə öz xoşbəxt və təhlükəsiz olma istəklərini icra etdiklərindən xəbərsiz olacaq. Bunun əksinə isə digər fərd öz hərəkətlərini azad seçəcək və yalnız öz istəklərini yerinə yetirdiyindən xəbərdar olacaq

Ştirner təklif edir ki, bütün ümumi ictimai anlayışlar: dövlət, mülkiyyət hüququ, təbii hüquqlar və cəmiyyət anlayışının özü sadəcə boş illüziyadır-zehindəki "ruhlar"dır.

O müdafiə edirdi ki, eqoizm və əxlaqsızlığın bir növü təkcə fərdlərin şəxsi maraqları olduğu müddətdə "eqoistlər birliyində" mümkündür. Onun üçün mülkiyyət sadəcə gücdən irəli gəlirdi: "Kim ki, onu necə əldə etməyi, qorumağı bilir o şey həmin şəxsin mülkiyyətidir" və "Nəyə qüvvəm çatırsa o, mənimdir. Mən özümü hər hansısa şeyə sahib olduğumu təsdiqlədiyim müddətcə mən onun sahibkarıyam."

Eqoistlər birliyi

[redaktə | mənbəni redaktə et]

Ştirnerin eqoistlər birliyi ideyası ilk dəfə onun "Eqo və mülkiyyət" əsərində izah olunub. Birlik Ştirner tərəfindən dövlətə əks olaraq qeyri-sistemli assosiasiya olaraq təklif olunub. Birlik partiyalar tərəfindən yenilənən eqoistlər arasındakı əlaqə olaraq başa düşülür. Bu birlik üçün bütün partiyaların eqoist davranmamaları tələb olunur. Eqoistlər birliyi hər hansısa şəxsin öz istəyindən yuxarı bir iqtidar olaraq görülmür.

Ştirner inqilabın şərti anlayışlarını tənqid edir və müdafiə edirdi ki, ictimai hərəkatların dövləti çevirmə taktikası statistdir çünki onun əsas hədəfi dolaylı olaraq daha sonra yeni dövlətin qurulmasıdır.

1842–1844 illərdə Ştirner müxtəlif gündəlik qəzetlərdə çox sayda maraqlı (ədəbiyyat, sənət, din təhsil və s. məzmunlu) məqalələr yazar. Prussiya rəhbərliyini şiddətlə tənqid və eyni zamanda bu rəhbərliyin yıxılmasını məqsəd qoyan avtonom birliklər qurulmasından yana yazılar da dərc edir. 1844-cü ilin payızında "Der einzige und sein Eigentum" adlı əsəri çapdan çıxıb.

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Max Stirner // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Max Stirner // Internet Philosophy Ontology project (ing.).
  4. 1 2 Stanford Encyclopedia of Philosophy (ing.). Stanford University, Center for the Study of Language & Information, 1995. ISSN 1095-5054
  5. 1 2 Deutsche Nationalbibliothek Record #118618261 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  6. 1 2 Штирнер Макс // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.