Maksim Paşayev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Maksim Paşayev
Ümumi məlumatlar
Tam adı Maksim Vaqif oğlu Paşayev
Doğum tarixi
Doğum yeri Krasnıy Luç, Luqansk vilayəti, Ukrayna SFSR, SSRİ
Vəfat tarixi (20 yaşında)
Vəfat yeri Qradijsk, Qlobinsk rayonu, Poltava vilayəti, Ukrayna
Vətəndaşlığı Ukrayna Ukrayna
Boyu 1.75
Çəkisi 65 kq
Mövqeyi Müdafiəçi
Karyerası
Gənclik karyerası
2001—2004 Ukrayna Atlant (Kremençuk)
Klub karyerası[* 1]
2004—2008 Ukrayna Dnepr 17 (0)
2007—2008  Ukrayna Krivbas 29 (1)
Milli yığma[* 2]
2003—2005 Ukrayna Ukrayna (17 yaşlılar) 38 (3)
2005—2006 Ukrayna Ukrayna (19 yaşlılar) 31 (2)
2006—2008 Ukrayna Ukrayna (21 yaşlılar) 21 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Maksim Paşayev (ukr. Максим Пашаєв; d. 4 yanvar 1988, Krasnıy Luç, Luqansk vilayəti, Ukrayna SFSR, SSRİö.. 12 dekabr 2008, Qradijsk, Qlobinsk rayonu, Poltava vilayəti, Ukrayna) — Azərbaycan əsilli ukraynalı futbolçu. "Dnepr" və "Krivbas" klublarının heyətində müdafiəçi mövqeyində çıxış edib.

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

Maksim Paşayev futbolçu karyerasını Kremençuk şəhərinin "Atlant" klubunda başlayıb. 2004-cü ildə Paşayev Dnepropetrovskun "Dnepr" komandasının gənclərdən ibarət heyətinə cəlb edilib. Maksim üç il ərzində "Dnepr"in əvəzedici heyətində çıxış edib və bu müddət ərzində 64 oyun keçirib, 1 qol vurub.

2007-ci ildə Paşayev Krivoy Roq şəhərini təmsil edən "Krivbas" klubuna icarəyə verilib. 2007-ci il iyulun 14-də keçmiş komandası "Dnepr"ə qarşı oyunda Ukrayna çempionatında debüt edib. Bu oyun "Krivbas"ın 0:2 hesablı məğlubiyyətilə başa çatıb. 2007-08 mövsümündə Ukrayna çempionatında "Krivbas"ın heyətində 29 oyuna çıxıb və 1 qol vurub.

2008-ci ildə Paşayev "Dnepr"ə qayıdıb və 2008-09 mövsümündə çempionatda 17 görüşdə forma geyinib.

Yığma karyerası

[redaktə | mənbəni redaktə et]

2006-ci ilin oktyabrında Paşayev Belarusun gənclərdən ibarət yığması ilə keçirilən yoldaşlıq oyununda qardaşı Pavellə birlikdə Ukraynanın gənclərdən ibarət yığmasında debüt edib.[1] Bu görüş Ukrayna yığmasının qələbəsi ilə başa çatıb — 3:0. Maksim sonralar Ukraynanın gənclərdən ibarət yığmasının kapitanı olub.[2]

Paşayev 2008-ci il dekabrın 11-də "Mitsubishi Outlander"[3] markalı avtomobili ilə Kiyevdən Kremençuka qayıdan zaman, Qradijsk şəhəri yaxınlığında avtomobil qəzasına uğrayıb. Paşayev buz bağlamış yolda idarə etdiyi avtomobillə hərəkət edərkən idarəetməni itirib və maşını dərəyə aşırıb. O, ağır vəziyyətdə Qradijsk şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.[4] Paşayev ertəsi gün reanimasiya şöbəsində dünyasını dəyişib.[5]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Maksimin qardaşı Pavel də peşəkar futbolçudur.

  1. Братья Пашаевы дебютировали в «молодёжке» // fcdnipro.ua[ölü keçid]
  2. "Футболист "Днепра" Максим Пашаев умер сегодня в больнице // [[Komsomolskaya pravda (qəzet, Rusiya)|Komsomolskaya pravda]]". 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-27.
  3. "Игрок «Днепра» после аварии умер в больнице // [[Komsomolskaya pravda (qəzet, Rusiya)|Komsomolskaya pravda]]". 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-27.
  4. "Защитник «Днепра» попал в аварию // podrobnosti.ua". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-27.
  5. Скончался игрок "Днепра" и молодежной сборной Украины // Kommersant

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]