Monteneqro perperi
Monteneqro perperi (serb. Црногорски перпер) — Monteneqro knyazlığı və sonradan krallığın dövlət valyutası. Adı Serbiya perperindən gəlir, hansı ki Serbiya çarlığının pul vahidi idi, Monteneqro dövlət olaraq özünü bu çarlığın varisi hesab edirdi. Perper 100 paradan ibarət idi.
Tarixi
[redaktə | mənbəni redaktə et]Perperin tətbiqindən əvvəl, Monteneqroda avstriya-macar kronu, türk lirəsi, fransız frankı və digər valyutalar dövriyyədə idilər. 1851-ci ildə perun adlı öz valyutanın tətbiqi təklif edildi, lakin II Pyotrun ölümü səbəbiylə istək yerinə yetirilmədi.
1906-cı ildə 1, 2, 10 və 20 para dəyərində sikkələr buraxıldı. 1 və 2 para sikkələri tunc, 10 və 20 para isə nikeldən hazırlanırdı.
4 may 1909-cu ildə şahzadə I Nikolanın fərmanı ilə perper adlı milli pulun tətbiq olunduğu elan edildi. Elə həmin ildə 1 və 5 perper sikkələri zərb olundu. Ardınca 1910-cu ildə 2 perper nominalında sikkə buraxıldı. Qızıl 10 və 20 perperlər də 1910-cu ildə buraxıldılar, bundan əlavə məhdud sayda 100 perper dəyərində sikkələr dövriyyəyə daxil oldular.[1]
Çernoqoriya Serblər, Xorvatlar və Slovenlər Krallığına daxil olduqdan sonra, perper, Serblər, Xorvatlar və Slovenlər Krallığının kronası ilə, daha sonra 1920-ci ildə Yuqoslaviya dinarı ilə əvəz olundu.
20-ci əsrin sonunda, Monteneqroda perperi dövriyyəyə qaytarmaq üçün layihələr var idi.[2] Bununla birlikdə, valyuta olaraq alman markasından istifadə edilməsinə qərar verildi, hansı ki daha sonra avro ilə əvəzləndi.
Sikkələr
[redaktə | mənbəni redaktə et]Gümüş sikkələr Parisdə, qalanları Vyanada zərb olunurdu. Gümüş və qızıl sikkələrin xüsusiyyətləri Avstriya-Macarıstan sikkələrinə uyğun gəlirdi.[3]
Şəkil | Nominal | Metal | Diametr | Çəkisi | Çevrəsi | Zərb olunma illəri |
---|---|---|---|---|---|---|
Monteneqro knyazlığının buraxılışı | ||||||
1 para | tunc | 17 mm | 1,66 q | 1906 | ||
2 para | tunc | 19 mm | 3,3 q | 1906, 1908 | ||
10 para | nikel | 19 mm | 3 q | kəsik | 1906, 1908 | |
20 para | nikel | 21 mm | 4 q | kəsik | 1906, 1908 | |
1 perper | gümüş 835 | 24 mm | 5 q | kəsik | 1909 | |
2 perper | gümüş 835 | 27 mm | 10 q | yazılı və hamar | 1910 | |
5 perper | gümüş 900 | 34 mm | 24 q | kəsik | 1909 | |
10 perper | qızıl 900 | 19 mm | 3,3875 q | 1910 | ||
20 perper | qızıl 900 | 21 mm | 6,7751 q | 1910 | ||
100 perper | qızıl 900 | 34,5 mm | 33,8753 q | 1910 | ||
Monteneqro krallığının buraxılışı | ||||||
1 para | tunc | 17 mm | 1,66 q | 1913, 1914 | ||
2 para | tunc | 19 mm | 3,33 q | 1913, 1914 | ||
10 para | nikel | 18,5 mm | 3 q | kəsik | 1913, 1914 | |
20 para | nikel | 21 mm | 4 q | kəsik | 1913, 1914 | |
1 perper | gümüş 835 | 23 mm | 5 q | kəsik | 1912, 1914 | |
2 perper | gümüş 835 | 27 mm | 10 q | yazılı və hamar | 1914 | |
5 perper | gümüş 900 | 36 mm | 24 q | 1912, 1914 | ||
10 perper | qızıl 900 | 19 mm | 3,3875 q | 1910 | ||
20 perper | qızıl 900 | 21,1 mm | 6,7751 q | yazılı və hamar | 1910 | |
100 perper | qızıl 900 | 37 mm | 33,8753 q | 1910 |
Banknotlar
[redaktə | mənbəni redaktə et]1, 2, 5, 10, 50 və 100 perper nominallı banknotlar 1912-ci ildə xəzinədarlıq tərəfindən buraxılmışdır. 1914-cü ildə hökumət 1, 2, 5, 10, 20, 50 və 100 perper nominallı daha üç seriya banknotlar buraxdı. Avstriya-Macarıstan işğalı dövründə (1916—1918), ikinci və üçüncü seriyalı əskinaslar hərbi hökumət dairə komandaları tərəfindən əlavə olaraq çap edilirdi. 1917-ci ildə avstriyalılar perper sikkələri (alm. Münzperper) və avstriya-macar kronunda konvertasiya edilə bilən vauçerlər buraxdı. Bu vəziyyətdə nisbət belə idi: 2 kağız perper 1 sikkə-perperə və ya 1 krona bərabər idi.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ I. Č.: Stanje u federaciji neodrživo Arxivləşdirilib 2011-07-27 at the Wayback Machine (serb.)
- ↑ Центральный банк Черногории: Юбилейное издание перпера Arxivləşdirilib 2006-06-16 at the Wayback Machine
- ↑ Cuhaj, 2011. səh. 1538—1539
- ↑ Cuhaj, 2008. səh. 859—867
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Cuhaj G., Michael T., Miller H. Standard Catalog of World Coins 1901-2000 (39-е изд). Iola: Krause Publications. 2011. ISBN 978-1-4402-1172-8.
- Cuhaj G.S. Standard Catalog of World Paper Money. General Issues 1368—1960 (12-е изд). Iola: Krause Publications. 2008. ISBN 978-0-89689-730-4.