Maqsud Gəray
Maqsud Gəray | |
---|---|
iyun 1767 – noyabr 1768 | |
Əvvəlki | Arslan Gəray |
Sonrakı | Krım Gəray |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1720 |
Doğum yeri | |
Vəfat tarixi | 1780 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | suveren[d] |
Atası | II Səlamət Gəray |
Ailəsi | Gəraylar |
Dini | sünni islam |
Maqsud Gəray (1720, Osmanlı imperiyası – 1780, Türkiyə) — XXXXIII Krım xanı.[1]
Krım xanı II Səlamət Gərayın oğludur. Əmisi oğulları Arslan Gərayın səltənətində 1750-ci ildə nurəddin, Krım Gərayın səltənətində isə 1762-ci ildə kalqay ünvanları aldı. İkinci dəfə xan təyin edilib Krıma yola salınan əmisi oğlu Arslan Gərayın yolda ikən anidən vəfat etməsi ilə dərhal İstanbula çağırıldı və burada xan təyin edildi (iyun 1767). Ancaq onun bu ilk səltənəti cəmi 1 il davam etdi. Belə ki, apardığı təcavüzkar siyasət səbəbilə qısa zamanda Rusiya və Osmanlı imperiyaları qarşı-qarşıya gəlmiş, nəticədə 6 il davam edən yeni bir Rusiya-Osmanlı müharibəsinə səbəb olmuşdur. İmperiyanı gücsüz bir dönəmdə ruslarla müharibəyə girməyə məcbur qoyması səbəb göstərilərək 1768-ci ilin noyabrında vəzifədən alındı.
1771-ci ildə yenidən xanlığa gətirilmək istənilsə də, rusların bölgəni işğal etməsi, Maqsud Gərayın Krımdan qaçaraq Osmanlı sarayına sığınması və IV Dövlət Gərayın rus işğalına qarşı xalq hərəkatına başlaması bu təyinata mane oldu. Maqsud Gəray 1780-ci ildə İstanbul yaxınlığındakı malikanəsində vəfat etdi.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Oleksa Gaivoronsky «Повелители двух материков», Kiev-Bakhchisarai, 2007, ISBN 978-966-96917-1-2
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Henry Hoyle Howorth, History of the Mongols, 1880, part 2, p 479