Mehdi bəy Hacınski

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mehdi bəy Hacınski
Şəxsi məlumatlar
Doğum tarixi 24 may 1879(1879-05-24)
Doğum yeri
Vəfat tarixi iyun 1941 (62 yaşında)
Vəfat yeri
Partiya
Fəaliyyəti aktyor, siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hacınski Mehdi bəy Süleyman bəy oğlu (24 may 1879, Qubaiyun 1941, Bakı) — görkəmli maarif və mədəniyyət xadimi, aktyor, ictimai-siyasi xadim publisist, naşir, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, daxili işlər nazirinin müavini.

Mehdi bəy Süleyman bəy oğlu Hacınski 1879-cu il may ayının 24-də Qubada əsilli ailədə anadan olmuşdu[1]. Bakıdakı realnı məktəb və Şərq dilləri kurslarını bitirən M. Hacınski 1896-cı ildə Bakıda müsəlman teatr truppasının təşkilində yaxından iştirak etmişdi. O, 1905-ci ildə Bakı Şəhər Dumasının üzvü seçilmişdi.[2] 1906-cı ildən "Nicat" xeyriyyə cəmiyyətinin teatr bölməsinə rəhbərlik etmiş, 1914-cü ildən "Səfa" cəmiyyəti teatr bölməsinin sədr müavini olmuşdur. Dövri mətbuatda Azərb. teatrına, aktyor sənətinə aid məqalə, oçerk, hekayə və felyetonlar dərc etdirmiş, 1906-cı ildən aktyor kimi də fəaliyyət göstərmişdir. "Nicat" cəmiyyəti adından Ü. Hacıbəyova "Leyli və Məcnun" operasına görə mükafatı o təqdim etmişdir. Ü. Hacıbəyovun yaradıcılığına daim diqqətlə yanaşırdı.

1917-ci ildən Müsavat Partiyasının, Zaqafqaziya Seyminin, "Müsəlman fraksiyası"nın üzvü olub. Milli Şuranın Azərbaycan İstiqlal Bəyannaməsini qəbul etmiş 26 üzvündən biridir. Azərbaycan Milli Şurasının 1918-ci il 19 noyabr tarixli "Azərbaycan Məclisi Məbusanının təsisi haqqında qanun"a əsasən Azərbaycan Parlamentinin tərkibinə daxil edilmişdi. Parlamentin Rəyasət Heyətinin tərkibi, Azərbaycan Cümhuriyyəti daxili işlər nazirinin müavini vəzifəsində çalışmışdı. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin katibi olmuşdu.[3]

  1. Şahverdiyev, Akif. Azərbaycan mətbuatı tarixi (PDF). Bakı: Təhsil nəşriyyatı. 2006. səh. 91. 2019-07-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-10-13.
  2. İltifat Şahsevən (Əliyarlı), İltifat Musa oğlu. İstiqlal fədailəri — Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918–1920 Bakı – Mütərcim – 2013
  3. İltifat Əliyarlı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə rabitənin inkişafı. Bakı: Mütərcim, 2009, səh.85.