Mişərlər
Mişərlər (tatar. мишәр, mişər) və ya mişarilər[1] — Tatarların subetnik qrupu.
Tarixi
[redaktə | mənbəni redaktə et]Mişərlər, Tatar xalqının təşəkkülündə yer alan ən böyük ünsürlərdən biridir. Bununla birlikdə, onların Başqırd, Rus, Mordvin və başqa xalqların bünyəsinə (etnigenezisinə) girdiklərini də söyləməliyik. Mişərlər, Türk olmayan xalqlar arasında dillərini itirib asimilyasiya olmalarına baxmayaraq, Türk xalqları (özəlliklə də Tatar və Başqırdlar) arasında bu gün də dillərinin diyalektal özəlliklərini mühafizə etmişdilər. Bu səbəblə, bu gün Tatar və ya Başqırd olsalar da, onların Mişərlərdən olduğunu hər kəs asanlıqla anlaya bilir. Mişərlər Qorki, Tambov, Penza, Ulyanovsk, Saratov, Volqoqrad, Ryazan, Orenburq şəhərlərində; Mordva, Tatar və Başqırd muxtar cumhuriyətlərində yoğun olaraq yaşamaqdadırlar. Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Azərbaycan kimi respublikalarda və Moskva, Leninqrad kimi böyük şəhərlərdə yaşayan Tatarların da çoxu Mişərdir[2].
Son illərdə Mişərlərin etnoqrafyasıyla ilgili aydınladıcı araşdırmalar aparan R. Q. Muhammədovanın verdiyi bilgilərə baxılırsa, Mişərlərin bu gün yaşadıqları yerlərə gəlib yerləşmələri və ortaya çıxışlarıyla ilgili çeşidli görüşlər vardır [3].
XIX əsrin sonlarında V. V. Velyaminov-Zernov, Mişərlərin ortaya çıxışını Fin-Uqorların bir qolu olan Mordvalarla ilişkiləndirir. Ona görə, Məşçəra (Moçar, Mojar) deyilən Fin-Uqor tayfaları vardır və bunların Tatarlaşmaları nəticəsində, Türk diliylə danışan Tatar-Mişərlər ortaya çıxmışdır.[4] Heç bir dəlili olmayan bu fikrə, tanınmış elm adamlarından W. W. Radloff, A. F. Mojarovskiy, S. P. Tolstov və başqaları da qatılmışlar və bu fikri inkişaf etdirməyə çalışmışlar.[5] Bu fikir ensiklopediyalara da daxil olmuşdur. Orada ifadə edildiyinə görə; Məşçəralar, M. S. 1000-ci illərdə Oka çayı boyunda yaşamışlar, Fin-Uqor dilində danışmışdılar və onların mədəniyyəti qədim Mordva mədəniyyətini xatırlatmaqdadır. Rus salnamələrində Məşçəra haqqındaki bilgilər XIII əsrdən etibarən soxulmaya başlanır və özəlliklə də IV İvanın Kazana səfəri zamanlarında onlardan çox söz edilir. Ensiklopediya, "XIV əsrdə Məşçəraların çox böyük qismi ruslaşır, qalan qismi Qazan xanlığı dönəmində (XV–XVI əsrlərdə) tatarlaşır." kimi qeyd edir[6].
Mişərlərdən başqa Məşçəra adlı tayfanın olduğu və onların Tatarlarla qarışdığı doğru isə, onların heç şübhə yox ki, izləri qalırdı. Tatarlar arasında Fin-Uqor dilli Məşçəraların heç bir izi qalmamıştır. Qədim Mordvaların (güya, Məşçəra şəklində adlandırılan Mordvaların) Tatarlaşıb (Türkləşib) Mişərə döndükləri şəklindəki düşüncə, ümumi olaraq heç bir tənqidi də daşıyamamaqdadır. Qədim Erzya və Mokşaların özlüyündən türkləşmələri mümkün deyildir. Onları türkləşdirmək üçün, onlardan daha çox sayda Türk tayfalarının olması ilkin şərtdir. Fin-Uqor dilli Məşçəraların Tatar dilini özlüyündən qəbul edəməyəcəyinə G. Əhmərov də diqqəti çəkmişdir[7].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Мишариләр // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 13.
- ↑ Mahmutova, 1962: 125
- ↑ Muhamədova, 1972: 7–32
- ↑ Velyaminov-Zernov, 1863: 30–31.
- ↑ Muhamədova, 1972: 12.
- ↑ BSE, 1974: C. 16, 603
- ↑ Əhmərov, 1903: 69
Mənbə
[redaktə | mənbəni redaktə et]- M. Z. Zəkiyev, Mişərlər, Başqırdlar və dilləri, (Tərcümə: Ənvər Çingizoğlu)
- Закиев М.З., 2003. Происхождение тюрков и татар.—М.—496 с.
- Закиев М.З., 1998. Зәкиев М.З. Төрки-татар этногенезы.—Мәскәү.
- Р. Г. Мухамедова Татары-мишари. Историко-этнографическое исследование. — М.: "Наука", 1972.
- Махмутова Л. Т. Опыт исследования тюркских диалектов: мишарский диалект татарского языка. — М.: "Наука", 1978.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] Etnik qrup ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |