Marsello Baçiarelli
Marsello Baçiarelli | |
---|---|
Doğum tarixi | 16 fevral 1731[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 5 yanvar 1818[1][2][…] (87 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam, incəsənət xadimi |
Janr | tarix rəssamlığı |
Stillər | barokko, klassisizm |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Marsello Baçiarelli (16 fevral 1731[1][2][…], Roma – 5 yanvar 1818[1][2][…], Varşava) – polyak boyakarı. Mənşəcə italyandır.
Drezdendə (1750-ci ildən, 1763–66), Vyanada (1764–65) və Varşavada (1756–63 və 1766-cı ildən) kral saraylarında işləmişdir. 1766-cı ildən Stanislav Avqust Ponyatovskinin saray rəssamı olmuşdur. 200-dən çox Polşa krallarının və zadəganlarının nəfis koloritli, təmtəraqlı portretlərinin, tarixi kompozisiyaların, barokko akademizmi üslubunda plafonların və dekorativ pannoların müəllifidir. Yaradıcılığının son dövrlərində klassisizmə meyil etmişdir. Vyana, Berlin, Roma və Venesiya rəssamlıq akademiyalarının üzvü olmuşdur. 1970-ci illərin sonu Varşavada Kral qəsrinin boyakarlıq emalatxanasının rəhbəri, 1786-cı ildən kral tikinti işlərinin baş direktoru, 1817-ci ildən sonra isə Varşava Universiteti nəzdində zərif sənətlər şöbəsinin professoru olmuşdur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 RKDartists (nid.).
- ↑ 1 2 3 4 Marcello Bacciarelli (ing.). OUP, 2006. ISBN 978-0-19-977378-7